CÜMƏ, 2024-12-27, 4:02 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ŞƏKİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
ŞƏKİ
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-09-06, 9:49 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Şəki

İqtisadi rayon:
Şəki-Zaqatala

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
(nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
55
Telefon kodu:
177
Poçt kodu (Mərkəzi PŞ):
AZ 5500
Yaşayış məntəqələrinin sayı 65
İcra başçısı:
Murad Cabbarlı

İnternet saytı: sheki-ih.gov.az

Tarixi
Şəki rayonu (1968-ci ilədək Nuxa) 1930-cu ildə təşkil olunmuş, 1963-cü ildə ləğv edilərək ərazisi Oğuz (keçmiş Vartaşen) rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur.

Coğrafi mövqeyi
Şəki şimal-şərqdə Dağıstanla həmsərhəddir. Yevlax-Balakən dəmiryol və avtomobil yolları Şəkinin ərazisindən keçir.

Relyefi
Şəki dəniz səviyyəsindən 500-850 m hündürlükdə yerləşir. Baş Qafqaz silsiləsinin qarlı zirvələrinin yüksəkliyi bəzi yerlərdə 3000-3500 m-ə çatır. Dağlarda Yura, Təbaşir, dağ ətəklərində Neogen və Antropogen çöküntüləri yayılmışdır.

İqlimi
Günəşli saatların illik miqdarı 2350 saatdır. Günəşli saatların 40 %-i yay aylarının payına düşür. İl ərzində 1 kvadrat santimetr yer səthinə 122 kkal günəş radiasiyası düşür. Şəkinin iqliminə siklon və antisiklonlar, müxtəlif hava kütlələri və yerli küləklər təsir edir. Qışda arktik və mülayim hava kütlələrinin əraziyə daxil olması havanın isti keçməsinə səbəb olur. Yayda Şəkidə dağ-dərə yerli küləkləri əmələ gəlir. Buna səbəb dağ ilə dərə arasında təzyiq fərqinin yaranmasıdır. Böyük Qafqaz silsiləsi şimaldan gələn soyuq küləklərin qarşısını kəsir. Buna görə Şəkidə yanvar temperaturu 0,5 C olur. Şəkidə orta illik temperatur 12 C-dir. İyun, avqust aylarında orta temperatur 20-25 C arasında dəyişir.
Güclü küləklər (sürəti 15 m/san çox) Şəkidə seyrək hallarda əsir, il ərzində cəmi 10-12 gün güclü külək olur. Sürəti saniyədə 1 metrdən az olan külək Şəkidə tez-tez müşahidə olunur. Yağıntının miqdarı ilə 730 mm-dir. Bunun yarısı may, iyun, sentyabr, oktyabr aylarında yağır. Ən azı yağıntı avqust (35 mm), yanvar (29 mm) və fevralda (36 mm) olur. Kiş kəndində 775 mm, Xan yaylağında 1000 mm-dən artıq yağıntı düşür. Sel, tufan, güclü dolu kimi təbiət hadisələri Şəkidə və onu əhatə edən dağ və düzənliklər üçün səciyyəvidir.
Sel hadisəsi daha tez-tez müşahidə edilir. Yatağı şəhərin qərb hissəsində yaxın olan Kiş çayı hövzəsi dünyanın ən güclü sel gedən yerlərindən biri sayılır. Quruçay adlanan yerdə Kiş çayının gətirmə konusuna uzun illər boyu dağlardan qum, daş, palçıq toplanmış olduğundan onun mərkəzi hissəsi şəhərin Dodu məhəlləsinə nisbətən hündürdür.Tufan və dolu atmosfer hadisələrinin burada sıx əlaqəsi vardır. Dağlıq relyef, yay aylarında güclü qızma və yüksək buxarlanma Şəkidə dolu hadisələrinin əsas amilləridir. Şəkidə dolu olan günlərin orta illik sayı 1,4-dür, yəni 10 ildə 14 dəfə dolu yağır.
Dəniz səviyyəsindən 500-850 m hündürlük, ətrafında olan dağ meşələri şəhərin qızmasının qarşısını alır. Dağ meşələri şəhərin sellərdən qorunmasına imkan verir, şəhərin mənzərəsini daha da gözəlləşdirir. Çimli dağ-çəmən, qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən-meşə, boz qonur torpaqlar yayılmışdır. Meşələrdə palıd, fıstıq, vələs ağacları geniş sahə tutur. Heyvanat aləmi zəngindir.
Şəhərin əsas çayları Kiş və Qurcana çaylarıdır. Kiş Əyriçayın çağ qolu olub uzunluğu 33 km, hövzəsinin sahəsi 265 kvadrat kilometrdir. Baş Qafqaz silsiləsinin cənub yamacından 2900 metr yüksəklikdən başlayır. Zaqafqaziyanın ən selli çaylarından biridir. Yuxarı axında Damarçın adlanır.

İri yaşayış məntəqələri
Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 63 kənd vardır.

İqtisadi xarakteristikası
Şəki iri taxılçılıq rayonudur. İqtisadiyyatında üzümçülük, meyvəçilik, baramaçılıq, heyvandarlıq da mühüm yer tutur. Rayonda üzüm emalı müəssisəsi, tütün-fermentasiya zavodları, ət-süd kombinatı, sənaye kombinatları, meşə təsərrüfatı vardır.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Şəkidə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filalı, Şəki Musiqi Kolleci, 84 ümumtəhsil və peşə məktəbi, 54 məktəbəqədər uşaq müəssisəsi, 73 kitabxana, 70 mədəniyyət evi və klub fəaliyyət göstərir.

Maddi-mədəni irsi
Memarlıq abidələrindən Şəki xan sarayı, Şəkixanovların evi, Giləkli məscidinin minarəsi, məscid, qala divarları, Dairəvi məbəd (XVII-XIX), Zəyzit məbədi (XI-XII), Kiş alban məbədi mühafizə olunur.

Mətbəx
Şəki özünün çox zəngin mətbəxi, ilk növbədə Şəki pitisi və Şəki paxlavası ilə məşhurdur.

Yerli media
Regionda "Şəki" (əvvəlki adı "Şəki fəhləsi"), "Şəkinin səsi", "İpəkçi", "Şəki bələdiyyəsi", "Region Şəki", "Şəki Təhsili", "Şəffaf Biznes" mətbuat orqanları fəaliyyət göstərir.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...