ŞƏNBƏ, 2021-03-06, 2:15 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ XATINARXI DÖYÜŞÜ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » XATINARXI DÖYÜŞÜ (XATINARXI DÖYÜŞÜ)
XATINARXI DÖYÜŞÜ
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-09-01, 8:35 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Xatunarxı döyüşü-Qarabağ xanlığı ilə Astrabad hakimi Məhəmmədhəsən xan Qovanlı-Qacar arasında olmuşdur.
Mirzə Yusif Qarabaği yazır: "Pənah xan Şuşa qalasını tikdirib qurtardıqdan sonra asudələşdi. Bir il bundan sonra belə bir xəbər gəldi ki, Qacar Məhəmmədhəsən xan İraq, Azərbaycan və başqa vilayətlərin əhalisindən topladığı çoxlu qoşunla Qarabağ tərəfə, Şuşa qalası üzərinə basqın etmək fikrinə düşübdür. Pənah xan da özünə tabe olan ellərdə, Taxtaqapının və başqa kəndlərin işgüzar və döyüşə qabiliyyəti olan kişilərini Şuşa qalasına toplayıb, düşmənə qarşı müqavimət göstərməyə və şəhərin müdafiəsinə hazırlaşdı. Məhəmmədhəsən xan da özünün çoxlu qoşunu ilə gəlib Şuşa şəhərinin ətrafındakı Xatın arxı yanında dayandı. Oradan yuxarı tərəfə hərəkət etməyə cəsarəti olmadı. O, Pənah xanı tutmaq üçün müxtəlif hiyləyə əl atdısa da, bu iş mümkün olmadı. O biri tərəfdən də Qarabağ əhli, onların qoşunları və başqa dəstələr düşmənin mal-dövlətini əlindən alıb zərər vurdular, hətta əsgərlərin də atlarını əllərindən alıb, var-yoxunu qarət etdilər. Bunlar üçün azuqə gətirənlərin yolunu kəsirdilər. Bu zaman Kərim xanın qələbəsi, istiqlaliyyəti və onun İran tərəfə olan yürüşü Məhəmmədhəsən xanın qulağma çatdı. Bu xəbəri eşidən Məhəmmədhəsən xan İraqa getmək fikrindən əl çəkdi. Məhəmmədhəsən xanın Tehrandan gətirdiyi hasar topu adı ilə məşhur olan iki böyük topu Xatm arxmda qalmışdı. O gedəndən sonra bu toplar Şuşa qalasma gətirildi".

 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » XATINARXI DÖYÜŞÜ (XATINARXI DÖYÜŞÜ)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2021. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...