ÇƏRŞƏNBƏ AXŞAMI, 2020-09-29, 7:48 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ BIRINCI DÜNYA MÜHARIBƏSI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » BIRINCI DÜNYA MÜHARIBƏSI (BIRINCI DÜNYA MÜHARIBƏSI HAQQINDA)
BIRINCI DÜNYA MÜHARIBƏSI
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 9:34 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
28 iyun 1914-cü ildə Avtriya-Macarıstan imperiyası taxt-tacının vəliəhdi Frans Ferdinandın Qavrilo Prinsip tərəfindən Sarayevoda qətledilməsi Birinci Dünya Müharibəsinin başlanması üçün bəhanə oldu.

* Müharibənin əsas səbəbləri :
* 1) Kapitalizmin inkişafı ilə əlaqədar iri dövlətlər və hərbi-siyasi bloklar arasında ziddiyətlərin kəskinləşməsi.
* 2) Dünyanı yenidən bölüşdürmək uğrunda mübarizə.

28 iyun 1914-cü ildə Avtriya-Macarıstan Serbiyaya müharibə elan etdi. Rus imperiyası Serbiyanı müdafiə etmək üçün səfərbərliyə başladığı müddətdə avqustun 1-də Alman imperiyası Rusiyaya, avqustun 3-də isə Almaniya Fransaya müharibə elan etdi. Almaniya Prussiya tərəfindən imzalanmış Belçikanın bitərəfliyi haqqında müqaviləni "ağ kağız" adlandırdı və avqustun 4-də Belçikaya hücum etdi. Belçikanı müdafiə etmək bəhanəsi ilə İngiltərə Almaniyaya müharibə elan etdi. 1914-cü il avqustun 23-də Yaponiya Almaniyaya qarşı müharibə elan etdi. Yaponiya Almanıyanın Uzaq Şərqdəki torpaqlarını tutmağa və Çini itaət altına almağa çalışırdı. 1914-cü ildə Osmanlı dövləti "Üçlər İttifaqı" tərəfindən müharibəyə qoşuldu. Buna cavab olaraq oktyabrın 2-də Rusiya, 5-də İngiltərə, 6-da isə Fransa Osmanlıya qarşı müharibə elan etdi. 1915-ci ilin aprelində Londonda "Antanta" dövlətləri İngiltərə, Fransa və Rusiya gizli razılaşma ilə İtaliyaya bir sıra ərazilər vəd edərək onu öz tərəflərinə çəkdilər. İtaliya "Antanta"ya qoşuldu. 1915-ci ilin sentyabrında Bolqarıstan Avstriya, Almaniya və Osmanlı dövlətləri ilə ittifaqa girdi. 1916-cı ilin avqustunda Rumıniya "Antanta" tərəfdən müharibəyə qoşuldu. 1917-ci ilin aprelində ABŞ Almaniyaya müharibə elan etdi. Ümumiyyətlə 38 dövlətin qoşulduğu dünya müharibəsi hər iki tərəfdən ədalətsiz, işğalçılıq müharibəsi idi.

1918 ildə müharibə sona çatdı.

Rusiyada 1917-ci ilin fevral ayında baş vermiş burjua-demokratik inqilabı nəticəsində monarxiya devrildi. Oktyabrda isə bolşeviklər dövlət çevrilişi edərək hakimiyyəti ələ aldılar. 3 mart 1918-ci ildə Brest-Litovskda Almaniya və İttifaq Dövlətləri ilə sülh bağladılar. 1918-ci ilin mayında Rumıniya "İttifaq dövlətləri"lə sülh bağladı. 1918-ci il oktyabrın 30-da Osmanlı, noyabrın 3-də Avstriya-Macarıstan, noyabrın 11-də isə Almaniya təslim oldu. Beləliklə, müharibə İttifaq dövlətlərinin məğlubiyyəti ilə başa çatdı.
Qafqaz cəbhəsi

1914-cü il oktyabrın 20-də Rusiya Osmanlıya müharibə elan etdi. Bununla da Qafqazda hərbi əməliyyatlar başladı. Türk qoşunları Ənvər Paşanın komandanlığı altında Qars-Batum istiqamətində Cənubi Qafqaza hücüm etdi. Cənubi Qafqaza hücum etməklə yanaşı Cənubi Azərbaycan ərazisinə də girdilər. Ənvər Paşa və qərargahının hazırladığı hərbi plana əsasən Qafqazda rus qoşunlarına əsas zərbə "Sarıqamış" əməliyyatında endirilməli idi. Əməliyyata Ənvər Paşa özü rəhbərlik edirdi. "Sarıqamış" əməliyyatı 4 dekabr 1914-cü ildə başladı və 18 yanvar 1915-ci ilədək davam etdi. Çətin döyüşlərdə ağır itki verən türk qoşunu məğlub oldu. Canlı quvvə və texnikasının çoxluğu rus ordusuna qələbə qazandırdı. Bu döyüşdən sonra Təbrizi tutan rus qoşunu türk ordusunu Cənubi Azərbaycandan çıxartdı. Rusiyada yaşayan müsəlman türkləri orduya çağırmırdılar. Bundan başqa çar hökuməti Azərbaycan türklərinin cəbhələrdə Osmanlı ordusuna qarşı vuruşmayacağından ehtiyat edərək orduya çağırmırdı. 1916-cı ilin fevralında ruslar Ərzurumu, yazında isə Trabzonu işğal etdi.

 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » BIRINCI DÜNYA MÜHARIBƏSI (BIRINCI DÜNYA MÜHARIBƏSI HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...