BAZAR, 2024-12-29, 0:21 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ BÖYÜK FRANSA INQILABI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
BÖYÜK FRANSA INQILABI
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-08-28, 11:15 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Böyük Fransa inqilabı (1789-1799) - Fransa və Avropa siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş ən mühüm hadisələrdən biri. O dövr Fransasında, eləcə də digər aparıcı Avropa ölkələrində hakim zadəgan və katolik ruhanilərinə verilmiş qeyri-məhdud imtiyazlarla xarakterizə olunan mütləq monarxiyadan demokratiya, vətəndaşlıq və insan hüquq və azadlıqları kimi mütərrəqqi prinsiplərə əsaslanan siyası-sosial qiyam.

İnqilab qanlı iğtişaşlar, minlərlə insanın təqib və edamıyla müşahidə olunumuş, hətta beynəlxalq səviyyədə ciddi narahatlıq doğurmuşdur. İnqilab özündən sonra Avropada Napoleon müharibələri, Fransada monarxiyanın bərpası və nəhayət müasir azad, demokratik Fransanın simasını müəyyənləşdirəcək daha iki inqilaba səbəb olmuşdur. İnqilabdan sonrakı 75 il ərzində Fransa respublika, diktatorluq, konstitusiyalı monarxiya və iki müxtəlif imperiyalar halında mövcud olmuşdur.
Səbəbləri

XVIII əsr Fransası özünün dövlət quruluşu baxımından mərkəzi bürokratik sistemə və hərbi dayaqlara əsaslananan mütləq monarxiya idi. Hakim feodal sinifindən tamamilə azad olan kral iri zadəgan feodallar və katolik ruhanilərinə böyük miqyaslı imtiyazlar verməklə mütləq hakimiyyətini qoruyub saxlayırdı. Müəyyən dövrə qədər kral "milli sərvətlərin" artırılması, yəni milli sənayə müəssisələrinin və ticarətin inkişafına böyük səylə qayğı göstərməklə fransız burjuaziyasının etimadından da istifadə edirdi. Bununla belə kral tədricən hakim sinfin artmaqda və günü-gündən kəskinləşməkdə olan yeni tələblərini ödəməkdə çətinlik çəkirdi.

Kralın mütləq hakimiyyəti get-gedə ruhani sinfi, burjuaziya və zadəganlar arasında nüfuzunu itirirdi. Sonralar bu hakim siniflər arasında belə bir fikir formalaşır ki, mütləq monarxiya Fransa yüksək hakim təbəqəsinın (Monteskin yanaşması;"İran məktubları" və "Qanunların ruhu" adlı əsərlərində konstitusiyalı monarxiyanı ideal dövlət quruluşu hesab edirdi. Siyasi xəyanətlərin aradan qaldırılması yolunu hakimiyyətin üç yerə qanunverici, icra və məhkəmə sisteminə bölünməsində görürdü) və ya fransız xalqının (Russonun baxışı; Əsərlərində kəndli və sənətkarların mənafeyini əks etdirirdi. Onun idealı demokratik formada xalq hakimiyyəti idi. Başqalarından fərqli olaraq monarxiyanın tam ləğv edilməsi. Respublika idarə üsulunun tərəfdarı idi) milli maraqlarına ziddiyyət təşkil edir.

Volter, Montesk, Russo və digər fiziokrat və ensiklopedist yazıçı-filosofların yaradıcılığı sayəsində fransız cəmiyyətinin ziyalı təbəqəsində də hadisələrə münasibət inqilabi şəkildə dəyişir. Russonun, Mablinin, Didronun demokratiya haqqında fəlsəfi əsərləri geniş xalq kütlələrini riqqətə gətirir. Şimali Amerikada gedən Vətəndaş müharibəsi də inqilaba ciddi təsir göstərir.

Silklər Məclisinin (Fransa parlamenti) seçkilərindən sonra hər üç zümrədən olan deputatlar 5 may 1789-cu ildə kralın Versal sarayında öz ilk iclasına toplaşırlar. Tezliklə parlamentdə üstünlük tamamilə üçüncü silkin əlinə keçir. Bundan əsəbiləşmiş kral parlamentin fəaliyyətini dayandırmaq qərarına gəlir.

20 iyun 1789-cu ildə üçüncü silkdən olan deputatlar iclaslar salonunun giriş qapısına yaxınlaşarkən orada silahlı keşikçilərlə üzləşirlər. Keşikçilər salonun təmirə görə bağlandığını bildirirlər. Lakin deputatlar dağılışmaqdan qəti boyun qaçırır, yaxınlıqdakı tennis zalına toplaşaraq and içirlər ki, kral hakimiyyətini məhdudlaşdırıb feodal imtiyazlarını ləğv edən və əsas insan hüquqlarına təminat verən yeni Konstitusiya qəbul olunmayanacan buranı tərk etməyəcəklər.

Kral güzəştə getməli olur. O, qalan deputatlara da üçüncü silkə qoşulub parlamentin iclasını davam etdirməyi təklif edir. Tədricən deputatların əksəriyyəti demokratların irəli sürdükləri islahatların lehinə meyl göstərməyə başlayır. Birləşmiş deputatlar özlərini vəzifəsi ölkənin yeni Konstitusiyasını təsis etməkdən ibarət olan Milli Assambleya elan edirlər. Bu zaman kral parlamenti zor gücünə buraxmaq üçün qoşunları Parisə və Versala çəkib gətirməyə başlayır.

Kralın ikiüzlü siyasəti və Parisin çörəklə təchizatının kəskin pisləşməsi cəmiyyətdə gərginliyin artmasına səbəb olur. Parlamenti dəstəkləyən əhalinin gözünə hər yanda "aristokrat sui-qəsdi" görünməyə başlayır, şəhərə şayiə yayılır ki, kral qoşunları Bastiliya qalasının yanında cəmləşəcək. Paris qiyama qalxır. Qiyamçılar silah anbarlarını ələ keçirir, 14 iyul 1789-cu ildə isə hamının kral tiraniyasının rəmzi kimi tanıdığı Bastiliya ələ keçirilir (Bastiliyanın alınması günü Fransada milli bayram kimi qeyd olunur). Bu, artıq qiyam deyil, əsl inqilab idi.

Bastiliyanın alınmasından dərhal sonra Fransada iri torpaq sahiblərinə qarşı kəndlilərin üsyanı başlayır. Üsyançıları dəstəkləyən Milli Assambleya avqustun 6-da feodal imtiyazlarının və kilsə vergisinin (mədaxilin 10%-i) ləğv olunması barədə dekret qəbul edir. Bu dekretdən xəbər tutan kəndlilər yubanmadan kütləvi şəkildə aristokratların və katolik kilsəsinin torpaqlarını zəbt etməyə başlayırlar.

26 avqustda Milli Assambleya əsas insan hüquqlarının toxunulmazlığını elan edən "İnsanın və vətəndaşın hüquqları haqqında bəyannamə"ni qəbul edir. 1789-cu ilin avqustunda nümayişçilərin tələbi ilə kral Versaldan Parisə köçür. Onun ardınca Milli Məclisin deputatları da Parisə gəlir və orada ölkənin yeni siyasi quruluşunun layihəsi üzərində işləməyə başlayırlar.

Milli Assambleya hər kəsin vətəndaş bərabərliyini və dövlətdə hər hansı vəzifəni tutmaq hüququnu qanuniləşdirir, katolik kilsəsinin torpaqlarını milliləşdirir və kilsəni dövlətdən ayırır; ölkənin seçkili inzibatçıların idarə edəcəyi departament, kanton və kommunalardan ibarət yeni və rasional inzibati bölgüsünü müəyyən edir, məhkəmə sistemini dəyişdirir (indən belə hakimlər də seçki yolu ilə təyin edilməlidir). Milli Assambleya ölkədə konstitusiyalı monarxiya qurmağa cəhd göstərir.

"İnsanın və vətəndaşın hüquqları haqqında bəyannamə" dünyadakı liberal fikrin, düşüncə tərzinin bütün əvvəlki nailiyyətlərini özündə cəmləmiş mühüm tarixi sənəddir. Bəyannamədə ingilis və Amerika inqilablarının təcrübəsi (azadlıq, mülkiyyət, təhlükəsizlik və zorakılığa müqavimət göstərmək hüququ; təqsirsizlik prezumpsiyası), eləcə də Russonun xalq iradəsinin aliliyi haqqındakı baxışları əks olunmuşdur. Lakin bəyannamədə yeni ideyalar da var idi: qanunlar yalnız cəmiyyətə ziyan vuran şeyləri qadağan edə bilər; bütün vətəndaşlar bərabərdir və öz qabiliyyətlərinə uyğun olaraq istənilən vəzifəni tutmaq hüququna malikdir; vergilər insanın imkanlarına müvafiq ödənilməlidir.

Bəyannamə universal xarakter daşıyırdı - yalnız Fransa vətəndaşları üçün hüquq və azadlıqları deyil, həm də bütün bəşəriyyət üçün "təbii və ayrılmaz hüquqlar"ı bəyan edirdi. Bütün Avropaya yayılan bəyannamənin mətni geniş müzakirə edilərək inqilaba rəğbət, dəyişikliklərə meyl və həvəs oyadırdı.

Eyni zamanda, bəyannamənin tənqidçiləri sübut etməyə çalışırdılar ki, orada yazılmış qanunlar ritorika, sözçülükdən başqa şey deyildir və Fransada praktik olaraq bunları təmin etmək qeyri-mümkündür. Britaniya tarixçisi Karleyl həmin inqilabdan 45 il sonra yazırdı: "İnsan hüququ bütün kağız konstitusiyaların həqiqi kağız əsası deməkdir. "İnsanın vəzifələrini də göstərmək yaddan çıxıb!", - deyə opponentlər bağırırlar. "İnsanın imkanlarını da təsdiq etmək yaddan çıxıb", - deyə biz cavab veririk".
Fransa Milli Assambleyası

İnsanın və vətəndaşın hüquqları haqqında bəyannamə (1789)

Fransız xalqının nümayəndələri Milli Assambleya yaradaraq nadanlığın, insan hüquqlarının unudulması və ya onlara biganəliyin ictimai bəlaların və hökumətlərin korrupsiyaya uymasının yeganə səbəbi olduğuna əsaslanaraq bu təntənəli Bəyannamədə insanın təbii, ayrılmaz və müqəddəs hüquqlarını bu məqsədlə təsdiq edir ki, ictimai ittifaqın bütün üzvlərinə öz hüquq və vəzifələrini daim xatırlatsın;

qanunvericilik və icra hakimiyyətinin hərəkətləri hər an istənilən siyasi təsisatın məqsədilə müqayisə edilə və daha çox hörmətlə qarşılana bilsin və

vətəndaşların bu andan sadə və şəksiz prinsiplərə əsaslanan tələbləri Konstitusiyaya əməl edilməsinə və cəmiyyətin ümumi rifahına yönəlsin.

Buna uyğun olaraq, Milli Assambleya Ali varlığın qarşısında və onun himayəsi altında insan və vətəndaşın aşağıdakı hüquqlarını qəbul və bəyan edir.

* 1. İnsanlar azad və bərabər hüquqlarla doğulur və yaşayırlar. İctimai fərqlər yalnız ümumi mənafe ilə bağlı fikirlərə əsaslana bilər.
* 2. Hər hansı siyasi ittifaqın məqsədi insanın təbii və ayrılmaz hüquqlarının təmin edilməsindən ibarətdir. Bunlara azadlıq, mülkiyyət, təhlükəsizlik və zülmə müqavimət hüquqları daxildir.
* 3. Xalq mahiyyətcə suveren hakimiyyətin mənbəyini təşkil edir. Fərdlərin heç bir birliyi, heç bir fərd xalqdan gəlməyən hakimiyyətə malik ola bilməz.
* 4. Azadlıq başqasına ziyan vurmayan hər şeyi etmək imkanından ibarətdir: beləliklə, hər bir insanın "təbii hüquq"larının həyata keçirilməsi yalnız cəmiyyətin digər üzvlərinin uyğun hüquqlardan istifadəsini təmin edən hədlərlə məhdudlaşdırılır. Bu hədlər yalnız qanunla müəyyənləşdirilə bilər.
* 5. Qanun yalnız cəmiyyətə zərərli olan hərəkətləri qadağan etmək hüququna malikdir. Qanunla qadağan olunmayan hər şeyə icazə verilir və qanunla nəzərdə tutulmayanları etməyə heç kəsi məcbur etmək olmaz.
* 6. Qanun ümumi iradənin ifadəsidir. Bütün vətəndaşlar şəxsən, yaxud nümayəndələri vasitəsilə qanunun yaradılmasında iştirak etmək hüququna malikdir. Qanun hamı üçün olmalıdır, o qoruyur, yaxud cəzalandırır. Bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər və ona görə də qabiliyyətlərinə uyğun olaraq, şəxsi keyfiyyətlərini və istedadlarını şərtləndirən fərqlərdən başqa hər hansı fərqdən asılı olmayaraq bütün ictimai mənsəbləri (1), yerləri və yaxud vəzifələri tutmaq hüququna malikdirlər.
* 7. Heç kəs qanunda nəzərdə tutulandan və onun nəzərdə tutduğu prosedurlardan irəli gələnlərdən başqa heç bir halda ittiham edilə, saxlanıla, yaxud həbs edilə bilməz. Özbaşınalıqla sorğu-suala tutan, əmr verən, onu icra və yaxud icraya məcbur edən hər kəs cəza almalıdır; qanunun hökmü ilə çağırılmış, yaxud saxlanılmış hər bir vətəndaş ona sözsüz tabe olmalıdır: o, müqavimət göstərdiyi halda məsuliyyət daşıyır.
* 8. Qanun yalnız ciddi və şəksiz zəruri cəzalar müəyyən etməlidir; heç kəs qanun pozuntusundan əvvəl qəbul olunmamış və xalqa elan edilməmiş, müvafiq qaydada tətbiq edilməmiş qanunla cəzalandırıla bilməz.
* 9. Hər bir kəs günahı elan edilənə qədər günahsız sayılır; şəxsin həbsinin zəruri olduğu hallarda hər hansı artıq lüzumsuz ciddi tədbirlərin qarşısı qanunla qəti şəkildə alınmalıdır.
* 10. Heç kəs öz baxışlarına, hətta dini baxışlarına görə sıxışdırılmamalıdır, bir şərtlə ki, onların ifadə olunması qanunla müəyyənləşdirilmiş ictimai asayişi pozmasın.
* 11. Fikir və mövqeyin azad ifadəsi insanın ən qiymətli hüquqlarından biridir; hər bir vətəndaş yalnız sui-istifadə hallarında qanun qarşısında cavab verməklə öz fikrini azad deyə, yaza, dərc etdirə bilər.
* 12. İnsan və vətəndaş hüquqlarının təminatı üçün dövlətin gücü vacibdir; bu güc ixtiyar sahiblərinin şəxsi maraqları üçün deyil, hamının mənafeyinə xidmət etmək üçün yaradılır.
* 13. Dövlət qüvvələrinin saxlanılması və idarə edilməsi xərcləri üçün ümumi rüsumların yığılması zəruridir; onlar bütün vətəndaşlar arasında imkanlarına uyğun olaraq bərabər bölüşdürülməlidir.
* 14. Bütün vətəndaşlar özləri, yaxud nümayəndələri vasitəsilə dövlət rüsumlarının zəruriliyini müəyyənləşdirmək, onun alınmasına könüllü razılaşmaq, onun xərclənməsinə nəzarət etmək, pay həcmini, əsasını, qaydasını və alınma müddətini təyin etmək hüququna malikdir.
* 15. Cəmiyyətin hər hansı vəzifəli şəxsdən ona tapşırılmış idarəetmə sahəsinə dair hesabat tələb etmək hüququ var.
* 16. Hüquqların təminatının mövcud olmadığı və hakimiyyətin bölüşdürülmədiyi cəmiyyətdə Konstitusiya yoxdur.
* 17. Mülkiyyət toxunulmaz və müqəddəs hüquq olduğuna görə heç kəs ondan məhrum edilə bilməz. Bu, yalnız qanun vasitəsilə şəksiz ictimai zərurətin müəyyən olunduğu halda ədalətli və əvvəlcədən edilmiş ödənişdən sonra edilə bilər.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...