ŞƏNBƏ, 2024-04-20, 1:54 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ SOYUQ MÜHARIBƏ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » SOYUQ MÜHARIBƏ (SOYUQ MÜHARIBƏ haqqında)
SOYUQ MÜHARIBƏ
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-08-28, 11:09 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Sosialist düşərgəsi ölkələri və Qərb ölkələri arasında 1945-1990-cı illərdə qlobal səviyyədə geo-siyasi, iqtisadi və ideoloji mübarizə vəziyyəti. Bəzən "Üçüncü Dünya Müharibəsi"-də adlandırırlar.

II Dünya Müharibəsindən sonra dünya Faşizmdən "xilas oldu". Dünyada iki bir-birinə əks olan ictimai quruluş-sosializm və kapitalizm qaldı.

II Dünya Müharibəsindən sonra kapitalist ölkələr yeni yaranmış quruluşu hər vəchlə yox etmək istəyirdilər. SSRİ isə əksinə olaraq sosializmi dünyaya yaymaq niyyətində idi. Məhz tərəflərin bu istəklərin onlar arasında Soyuq müharibənin başlanmasına səbəb oldu.

Soyuq müharibəyə ilk çağırışı U.Çörçill 1946-cı ildə Amerika Birləşmiş Ştatları-nda çıxışı zamanı etmişdir. Amerika Birləşmiş Ştatları-nda öz növbəsində "Marşal planı" və "Trumen doktorinası"nı qəbul etdi. Amerika Birləşmiş Ştatları-nın bu addımı Soyuq müharibənin başlanması üçün real addım oldu.

Hər iki qütb tezliklə öz hərbi təşkilatını yaratdı. Kapitalist ölkələr başda Amerika Birləşmiş Ştatları olmaqla NATO, Sosialist ölkələr SSRİ başda olmaqla Varşava Müqaviləsi Təşkilatını.

"Marşal Planı" və "Trumen doktrinası"na cavab olaraq SSRİ sosialist düşərgəsində Qarşılıqlı İqtisadi Yardım Şurası yaratdı.

Soyuq müharibə Amerika Birləşmiş Ştatları və SSRİ-nin II Dünya Müharibəsi zamanı işğaldan azad etdikləri ərazilərdə ərazi bölümünə səbəb oldu. Almaniyanın ərazisində ADR (SSRİ) və AFR (Amerika Birləşmiş Ştatları), Koreya ərazisində Koreya Respublikası (Amerika Birləşmiş Ştatları) və KXDR (SSRİ) yaradıldı.

SSRİ və Amerika Birləşmiş Ştatları Soyuq müharibə dövründə Hindistan-Pakistan (Kəşmir məsələsi), Ərəb-İsrail (Fələstin məsələsi), Vyetnam, Əfqanıstan müharibləri, Berlin, Karib, Kipr böhranı zamanı dövlətlər arası münasibətlər gərginləşmişdir.

Bunlara baxmayaraq Beynəlxalq münasibətlərdə yumuşalma müşhaidə olunmuşdur. 1959-cu ildə İlk dəfə Sovet rəhbəri- N.S.Xruşşov Amerika Birləşmiş Ştatları-na səfər etmişdir. 1963-cü ildə SSRİ, Amerika Birləşmiş Ştatları və İngiltərə nüvə silahının sınağını atmosferdə, suda və kosmik fəzada aparılmaması haqqında müqavilə imzaladılar. 1968, 1971, 1972-ci illərdə nüvə silahını yaymamaq haqqında müqavilə imzalandı.

Amerika Birləşmiş Ştatları və SSRİ-nin "silahlanma yarışı" Sovet iqtisadiyyatını çökürtdü və SSRİ parçalandı - Soyuq müharibə sona yetdi

 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » SOYUQ MÜHARIBƏ (SOYUQ MÜHARIBƏ haqqında)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...