ÇƏRŞƏNBƏ AXŞAMI, 2020-09-29, 7:20 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ BÖYÜK SƏLCUQ İMPERIYASI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » BÖYÜK SƏLCUQ İMPERIYASI (BÖYÜK SƏLCUQ İMPERIYASI HAQQINDA)
BÖYÜK SƏLCUQ İMPERIYASI
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 7:01 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Böyük Səlcuq İmperiyası (ingiliscə: Great Seljuq Empire), (1037-1157) - Oğuz Türklərinin Qınıq boyundan olan tayfaların IX əsrdə yaratdığı, Orta Asiya, İran, Yaxın Şərq, Qafqaz və Anadolu ərazilərini əhatə edən nəhəng Türk dövləti. Səlcuq imperiyasının əsasını 1037-ci ildə Səlcuq bəyin sülaləsindən olan Toğrul bəy qoymuşdur.

Səlcuq bəy dəstə başçısı olmuş, onun nəvəsi Toğrul Qəznəvilərlə mübarizə aparmışdır. O, Xorasana girərək Səlcuq dövlətini elan etdi. Ərazisi Mərkəzi Asiyadan Aralıq dənizinə, Dərbənd keçidindən İran körfəzinədək uzanırdı. Paytaxt Nişapur şəhəri idi. Səlcuqlar 1040-ci ildə Qəznəviləri məğlub etdilər və Toğrul sultan elan edildi. 1055-ci ildə o, Bağdadı tutdu.

I Toğruldan sonra Alp Arslan (1063-1072) hakimiyyətə gəldi. Məqsədi Anadoluya girmək idi. Bizans qoşunlarını məğlub edərək Anadolunu türk torpağına çevirdi. Abbasi xəlifəsi Alp Arslanı dinin təməli adlandırırdı. Alp Arslandan sonra Məlik şah Konya, Ankara, Urfa, Qüds və Suriyanı (1072-1092) ələ keçirdi. XI əsrin sonunda Səlcuq imperiyası tənəzzülə uğramağa başladı. Sultan Səncərdən (1118-1157) sonra Səlcuq imperatorluğu dağıldı. Şirvanşahlar Səlcuq türkləri ilə əlaqəni pozub gürcülərlə yaxınlaşdı. XII əsrin 30-60-cı illərində Şirvanşah özünün qüdrətli dövrünü yaşadı.

 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » BÖYÜK SƏLCUQ İMPERIYASI (BÖYÜK SƏLCUQ İMPERIYASI HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...