QARABAĞ MÜHARIBƏSI
Qarabağ müharibəsi (ingiliscə: Karabakh war) - 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi üstündə ErmənistanlaAzərbaycan arasında şiddətli hərbi ixtilaf. Müharibə 1988-ci ildən başlayaraq Ermənistan SSRinAzərbaycan SSRə qarşı irəli sürdüyü ərazi iddialarına əsaslanan Qarabağ münaqişəsinin dəvamı olmuşdur.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatmışdır. İxtilafın nəticəsində 30.000 yaxın insan həlak olmuş, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalmışdır.
Erməni ekspansiyası
1985-ci ildə Mixail Qorbaçov SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə seçiləndən sonra azərbaycanlılara qarşı erməni ekspansiyasının növbəti mərhələsi başlayır. Artıq 1987-ci ilin sonlarından etibarən Ermənistan SSR-nin paytaxtı Yerevan (İrəvan) şəhərində Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələbləri ilə kütləvi aksiyalara başlanılır. Eyni zamanda, istər sovet erməniləri, istrəsə də xaricdəki erməni diasporu tərəfindən «Miatsumun» həyata keçirilməsi üçün fəal ideoloji hazırlıq həyata keçirilir. M.Qorbaçovun müşaviri sovet iqtisadçı alimi akademik A.Aqanbekyan «Humanite» qəzetinə 1987-ci ilin oktyabr ayında verdiyi müsahibədə, Dağlıq Qarabağ Muxtar Vilayətinin guya Azərbaycanla deyil, məhz Ermənistanla daha sıx tarixi, iqtisadi-təsərrüfat əlaqələrinə malik olmasını bildirərək, Muxtar Vilayətin Ermənistana birləşdirilməsi bəyanatı ilə çıxış edir. Bu dövr həm də, ermənilərin şovinst-millətçiliyinə xidmət edən «Qarabağ» və «Krunk» təşkilatlarının fəaliyyəti, «ziyalı» pərdəsinə bürünmüş Silva Kaputikyan, Zori Balayan və s. şəxslərin bu istiqamətdə canfəşanlığı ilə xarakterizə olunur.
Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası
1988-ci ilin yanvar ayından etibarən, SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər Ermənistan SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyasına başlayırlar. Bu proses 1989-cu ildə başa çatdırılır, həmin illər ərzində 220 000-dən çox azərbaycanlı deportasiyaya məruz qalır.Müharibənin başlanması
1989-cu ilin salnaməsi Sovet Ordusunun hərbi dəstəyinə arxalanan erməni silahlı birləşmələrinin Dağlıq Qarabağ Muxtar Vilayətinin azərbaycanlılar məskunlaşmış yaşayış məntəqələrinə və müxtəlif nəqliyyat vasitələrinə hücumları ilə xarakterizə olunmuşdur.
1989-cu il iyul ayının 29-da Ermənistan ərazisində Azərbaycandan gedən qatarlara olan hücumlar nəticəsində Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsi kəsilir. Ermənistan tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının təcridinə başlanılır. Dekabr ayının 1-də Ermənistan SSR-nin Ali Soveti qeyri-qanuni şəkildə «Dağlıq Qarabağ Muxtar Vilayəti»nin Ermənistan SSR-yə birləşdirilməsi haqqında» qərar qəbul etdi.
1991-ci il sentyabr ayının 2-də erməni separatçıları Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qeyri-qanuni olaraq «Dağlıq Qarabağ Respublikası»nın qurulmasını bəyan etdilər.
Sentyabr ayının 23-də Ermənistan və Azərbaycan prezidentlərinin Rusiyanın Jeleznovodsk şəhərində Rusiya və Qazaxıstan prezidentlərinin vasitəçiliyi ilə görüşü keçirildi. Görüş zamanı prezidentlər münaqişənin sülh yolu ilə həlli barədə razılığa gəldilər. Əldə olunmuş razılaşmaya baxmayaraq, erməni hərbi birləşmələri Xocavənd və Hadrut rayonları ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi hücumlara başladılar. Nəticədə bu rayonların azərbaycanlılar yaşayan kəndlərinin əksəriyyəti işğal olundu, azərbaycanlı əhali isə güclə öz torpaqlarını tərk etmək məcburiyyəti qarşısında qaldı.
Quqark qırğını
1988-ci ilin noyabr ayında Ermənistanın Quqark rayonunda ermənilər tərəfindən 15-i yandırılaraq 21 azərbaycanlı öldürülmüşdür.Qarakənd faciəsi
1991-ci il noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları Azərbaycan, Rusiya və Qazaxstanı təmsil edən bir qrup yüksək vəzifəli dövlət məmuru və jurnalisti aparan «Mİ-8» vertolyotunu gülləbaran etdilər. Nəticədə 22 nəfər tanınmış dövlət, ictitmai və hərbi xadim qətlə yetirildi.
Xocalı soyqırımı
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçirdilər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür. Onlardan bir çoxu əsirlikdən qayıtmamış və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verildi.
Ağdaban soyqırımı
1992-ci ilin aprel ayının 8-də Erməni işğalçıları Kəlbəcərin Ağdaban kəndinə hücum edərək 67 nəfəri qətl etmiş,17 kənd sakini diri-diri yandırmışdır.Şuşa şəhərinin işğalı
Mart ayının 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü seçildi. Mart ayının 11-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda dinc əhaliyə qarşı baş vermiş zorakılıq aktlarını pisləyən bəyanatla çıxış etdi. Mart ayının 24-də ATƏM-in dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfransın çağırılması qərara alınır.
May ayının 7-də Ermənistan və Azərbaycan dövlət başçılarının münaqişənin nizamlanması ilə əlaqədar İranın vasitəçiliyi ilə Tehranda görüşü keçirilir. Görüşün sonunda dövlət başçıları kommunike imzalayırlar. Bu kommunike imzalanandan dərhal sonra may ayının 8-də erməni hərbi birləşmələri tərəfindən Şuşa şəhəri işğal olunur. May ayının 17-də isə münaqişənin nizamlanması ilə bağlı müxtəlif səviyyələrdə danışıqların davam etdiyi bir vaxtda erməni hərbi birləşmələri Laçın şəhərini işğal etdilər.
Azərbaycan Ordusunun 1992-ci il yay əməliyyatları
1992-ci ilə qədər Ermənistan Respublikasının milli ordusu var ikən Azərbaycan hakimiyyətinin milli ordu işinə soyuq baxması nəticəsində ermənilər Azərbaycan torpaqlarının %5-ini işğal etmişdir.1 iyun 1992-ci ildə Elçibəy prezident seçilmiş və bu ərəfədə Azərbaycan ordusu hücuma keçmişdir.1992-ci ilin 12 iyununda Şaumyan(?),7 iyulda Ağdərə olmaq üzərə işğal edilmiş torpaqların %3,5-i geri alınmışdır.
Ermənistanın işğalcılıq müharibəsi
Sentyabr ayının 19-da Ermənistan və Azərbaycan müdafiə nazirləri Rusiyanın Soçi şəhərində hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşma əldə etdilər. Həmin il dekabr ayında bu razılaşmanı pozan Ermənistan tərəfi Azərbaycan Respublikasının Zəngilan rayonunun 8 kəndini işğal etdi.
1993-cü il aprel ayının 3-də erməni hərbi birləşmələri tərəfindən Azərbaycan Respublikasının Kəlbəcər rayonu işğal olundu. Aprel ayının 6-da BMT Təhlükəsizlik Şurasının sədri Kəlbəcər rayonun işğalını pisləyən bəyanat verdi. Aprel ayının 15-də isə Avropa Şurası Nazirlər Komitəsi münaqişənin kəskinləşməsi ilə bağlı bəyannamə ilə çıxış etdi. Aprel ayının 15-də isə Avropa Şurasının Nazirlər Komitəsi Dağlıq Qarabağda münaqişə vəziyyətinin gərginləşməsi ilə bağı bəyanat qəbul etdi. Aprel ayının 25-29-da İslam Konfransı Təşkilatı Azərbaycan Respublikasının ərazilərinin işğalını pisləyən qətnamə qəbul etdi. Aprel ayının 30-da isə BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Kəlbəcər və digər işğal olunmuş rayonlarından bütün işğalçı qüvvələrin dərhal çıxarılması tələbini özündə əks etdirən 822 saylı Qətnamə qəbul etdi.
İyul ayının 23-də erməni hərbi birləşmələri Azərbaycan Respublikasının Ağdam rayonunu işğal etdilər. İyul ayının 29-da BMT Təhlükəsizlik Şurası işğalıçı qüvvələrin qeyd şərtsiz və dərhal işğal olunmuş Ağdam və digər ərazilərdən çıxarılması tələbini özündə əks etdirən 853 saylı Qətnamə qəbul etdi. Avqust ayının 18-də isə BMT Təhlükəsizlik Şurasının sədri müvafiq tələbləri özündə əks etdirən bəyanatla çıxış etdi. BMT və ATƏT-in xəbərdarlıqlarına baxmayaraq, avqust ayının 23-26-da Füzuli və Cəbrayıl, həmin ayın 31-də isə Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. Oktyabr ayının 14-də BMT-nin Təhlküsəizlik Şurası işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılması tələbini özündə ifadə edən növbəti, 874 saylı Qətnamə qəbul etdi.
Oktyabr ayının 28-noyabr ayının 1-i aralığında Horadiz qəsəbəsi və Zəngilan şəhəri işğal edildi.
Noyabr ayının 11-də işğal olunmuş ərazilərin dərhal azad olunması tələbini əks etdirən BMT Təhlükəsizlik Şurasının növbəti, 884 saylı Qətnaməsi qəbul edildi. 1994-cü il yanvar ayının 10-11-də Şimali Atlantika Müqaviləsi Təşkilatı üzv Dövlət və Hökumət başçıları tərəfindən ərazi əldə edilməsində güc istifadəsini pisləyən, həmçinin regionda sülh və sabitliyin bərqərar edilməsi, əməkdaşlığın inkişafıetdirilmsi üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan, Gürcüstan və Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti ifadə edən bəyannamə qəbul edildi.
Həmin il aprel ayının 15-də MDB üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörməti ifadə edən təşkilatın Bəyannaməsi qəbul olundu. Ermənistan MDB-nin üzvü olan və bu Bəyannaməyə qoşulmayan yeganə dövlət oldu. Bişkək protokolu imzalandıqdan (10.05.1994) sonra, may ayının 12-də cəbhə xəttində atəşkəs haqqında razılaşma qüvvəyə mindi.
Qarabağ müharibəsinin nəticələri
Ermənistan Respiblikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür. 1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 km2. (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut);Laçın rayonu: işğal tarixi - 18 may1992-ci il, ərazisi – 1875 km2;Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel1993-cü il, ərazisi - 1936 km2;Ağdam rayonu: işğal tarixi - 23 iyul1993-cü il, ərazisi - 1154 km2;Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust1993-cü il, ərazisi - 1050 km2;Füzuli rayonu: işğal tarixi - 23 avqust1993-cü il, ərazisi - 1112 km2;Zəngilan rayonu: işğal tarixi - 30 oktyabr1993-cü il, ərazisi - 707 km2.
Bu hərbi təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşamaqdadır.
Qarabağ müharibəsi nəticəsində Azərbaycana dəyən maddi ziyan
Dağıdılan yollar və körpülər
İşğal nəticəsində Azərbaycana aid cəmi uzunluğu 25 min km olan avtomobil yolu,yenə cəmi uzunluğu 3984 m olan 160 körpü,14,5 min km uzunluğunda elektrik xətti,2500 elektrik trafosu,2 min km gaz boru xətti,160 su deposu,34-dən çox qaz dağıtım stansiyası erməni işğalçılar tərəfindən dağıdılmışdır.
Təhsil və Səhiyyə qurumlarında dəyən ziyan
İşgal edilmiş bölgələrdə cəmi 140 min şagirdin oxuduğu olan 600 məktəb,53 min şagirdin təhsil adlığı 65 peşə məktəbi,2 yüksək öğrənim qurumu məhv edilib.[3].700 səhiyyə ocağı,bu bağlamda 800 nəfərlik xəstəxana,poliklinikalar,doğum evləri,aptek binaları,təcili yardım xəstəxanaları dağıtılmıştır.Səhiyyə xidmətinə dəyən ümumi iqtisadi ziyan 1,2 milyard dollara yaxındır.
Mədəni irsin talan edilməsi
Azərbaycana aid 500 tarixi-memari,100-dən çox arxeolojik abidə,minlərcə əsərin qorunduğu 22 müzey,4 rəsm sərgisi,4.6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi,20 mədəniyyət sarayı,4 dövlət teatrı ermənilər tərəfindən işgal edilib..Azərbaycanda profesyonal musiqi sənətinin əsasını qoyan musiqiçi Bülbül'ün,musiqiçi və rəssam Mir Möhsün Nəvvab'ın xatirə muzeyi talan edilib.Xocalı'daki "Dairəvi Məbəd"(1356-1357) ve "Türbə"(14.yüzyıl)nin aqibəti məlum deyil.
İqtisadi zərər
Müharibə nəticəsində Azərbaycan Respublikası cəmi 22 milyard dollar məbləğində ziyana məruz qalıb.
Atəşkəs dövrü
Başlangıçta müharibə səbəbini Dağlıq Qarabağ torpaqlarını ələ keçirmək olaraq açıqlayan Ermənistan Respublikası,BMT-ə üzv olduqdan sonra siyasətini dəyişdirmiş ve müharibənin Qarabağ ermənilərinin azadlıq mübarizəsi olduğunu irəli sürmüşdür.Amma 18 may 2001 tarixində dövrün Ermənistan Müdafiə Naziri(indiki prezident) Serj Sarkisyanın Ermənistan parlamentindəki nitqi işğalçı siyasəti ortaya qoyur:
"İşğal elədiyimiz torpaqlar var.Bunda utanılacaq heçnə yoxdur.Təhlükəsizliyimiz üçün bu torpaqları işğal etdik.Biz bunu 1992 ili və öncəsində də deyirdik,indi də deyirik.Bəlkə üslubum diplomatik deyil amma həqiqət budur.