İstanbul müqaviləsi (1724)
1724-cü il İstanbul müqaviləsi — 12 iyul 1724 - Osmanlı imperiyası ilə Rusiya arasında İstanbul müqaviləsi bağlanıb.
Sənəddə Rusiya ilə Səfəvi dövləti arasında 1723-cü il Peterburq müqaviləsinin şərtləri təsdiq edilib. Həmin müqaviləyə əsasən, Səfəvilər Dərbənddən Ənzəliyədək Xəzəryanı bölgələri Rusiyaya güzəştə getmişdi. İstanbul müqaviləsi ilə Osmanlı dövləti də bu bölgünü qəbul edib. Müqaviləyə görə, Rusiya Şimali Azərbaycanın Osmanlının nəzarətinə verilməsinə razılaşıb, Şirvan Osmanlının himayəsində müstəqil xanlıq statusu alıb