ŞƏNBƏ, 2021-03-06, 1:51 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ QƏDIM YUNANISTAN - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » TARİX » QƏDIM YUNANISTAN (QƏDIM YUNANISTAN HAQQINDA)
QƏDIM YUNANISTAN
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-08-27, 6:43 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Qədim Yunanıstan Balkan yarımadasının cənub hissəsində, Egey dənizi arasında, Frakiya sahilində, Kiçik Asiyanın qərb sahilində yaranmış dövlətlər qrupunun ümumi adı; təsir dairəsi Apennin yarımadasının cənub sahilinə, Siciliyanın qərbində, Mərmərə, Qara və Aralıq dənizləri sahillərinə də yayılmışdı. Yunanıstan ərazisinin məskunlaşması orta paleolitə aid edilir. Neolit dövründə (e.ə. 7-ci minilliyin ortaları-e.ə. təqr. 2800) Yunanıstan əhalisi əkinçilik və maldarlıqla məşğul olur, oturaq həyat keçirirdi. Yunanıstanın ilk sakinləri qədim yunanlar (onları pelasgilər, karilər adlandırırdılar) yəqin ki, hind-avropalı olmamışlar. E.ə. 2800 və 2000 illər arasında şimaldan yunanlar hücum edib Attika, Şimal-Sərqi Peloponnesi, axaylar isə Peloponnesin böyük hissəsini, eoliyalılarFessaliya və Orta Yunanıstanı tutdular. Dorilərin hücumunun təsiri ilə (e.ə. 12 əsrin sonu-e.ə. 11 əsr) ioniyalılar və eoliyalılar Kiçik Asiya sahillərinə və yaxınlıqdakı adalara köçdülər. E.ə. təqr. 700 ildə əhali ümumi adla - ellinilər, ölkə isə Ellada adlandı. Yunanıstanın qədim Krit-Mikena dövrünün (e.ə. 3000-1200) öyrənilməsi H. Şliman, V. Dörpfeld və xüsusilə Evansın (19 əsrin sonu-20 əsr) arxeoloji qazıntılarının nəticələrinə əsaslanır. Sonra yunanlar Qara dəniz və Aralıq dənizi sahillərində məskən saldılar. Bu dövrdə öz metropoliyaları ilə daim mədəni və ticarət əlaqələri saxlayan Neapol, Tarent, Sibaris, Sirakuza, Messena, Kirena, Bizans, Xalkida, Herakleya, Sinopa, Pantikapey, Feodosiya, Oliviya, Toma və s. koloniyalar yaradılmışdı. Polislər (şəhər-dövlətlər) Afina, Sparta, Korinf, Fiva, Arqos, Milet, Halikarnas, Efes, Mitilena, Xios və s. yaranırdı. Siyasi quruluşuna görə bu polislər demokratik və ya aristokratik respublikalar idi. Spartanın rəhbərliyi ilə e.ə. 6 əsrdə Peloponnes ittifaqı yaradıldı. E.ə. 500-449 Yunan-İran müharibələrində istiqlaliyyət uğrunda mübarizə aparan yunanlar bir sıra qələbələr qazandılar. Yunan polisləri ittifaqına başçılıq edən Afina hərbi və iqtisadi cəhətdən möhkəmləndi. Afina ilə Sparta arasındakı ziddiyyətlər Peloponnes müharibəsinə (e.ə. 431-404) səbəb oldu. E.ə. 4 əsrdən polislərin ümumi böhranı başlandı. Yunanıstanda hökmranlıq uğrunda mübarizəyə girişən Makedoniya bundan isitfadə etdi. Xeroneya yaxınığındakı vuruşmada (e.ə. 338) məğlubiyyətdən sonra yunan polisləri Makedoniyanın hakimiyyətinə keçdi. Makedoniyalı İsgəndərin ölümündən sonra onun imperiyası bir sıra dövlətlərə (ellinist monarxiyalara) parçalandı. E.ə. 3-2 əsrlərdə yunan polislərində ictimai ziddiyyətlər yenidən kəskinləşdi. E.ə. 146-cı ildə Yunanıstan Romanın tərkibinə daxil edildi. Lakin 4 əsrdən Yunanıstan Şərqi Roma imperiyasının (Bizansın) əsasını təşkil edirdi.
 
FORUM » ELM VƏ TƏHSİL » TARİX » QƏDIM YUNANISTAN (QƏDIM YUNANISTAN HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2021. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...