ŞƏNBƏ, 2024-04-20, 3:43 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ SEN-JERMEN SÜLH MÜQAVILƏSI (1919) - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » SEN-JERMEN SÜLH MÜQAVILƏSI (1919) (SEN-JERMEN SÜLH MÜQAVILƏSI HAQQINDA)
SEN-JERMEN SÜLH MÜQAVILƏSI (1919)
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-08-28, 11:18 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Avstriya-Macarıstanın hər iki hissəsi ilə aparılan sülh danışıqları onların hər biri ilə ayrı-ayrılıqda müqavilələrin imzalanması ilə nəticələndi. Avstriya ilə razılaşma 1919-cu il sentyabr ayının 10-da Paris ətrafındakı Sen-Jermendə imzalandı. Bu razılaşmaya əsasən Avstriya Cənubi Tirolu və İstriyanı İtaliyaya verdi. Bundan başqa onun ərazilərinin böyük hissəsi yeni qurulan üç dövlət - Çexoslovakiya, Polşa və Serb, Xorvat, Sloven Krallığı (sonralar Yuqoslaviya) arasında bölüşdürüldü. Krallıq həm də Avstriyadan Dalmasiyanı, Qərbi Kraynanın bir hissəsini, Karantiyanı və Ştiriyanı aldı.

Çexoslovakiyaya verilən ərazilərdə əsasən avstriyalılar məskunlaşmışdı. Ümumilikdə xüsusilə Sudet vilayətində yaşayan əhali də daxil olmaqla Çexoslovakiya ərazində 3 milyondan çox alman dilli əhali oldu. Çexoslovakiya eləcə də keçmiş Avstriya əyalətləri olan Bogemiya və Moraviyaya bütünlüklə, Sileziyaya isə qismən sahib çıxdı.

Avstriyaya Almaniyayla birləşmək qadağan olundu. Sen-Jermen müqaviləsinin 88-ci bəndi nə vaxtsa anşlüsün mümkünlüyünü istisna edirdi.

Avstriya ordusunun sayı 30 min əsgərlə məhdudlaşdırıldı. Bundan başqa Avstriya Respublikasına ağır silahlar və aviasiya saxlamaq qadağan olundu, dəniz və Dunay donanması onun əlindən alınıb müttəfiqlərə verildi.

Avstriya I Dünya müharibəsinə görə cavabdeh sayılsa da, dəyən ziyanın dəqiq həcmini ölçmək mümkün olmadığına görə o təzminat ödəməkdən faktiki azad edildi. 1922-ci ildə isə Avstriyanın təzminat ödəməsi məsələsi birdəfəlik təxirə salındı.

Bu müqavilədən sonra Avstriya əhalisinin sayı 6 420 000 nəfər, ərazisi əsasən dağlıq olan kiçik dövlətə çevrildi. Ölkə əhalisinin 1/3-i Avstriya paytaxtı Venada yaşayırdı.

 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » SEN-JERMEN SÜLH MÜQAVILƏSI (1919) (SEN-JERMEN SÜLH MÜQAVILƏSI HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...