CÜMƏ, 2020-08-07, 4:14 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ İTALİYA-TÜRKİYƏ MÜHARİBƏSİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » İTALİYA-TÜRKİYƏ MÜHARİBƏSİ (İTALİYA-TÜRKİYƏ MÜHARİBƏSİ)
İTALİYA-TÜRKİYƏ MÜHARİBƏSİ
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-09-01, 8:50 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
İtaliya-Türkiyə müharibəsi

İtaliya-Türkiyə müharibəsi (1911—1912), Trablis, yaxud Liviya müharibəsi — İtaliyanın digər Avropa dövlətlərinin köməyi ilə Osmanlı imperiyasından Trablis və Kirenaika əyalətlərini (Şimali Afrika) qoparmaq və müstəmləkəyə çevirmək məqsədilə apardığı işğalçılıq müharibəsi. İtaliya 1911-ci il sentyabrın 29-da Türkiyəyə müharibə elan etdi. İtalyan qoşunları oktyabr ayında sahil rayonlarını tutsalar da, yerli əhalinin, türk qarnizonları və Tunis, Əlcəzair, Misir və b. ərəb ölkələrindən gəlmiş könüllü dəstələrin güclü müqavimətinə rast gələrək ölkənin içərilərinə irəliləyə bilməmişdilər. 1912-ci ilin oktyabrında başlanmış Balkan müharibəsi Türkiyəni oktyabrın 18-də Lozanna sülh müqaviləsini imzalamağa məcbur etdi. Sultan Trablis və Kirenaika əhalisinə muxtariyyət «bəxş etməyi» və bu əyalətlərdən öz qoşunlarını çıxarmağı öhdəsinə kötürdü. Əslində Trablis və Kirenaika (sonralar Liviya adlandı) bu zamandan etibarən (1943-cü ilə qədər) İtaliyanın müstəmləkəsinə çevrildi

 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » İTALİYA-TÜRKİYƏ MÜHARİBƏSİ (İTALİYA-TÜRKİYƏ MÜHARİBƏSİ)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...