Kirmanşah müqaviləsi
Kirmanşah müqaviləsi — Səfəvilər və Osmanlı dövləti arasında bağlanan sülh müqaviləsi. 16 yanvar 1732-ci ildə Səfəvi dövləti ilə Osmanlı imperatorluqları arasında Qafqaza nəzarət uğrunda növbəti müharibənin yekunu olaraq bağlanıb.
Müqavilənin şərtlərinə əsasən, Azərbaycanın İrəvan, Naxçıvan, Gəncə, Şamaxı və Şirvan bölgələri Osmanlı imperatorluğunun, Kirmanşah, Ərdəbil və Təbriz bölgələri isə Səfəvi dövlətinin nəzarətinə keçib