Sasanilər İmperiyası (ingiliscə: Sassanid Empire) - 226-cı ildən 651-ci ilə qədər müasir İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Azərbaycan ərazilərini əhatə etmiş tarixi dövlət. Fars-mənşəli Sasanilər sülaləsinin əsasını I Ərdəşir Parsların sonuncu şahı olan IV Ərdəvanı məğlub etdikdən sonra qoymuşdur.A rşakilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə İranda Parfiya dövlətini süquta uğradaraq Sasanilər dövləti nin əsasını qoydu.
Azərbaycan Sasanilər dövründə Albaniya 226-cı ildə Sasanilərdən asılı vəziyyətə düşdü. Atropatena isə 227-ci ildə onun vilayəti oldu. 510-cu ildə Sasanilər dövlətində Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. I Xosrov Ənurşirəvanın dövründə Albaniya, Atropatena və İberiya sasani dövlətinin Şimal mərzbanlığına daxil edildi. Erkən orta əsrlərdə Albaniyada, Çola, Şəki, Uti, Arsax, Paytakaran və s. vilayətlər var idi. Uti vilayətində Bərdə şəhəri, Şəki və Çola arasında Qəbələ şəhəri yerləşirdi. Həmin dövrdə Dərbənd Hun qapıları və ya Dəmir qapı adlanırdı. Paytakaran Mil-Muğanı, Arsax isə Qarabağın dağlıq hissəsini əhatə edirdi. Arsaxın əhalisini türklər təşkil edirdi.
III-V əsrlərdə Sasanilər Roma ilə müharibə edirdi. Sasani şahı I Şapur 260-cı ildə Roma imperatoru Vallerianı məğlub edərək əsir aldı. 359-cu ildə Sasanilər Albaniyanın köməkliyi ilə Romanı yenə də məğlubiyyətə uğratdılar.
Sasani hökmdarları
Sasani hökmdarları özlərini şahanşah (yəni şahların şahı) adlandırırdılar. 651-ci ildə şahanşah III Yəzdigərdin Ərəb xilafətinə məğlub olması nəticəsində Sasani İmperiyasına son qoyulmuşdur.
Sasanilər İmperiyası Hökmdarları
Hökmdar
İllər
I. Ərdəşir
224 - 241
I. Şapur
241 - 272
I. Hörmüz
272 - 273
I. Bəhram
273 - 276
II. Bəhram
276 - 293
III. Bəhram
293
Nerseh
293 - 302
II. Hörmüz
302 - 310
II. Şapur
310 - 379
II. Ərdəşir
379 - 383
III. Şapur
383 - 388
IV. Bəhram
388 - 399
I. Yəzdigərd
399 - 420
V. Bəhram
420 - 438
II. Yəzdigərd
438 - 457
III. Hörmüz
457 - 459
I. Firuz
457 - 484
Balaş
484 - 488
I. Kavad
488 - 531
Jamaspa
496 - 498
I. Xosrov
531 - 579
IV. Hörmüz
579 - 590
Bəhram Çubin
590 - 591
II. Xosrov
591 - 628
II. Kavad
628
III. Ərdəşir
628 - 630
Şahrbaraz
630
Purandokht
630 - 631
Azarmidokht
631 -
VI. Hörmüz
631 - 632
III. Yəzdigərd
632 - 651