Marafon döyüşü
Marafon Döyüşü - Fars imperatoru I Daranın sonuncu Yunan torpaqlarını ələ keçirib qərb sərhədlərində təhlükəsizliyi təmin etmək üçün etdiyi ilk böyük döyüşdür. E.ə.490-cı ilin 12 sentyabrında Yunanıstanın Marafon düzənliyində olmuşdur. Döyüş Yunanıstanın zəfəriylə nəticələnmiş və döyüş gecəsi tanrı Pan farsları qorxutduğu üçün, yunanlar ona Akropolis ətəyində bir məbəd inşa etmişlər.
Yunan zəfərini Afinaya xəbər vermək üçün Marafondan yola çıxan Pheidippides adlı ulağın, təxminən 40 kilometrlik məsafəni heç dayanmadan qaçdıqdan sonra zəfər xəbərini yunanlara çatdırdığı və yerə yıxılaraq öldüyü rəvayət edilir. Bu hadisə, müasir Olimpiya Oyunlarının qurucusu Pyer de Kuberten və yoldaşlarına 42195 metrlik marafon qaçışını oyunlar arasına salmaları üçün ilham qaynağı olmuşdur.