CÜMƏ, 2024-12-27, 3:20 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ "AYGÜN MƏNİ ŞANTAJLA HƏDƏLƏDİ" - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
"AYGÜN MƏNİ ŞANTAJLA HƏDƏLƏDİ"
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-11-06, 11:23 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
“Martın sonunda verəcəyim konsertdə rəqslər və geyimlər tam fərqli olacaq. Əvvəl rəqqasların geyimlərinə 2000 manat ayrılırdısa, bu dəfə bu məbləğ 20 min manat həcmində olacaq. Konsertdə ”W trio” yeni mahnı da ifa edəcək”. Bu sözləri APA-ya açıqlamasında müğənni Röya deyib. O bildirib ki, keçmiş qrup üzvləri yenidən birgə fəaliyyətə başlayacaqlar.
“Mənim, Elnarənin və Natəvanın hədəfə alınması birləşməyimizə səbəb oldu. Məni oğru adlandırdılar, guya stil, geyim oğurlayıram, Natəvana erməni dedilər. Sağ olsun böyüklər, bizi birləşdirdilər! Üçümüz bir yerdə yayda klip çəkdirməyi də planlaşdırırıq”.
Röyanın sözlərinə görə, vaxtilə Türkiyənin meqa-starı Tarkanla müqavilə bağlayan Türkiyə şirkəti ilə martın 5-də müqavilə bağlayacaq: “Mənim İşın Karacadan çox xoşum gəlir. Türkiyəyə hər səfərimdə onun albomlarını alırdım. Artıq 15 gündür İşın Karaca ilə məktublaşır, söhbət edirəm. Hətta o, mənə birgə mahnı oxumağı da təklif edib. Bu gün mən adımı oğru qoyanlarla yox, Orxan Gəncəbay, Müazzez Abacı, Müazzez Ersoyla əlaqə saxlayıram. Hazırda Sezen Aksu mənim üçün mahnı yazır. Türkiyədə “Popstar-Alaturka”dakı konsertdən sonra “Star TV” dərhal mənə iş təklifi etdi”. Hazırda efirə hazırlaşdığını, hər gün ssenari yazdığını deyən Röya Türkiyədəki sənətçilər tərəfindən də birmənalı qarşılanmadığını söyləyib: “Alaturka”nın səhnəsində Bülənt Ersoyun mənə tərs-tərs baxmağı da mənim üçün xoş idi. Ağ geyimimi görüb hamı təəccübləndi, çünki o layihədə ağ geyim ancaq Bülənt Ərsoya məxsus idi. Geyim demişkən, bu səhnə üçün mən çox gözəl və bahalı geyim istəyirdim. Paltar axtaranda bir qadın dostum dedi ki, “Dior”dan bir paltarı var, bircə dəfə nişana geyinib. 11 min avro dəyərində olan o paltarı fərəhlə götürdüm. Bakıya qayıdanda isə Aygün Kazımova yanımdakı şəxsə zəng vurub nə desə yaxşıdır: “Mən televiziyalara çıxıb deyəcəyəm ki, Röyanın geyindiyi paltar özünün deyil, kirayə götürüb”. İnanın, onun bu sözlərinə elə sevindim ki... O danışacaq və hamı iç üzünü daha aydın görəcək. Sonradan kimsə onu öyrətdi və bu barədə açıqlamalar vermədi”.
A.Kazımovanın onun geyimi ilə maraqlanmasına təəccüblənən Röya komplekssiz olduğunu, kirayə paltar geyinməyi eyib saymadığını vurğulayıb. Bu arada bildirək ki, etibarlı mənbədən aldığımız məlumata görə, ATV telekanalında yayımlanan “Nömrə 1" realiti-şousunda Aygün Kazımovanı ”vurmaq" məqsədilə Röya Natəvan Həbibiyə 10 min dollarlıq SMS göndərib. Aygünün əlindən yanıqlı olan Röya bu yolla ondan qisasını almış olub.
 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...