ÇƏRŞƏNBƏ, 2024-04-24, 10:05 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ UCAR - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » UCAR
UCAR
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-09-06, 9:57 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Ucar

İqtisadi rayon:
Aran iqtisadi rayonu

Ərazi:
867 (km²)
Əhali:
77 903
Əhali sıxlığı:
92 (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
61
Telefon kodu:
170
Poçt kodu (Mərkəzi PŞ): AZ 6100
Yaşayış məntəqələrinin sayı 1 şəhər, 14 kənd ərazi vahidi, 29 kənd
İcra başçısı:
Arzu Qafurov

Tarixi
Ucar rayonu 24 yanvar 1939-cu ildə təşkil olunmuşdur. Rayonun adı, qədim yaranma tarixi haqqında müxtəlif fikirlər söylənilir. Ərəb coğrafiyaşünası Əl-Sitəkrinin "Məmləkətlərin yolları" kitabında adı çəkilir. Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur. XV əsrdə yaşamış Azərbaycan şairi Bədr Şirvaninin yazılarında da Ucar sözünə rast gəlinir. Bəzi mülahizələrə görə rayonun adı Azərbaycan dilindəki "Uçar" sözundən əmələ gəlmişdir. Digər mülahizələrdə rayonun adının qədim Şirvanda yaşamış "Uçar" tayfasının adından götürüldüyü iddia olunur. Ucar sözünün "Ucqar" sözündən götürülməsi fikrini söyləyənlər də var. Hazırda Ucar rayonunun ölkəmizin mərkəzi hissəsində yerləşməsinə baxmayaraq vaxtı ilə Şirvanşahların paytaxtı Şamaxı şəhərindən ən ucqar ərazidə yerləşdiyinə görə adının "Ucqar" sözündən götürüldüyü də ehtimal edilir.

Relyefi
Rayon Bakıdan 240 km qərbdə, Şirvan düzündə yerləşir. Ərazisində 32 yaşayış məntəqəsi var. Ucar rayonu şimaldan Göyçay, şərqdən Kürdəmir, cənubdan Zərdab, qərbdən Ağdaş rayonları ilə əhatə olunur. Rayonun coğrafi mövqeyi olduqca əlverişlidir. Bakı-Tbilisi dəmir yolunun və maqistral avtomobil yolunun Ucar rayonundan keçməsi, habelə Qədim İpək yolunun bərpa olunmaqla Ucardan keçməsi yerləşdiyi yerin iqtisadi əhəmiyyətini olduqca artırır.

Görkəmli şəxsləri
• Həbibi — lirik şair.
• Məlikballı Qurban — aşıq.
• Vəsilə Zahidova — Sosialist Əməyi Qəhrəmanı.
• Aşafatma Kərimova — Sosialist Əməyi Qəhrəmanı.
• Abdulla Abdullayev — SSRİ "Qırmızı Ulduz" ordeni sahibi.
• Ehtiram Əliyev — Azərbaycanın Milli Qəhrəmanı.
• Aşıq Əhliman — aşıq.

İqtisadi xarakteristikası
Təsərrüfatı pambıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, quru sub-tropik meyvəçilik, üzümçülük, bostançılıq və toyuqçuluqdan ibarətdir.

[Maddi-mədəni irsi
Ucar rayonunda hazırda 8 abidə qorunub saxlanılır. Bu abidələr rayon mədəniyyət şöbəsi tərəfindən uçota alınıb, Ümumrespublika əhəmiyyətli abidə hesab olunur. Bunlar aşağıdakılardır:
1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini əks etdirən abidə. Abidə rayon Mədəniyyət evinin qarşısında ucadılmış və 1976-cı ildə inşa edilmişdir. Abidənin texniki vəziyyəti nomaldır.
1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini əks etdirən abidə. Abidə Şahlıq, Əlikənd, Ramal kənd İcra nümayəndəliyinin həyətində yerləşir və texniki vəziyyəti normaldır. 1986-1987-ci illərdə inşa edilmişdir.
"Şəhid anası" adlı monumental abidə. Abidə Ucar şəhərində "Şəhidlər Xiyabanı"nda ucaldılmışdır və texniki vəziyyəti normaldır. 1994-ci ildə tikilmişdir.
416-cı Taqanroq Diviziyasının xatirəsinə ucadılmış abidə. Abidə 3 saylı şəhər orta məktəbinin həyətində yerləşir və texniki vəziyyəti normaldır. 1976-1978-ci illərdə inşa edilmişdir.
Naməlum əsgərin xatirəsini əks etdirən monumental abidə. Abidə Ucar pambıqtəmizləmə zavodunun ərazisində yerləşir. 1981-1982-ci illərdə inşa edilmişdir. Texniki vəziyyəti normaldır.
Azərbaycanın böyük yazıçısı, ictimai və siyasi xadimi N.Nərimanovun heykəli Ucar Dəmir Yolu Stansiyasının qarşısında ucaldılmışdır. Abidənin texniki vəziyyəti normaldır. 1990-1992-ci illərdə tikilmişdir.

"Su qülləsi" abidəsi. Abidə Dəmir Yolu vağzalının ərazisində yerləşir. 1949-1950-ci illərdə inşa edilmişdir və texniki vəziyyəti normaldır.
"Su qülləsi" abidəsi. Abidə şəhərin Ş.Fərzəliyev küçəsində yerləşir. 1953-1954-cü illərdə inşa edilmişdir və texniki vəziyyəti normaldır.

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » UCAR
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...