ŞƏNBƏ, 2024-12-28, 11:44 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ SEVR MÜQAVILƏSI (1920) - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
SEVR MÜQAVILƏSI (1920)
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-08-28, 11:19 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Sevr müqaviləsi - 1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) "Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi".

1919-cu il Paris Sülh konfransında Fransa, İngiltərə və Birləşmiş Ştatların liderləri "Avropanın xəstə adamı" adlandırdıqları Osmanlı imperiyasını tamamilə siyasi xəritədən silmək üçün bütün vasitələrdən istifadə edirdilər. Bu həm də, Konstantinopolun itirilməsi ilə heç cür barışmaq istəməyən xristian dünyasının beş yüz illik arzusunun reallaşması demək idi.

1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) "Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi" imzalandı. Müqavilə rəsmi olaraq de-yure Osmanlı imperiyasının bölüşdürülməsini, de-fakto isə Türkiyənin suverenliyini ləğv etdi. Bunadək Müttəfiq dövlətlərlə Almaniya arasında Versal müqaviləsi imzalanmışdı. Eyni zamanda, Fransa, Böyük Britaniya və İtaliya öz aralarında gizli "Üç tərəfli müqavilə" imzaladılar. 15 aydan çox davam edən açıq danışıqlar isə Paris Sülh Konfransında və London konfransında davam etdirilərək, 1920-ci ilin aprelində San-Remo konfransı ilə yekunlaşdı. Lakin hələ 1915-ci ildə Antanta dövlətləri Osmanlı imperiyasının bölüşdürülməsi planı ətrafında məxfi danışıqlar aparırdılar. Müttəfiqlərin öz planlarını həyata keçirməsinə ən böyük maneə isə Mustafa Kamal Atatürkün başçılığı ilə Türk xalqının apardığı İstiqlal savaşı idi. Məhz Türkiyənin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsini təsbit edən Sevr müqaviləsi M.K.Atatürk tərəfindən tanınmayaraq, onun 1923-cü ildə Lozanna müqaviləsi ilə əvəz olunmasına səbəb oldu.

Sevr müqaviləsi Sultan VI Mehmetin dövründə imzalansa da, 1920-ci il martın 18-də ingilislərin İstanbulu işğal etdiyi dövrdə ləğv edildi və əslində heç zaman Osmanlı imperiyası tərəfindən ratifikasiya belə edilməmişdir.

Bundan başqa, I Dünya müharibəsindəki müttəfiqlərdən ABŞ və Rusiya bu müqaviləni imzalamışlar, ABŞ Senatı V.Vilsonun Ermənistan üzərində mandat əldə etmək təklifini rədd etdikdən sonra isə Birləşmiş Ştatlar bu məsələdə müəyyən qədər kənar müşahidəçi qismində çıxış etməyə üçtünlük verdi. Bolşevik Rusiyası 1917-ci ildə Osmanlı İmperiyası ilə Brest-Litovsk müqaviləsini imzalayaraq, 1877-1878-ci illərdəki Rus-Türk müharibəsi zamanı Rusiyanın işğal etdiyi Ərdəhan, Qars və Batumu Tələt paşanın israrları nəticəsində yenidən türklərə qaytarmağa razılıq verdi.

Sevr müqaviləsinin şərtlərinə əsasən, Türkiyə Mesopotamiya (İraq) və Suriya (Suriya, Livan, Fransiordiya və Fələstin) üzərindəki Britaniya və Fransa protektoratlığını qəbul etdi, Hicaz və Yəmənin müstəqilliyini tanıdı, Kürdüstana muxtariyyət verməyə (Diyarbəkir əyaləti və Van əyalətinin cənub hissəsi), İzmiri Yunanıstana, Bitlis, Ərzurum və Van əyalətinin şimal hissəsini Ermənistana güzəştə getməyə məcbur oldu. Üstəlik, Trabzon vilayətinin şərq hissəsi Ermənistan və Gürcüstan arasında bölünməli idi ki, bu da ermənilərə Qara dənizə çıxış imkanı yaradırdı. Boğazlar Türkiyənin olsa da, müqavilənin müəddalarına əsasən, Dardanel boğazı hərb və sülh dövrundə hansı bayraq altında üzməsindən asılı olmayaraq, bütün hərbi və ticarət gəmilərinə keçid üçün açıq olmalı idi. Bu da boğazların beynəlmilləşməsi demək idi. Bu qayda həm də Bosfor boğazına və Mərmərə dənizinə şamil olunurdu.

Müqavilədə maraq doğuran məsələlərdən biri də Ermənistana geniş ərazilərin verilməsi idi. Belə ki, ABŞ Prezidenti V.Vilsonun təklifinə əsasən, regionda Ermənistana aid olmayan, hətta erməni əhalisinin üstünlük təşkil etmədiyi bir sıra ərazilər, məsələn Qara dəniz limanı olan Trabzon onlara verilirdi. Buna görə də, bu ölkəni "Vilson Ermənistanı" adlandırırdılar.

Sultan VI Məhəmməd müqavilənin şərtlərini qəbul etsə də, Ankarada yaranmış Atatürk hökuməti onu qəbul etməkdən imtina etdi. Türk millətçi hökuməti bu əraziləri Yunanıstan, Gürcüstan və Ermənistana verməkdən boyun qaçırdı. Atatürk hətta bəyan etdi ki, Türkiyə zərurət yaranarsa, bütün Cənubi Qafqaz üzərində nəzarəti ələ keçirmək iqtidarındadır. Lakin Qərbi Anadolunu işğal etmiş Yunanıstandan fərqli olaraq, Ermənistan müqavilədə ona verilmiş ərazilərə nəzarət etmək iqtidarında deyildi. Öz ingilis himayədarlarının göstərdikləri böyük dəstəyə baxmayaraq, ermənilər Nizam Qarabəkir Paşanın 50 000 nəfərlik ordusu qarşısında aciz qalmışdılar. Mustafa Kamal Atatürkün banisi olduğu Türk Milli Azadlıq Hərəkatı müttəfiqləri yenidən danışıqlar masasına əyləşməyə məcbur etdi. Habelə ərəblər Suriyada Fransanın, Bağdadda Britaniyanın hakimiyyətini qəbul etmək istəmirdilər. Məhz Azadlıq Mübarizəsinin gedişində türklər yunan, erməni və fransız qüvvələrinə müqavimət göstərərək, 16 mart 1921-ci ildə Sovet Rusiyası ilə Moskva müqaviləsi, Fransa ilə Ankara anlaşması imzalayaraq öz beynəlxalq əlaqələrini möhkəmləndirdilər. Ədirnə müqaviləsi və Qars müqaviləsini bağlamaqla isə Türkiyə öz şərq sərhədlərini möhkəmləndirdi. Bütün bu hadisələr türklərə Antanta ölkələri ilə yenidən danışıqlara başlamağa və 1923-cü ildə Lozanna müqaviləsini imzalamağa imkan verdi.
Maraqlı faktlar

* 1920-ci ilin avqustunda bağlanmış Sevr müqaviləsi özündə uydurma soyqırımı ilə bağlı bir neçə maddə ehtiva edirdi. Hətta müqavilənin 230-cu maddəsi Osmanlı hökumətindən bir sıra yüksək rütbəli generalın, siyasətçi və ziyalıların müttəfiq dövlətlərin yaratdıqları Malta Tribunalına təhvil verilməsini tələb edirdi. Həmin şəxslər İstanbul, London, Paris və Vaşinqtondakı arxiv materialları araşdırılan müddətdə üç il Malta adasında saxlanıldı. Lakin Atatürkün səyləri nəticəsində Osmanlı dövlətində 1915-ci ildə yüksək mövqe tutmuş türk tarixinin bu şanlı sərkərdələri Türkiyədə saxlanılan Britaniya vətəndaşları ilə dəyişdirilərək vətənə qaytarıldılar.
* Sevr müqaviləsinin şərtlərinə görə, Türkiyə ordusunu buraxır, yalnız 15 minlik silahlı qüvvə saxlayır, hərbi dəniz donanmasını ləğv edir, Suriya, Fələstin, Ərəbistan yarımadası, İordaniya, Mesopatamiyadan imtina edirdi. İzmir Yunanıstana verilirdi. Ermənistanın müstəqilliyi nəzərdə tutulur, Ərzurum, Bitlis, Van, Trabzon ona verilirdi, Kürdüstan dövləti də yaratmaq nəzərdə tutulurdu.
* Azərbaycan Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadə Sevr müqaviləsinin ləğv olunub Lozanna müqaviləsinin imzalanması hadisəsini obrazlı şəkildə belə ifadə edirdi: "Mənhus Sevr müahidəsi yırtıldı, məsud Lozan müahidəsi yazıldı!... Birincisi, çökən imperatorluğun ölüm baratı idi; ikincisi isə yüksələn cümhuriyyətin doğum vəsiqəsi oldu".

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...