Şamaxı
İqtisadi rayon:
Dağlıq Şirvan
Ərazi:
1611 (km²)
Əhali:
85308
Əhali sıxlığı:
53 (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
56
Telefon kodu:
176
Poçt kodu (Mərkəzi PŞ): AZ 5600
Yaşayış məntəqələrinin sayı 61
İcra başçısı:
Nazim Mehdi oğlu İsmayılov
Şamaxı - Azərbaycanda rayon. Baş Qafqaz silsiləsinin cənub-şərq ətəklərində, respublika paytaxtından 118 kilometr məsafədə yerləşən Şamaxı Azərbaycanın qədim tarixə malik şəhərlərindən biridir. Sahəsi 1611 km², əhalisi 85,3 min nəfərdir. Rayon ərazisində 3 tibb müəssəsi, 97 mədəniyyət ocağı fəaliyyət göstərir.
Tarixi
İlk dəfə adı yunan coğrafiyaşünası Ptolomeyin əsərində "Samaxeya" və "Kemaxeya" kimi çəkilən Şamaxı haqqında bir çox antik dövr ərəb, fars, türk, rus və orta əsr Avropa müəllifləri geniş məlumatlar vermişlər.
Şamaxı uzun illər ərəb xilafəti tabeçiliyində bir ərazi olmuşdur. Bu xilafət zəifləkdikdən sonra Şamaxıda feodal dövləti olan Şirvanşahlar dövləti yaranmışdır. Şirvanşahlar dövlətinin çiçəklənməsi I Şah İbrahimin dövrünə təsadüf edir. Bu dövrü əhatə edən 1382-1417-ci illərdə Şamaxı həm iqtisadi, həm də mədəni cəhətdən sürətlə inkişaf etmiş və bir sıra xarici ölkələrlə böyük ticarət əlaqələri qurmuşdur. Şirvanşahlar dövləti süqut etdikdən sonra isə bu ərazi bəylərbəyi üsul-idarəsi ilə idarə edilmişdir. Buna baxmayaraq Şamaxı yenidən ayağa qalxmış, öz iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirmişdir. Tez-tez baş verən zəlzələlər şəhəri bir neçə dəfə tamamilə dağıtmışdır. Ona görə də şəhərdə qədim tarixi abidələr, demək olar ki, qalmamışdır. Qərbi, şərqi və cənubu birləşdirən bir mərkəz olan Şamaxıda rus tacirlərinin öldürülməsi nəticəsində İran-Rus müharibəsi başlandı. Böyük Pyotr Şamaxı üzərinə yeridi və onu əsl xarabazara çevirdi. XVIII əsrin ortalarında xanlığa çevrilən Şamaxı on doqquzuncu yüzilliyin əvvəllərində Rusiyanın tərkibinə daxil olmuşdur. Bundan sonra Şamaxı qəza və quberniya mərkəzinə çevrilmişdir. 1920-ci ildə Azərbaycan rus bolşevikləri tərəfindən işğal edildikdən sonra Şamaxı on il yenə də quberniya mərkəzi olmuşdur. Keçən əsrin 30-cu illərindən sonra Şamaxıya rayon statusu verilmişdir.[1]
Sərhəd rayonlar
Ağsu, İsmayıllı, Qobustan, Xızı, Quba
Şəhərlər
• Şamaxı (şəhər). Şəhərin əhalisinin 2006-cı ilə sayı 29600 neferdir.
Şamaxı təhsil sistemi
Şamaxı rayonunda hal – hazırda 72 ümumtəhsil o cümlədən 50 orta, 18 əsas 4 ibtidai məktəb fəaliyyət göstərir. Eyni zamanda rayonda 23 məktəbəqədər və 5 məktəbdənkənar təhsil müəssisəsi vardır. Həmin təhsil müəssisələrində 1849 nəfər müəllim və 200 tərbiyəçi işləyir. Rayonun ümumtəhsil məktəblərində 14526 nəfər şagird, uşaq bağçalarında 1250 nəfər uşaq vardır.
Şamaxı səhiyyə sistemi
Şamaxı rayonunun əhalisinə 345 çarpaylıq mərkəzi, 40 çarpaylıq Göylər kənd və 35 çarpaylıq Sabir qəsəbə xəstəxanaları, poliklinika, habelə 16 həkim amplatoriyası və 23 ferdşer - mama məntəqəsi, 114 həkim, 332 orta tibb işçisi və 248 kiçik tibb işçisi xidmət edir.
Şamaxı turizim zonası kimi
PİRQULU qəsəbəsində "FORTUNA" adlı istirahət zonasının rahat kottecləri yerləşir. Bu kotteclərdə hər cür zəruri məişət rahatlıqları yaradılmışdır, peyk televiziyası da işləyir. Kompleks rəsədxananın lap yaxınlığında yerləşir. Buradakı restoranda geniş çeşiddə yeməklər təklif edilir. Restorandan əlavə bar, rəqs meydançası da fəaliyyət göstərir, arzu edənlər üçün at ilə ekskursiyalar təşkil edilir.
Kəndlər və qəsəbələr
# Kəndlər Təsərüfatın sayı Əhalinin sayı
1 Acıdərə 3 6
2 Adnalı 175 965
3 Aşkar 5 6
4 Avaxıl 99 490
5 Bağırlı 462 1957
6 Böyük – Xınıslı 11 412
7 Cabanı 76 387
8 Çağan 1 44 184
9 Çağan 2 36 149
10 Çarhan 525 2599
11 Çaylı 1
368 1685
12 Çaylı 2 91 510
13 Çıraqlı 42 242
14 Çöl – Göylər 41 185
15 Çuxuryurd 794 1048
16 Dağ – Bağırlı 168 1258
17 Dədəgünəş 52 198
18 Dəmirçi 102 582
19 Əhmədli 123 502
20 Əngəxaran 196 856
21 Ərçiman 139 585
22 Göylər 1860 6462
23 Hacılı 73 365
24 Hacıqədirli 94 525
25 Həmyəli 205 1102
26 II Cabanı 125 457
27 Keçmədin 51 211
28 Kələxana 139 804
29 Kərkənc 166 730
30 Laləzar 62 384
31 Məlhəm 414 1392
32 Məlikçobanlı 347 1882
33 Məlcək 94 487
34 Mərzəndiyə 169 1026
34 Meysəri 162 690
35 Mirikənd 170 799
36 Muğanlı 240 1061
37 Nağaraxana 212 864
38 Nüydü 11 3 630
39 Ovculu 249 1127
40 Pirbəhli 38 184
41 Qaladərəsi 36 143
42 Qaravəlli 278 1143
43 Qəleybuğurd 192 801
44 Qızmeydan 258 1114
4 5 Qonaqkənd 166 829
46 Qurdtəpə 139 804
47 Quşçu 558 3681
48 Sabir 546 3702
49 Sabirli 61 380
50 Safalı 31 134
51 Saqiyan 145 646
52 Ş əhriyar 610 2109
53 Şərədil 147 577
54 Şirvan 88 412
55 Sis 79 348
56 Talışnuru 77 317
57 Ü. Məmmədbəyli 6 41
58 Yenikənd 40 180
59 Zarat – Xeybəri 40 233
Cəmi 12131 53618
Bələdiyyələr
Rayonda 1 şəhər, 3 qəsəbə və 46 kənd bələdiyyəsi fəaliyyət göstərir. Bələdiyyə sistemində 372 nəfər işləyir.
Xəritəsi
Qardaş şəhərlər
• İğdır (Türkiyə)
Görkəmli şəxsləri
Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət, Sultan Məcid Qənizadə, C.Cəbrayılbəyli, Ömər İbn Kafiyəddin, Hacı Zeynalabdin Şirvani, Qasım bəy Hacıbababəyov, Zivər bəy Əhmədbəyov, Məmmədağa Şirəliyev, Gül Qasımov, Məmmədağa Qəniyev, Ağasəməd Əlizadə, Şamil Əzizbəyov, Ələşrəf Əlizadə, Musa Əliyev, Saleh Rüstəmov, İbrahim Səfərov, Əbdülhab Salamzadə, Sədi İmanov, Fərhad İbrahimov, Əbdülvahab Həsənov, Əzizə Cəfərzadə, Əlövsət Abdullayev, Nurəddin Mikayılov, Aləm Nuriyev, Nəsbət Mehdiyeva, İsmayıl Əfəndiyev, Tərlan Əliyarbəyov