ÇƏRŞƏNBƏ AXŞAMI, 2020-09-29, 6:25 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MASALLI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » MASALLI
MASALLI
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-04, 3:31 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Masallı

İqtisadi rayon:
Masallı
Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
273 (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
44
Telefon kodu:
151
Poçt kodu (Mərkəzi PŞ):
AZ4400
Yaşayış məntəqələrinin sayı 108
İcra başçısı:
Qəzənfər Ağayev

Masallı - Azərbaycan Respublikasının cənub-şərqində rayon. Masallıda 108 yaşayış məntəqəsi, 7 tibb müəssisəsi və 130 mədəniyyət ocağı vardır.

Tarixi
Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. Abasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar öz əksini tapmışdır.
"Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmişdir. Tarixi mənbələrdə bu toponim "məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında səciyyələndirirlər. Masallı sözünün "Mosullu" sözündən yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və onun şərəfinə Masallı adlandırılıb.
Toponimika ilə məşğul olan alimlərimizdən R.Yüzbaşov və Ş.Sədiyevin birgə yazdığı "Azərbaycanın coğrafi adları" kitabında "Masallı-Masal nəslinə mənsub" şəklində qeyd olunmuşdur. Bakı Dövlət Universitetinin dosenti, coğrafiya elmləri doktoru N.Məmmədov isə bu yaşayış yerinin yaranmasını Masal bəy adlı bir şəxslə əlaqələndirir. Bəzi tarixi mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsinin sakinləri İranın "Masal" əyalətindən köçüb gəldiklərindən bu yer Masallı adlandırılmışdır. Beləliklə, "Masallı" toponimində "Masal"-Yer ərazi "Lı"isə məkan bildirən şəkilçidir.
Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından Lənkəran xanlığının tərkibində olmuşdur. XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran qəzası adlanırdı. 08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil oldu.
Qədim tarixə, zəngin mədəniyyətə malik, intellektual səviyyəsi yüksək olan Masallıya maraq tarixin müəyyən dövrlərindən artmağa başlamışdır. Görkəmli siyasi xadimlərin, dövlət və mədəniyyət adamlarının Masallıya gəlişi məhz belə bir münasibətin ifadəsi idi. 1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin Ərkivan kəndində, görkəmli dövlət xadimi, yazıçı Nəriman Nərimanovun 1922-ci ildə Masallıda və onun bir sıra kəndlərində olması barədə çoxlu əsərlərdə yazılara rast gəlmək olur. Doktor N.Nərimanov Masallıda olarkən bu ərazinin təbii imkanları və üstünlüklərindən danışmaqla yanaşı, həm də taxılçılığı və çəltikçiliyi inkişaf etdirməyi vacib saymışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iki dəfə Masallıda olub. Prezident İlham Əliyev bir neçə dəfə Masallıya səfər etmişdir.
Coğrafiyası
Respublikanın cənubunda yerləşən Masallı rayonu Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonları ilə həmsərhəddir. Bakı - Astara yolunun 232-ci kilometrliyindədir. Şərqdən Xəzər dənizi, Qərbdən Talış sıra dağları ilə əhatə olunmuşdur. Masallı qədim qalaları, Yanardağı, İstisuyu, nadir ağaclarla zəngin meşələri, büllur bulaqları ilə diqqəti cəlb edir.
Etnik tərkibi
Yardımlı rayonu : 1939-cu il siyahıya alması
Etnik quplar əhalinin Sayı[1] (Nəfər)

Azərbaycanlılar
48.338 (79,9%)
Talışlar
10.423 (17,2%)
Ruslar
1.296 (2,1%)
Ləzgilər
32 (0,1%)
Yəhudilər
19 (0,1%)
Avarlar
2 (0,1%)
Digər 1 (0,1%)
Bütün rayon üzrə 60.477 (100%)

1999 - cu il 27 yanvar - 4 fevral tarixləri arasında aparılmış siyahıya almaya əsasən Masallı rayonunun əhalisi 173.937 nəfər (78,73% - i Azərbaycanlı , 21,14% - i Talış , 0,07% - i Rus , 0,06% - i digər millətlər olmaq üzrə) olmuşdur [2] .
Sərhəd rayonlar
Neftçala, Cəlilabad, Yardımlı, Lerik, Lənkəran rayonları
Bələdiyyələr haqqında
Masallı rayonunda 106 bələdiyyə fəaliyyət göstərir. Ümumi bələdiyyə üzvlərinin sayı 842 nəfərdir. Fəaliyyətdə olan bələdiyyələrin 5-i şəhər ərazisində, 1-i qəsəbədə, qalanları isə (100 bələdiyyə) kənd yaşayış məntəqələrində fəaliyyət göstərir.
Qoruqlar
Respublikanın ən böyük və ən zəngin qoruqlarından olan Qızılağac qoruğu əsasən Qızılağac körfəzi və "Pirman" adlanan sahələrdə yerləşir. Qoruqda adları "Qırmızı kitab"a düşən quşlar və vəhşi heyvanlar var. Bundan başqa dünyada ən nadir ağaclardan olan "Qızılağac" ağacı (el arasında ona Razdar da deyilir) qorunur.

Tarixi və memarlıq abidələri
Masallı tarixinin güzgüsü 1952-ci ildən rayonun Hişkədərə kəndində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyidir. Muzeyin palentologiya, etnoqrafiya, numizmatika, arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır. Rayonun Ərkivan, Hişkədərə, Boradigah, Tatyan, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Bambaşı, Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər, Öncəqala, Köhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə yerləri aşkar edilmişdir.Bu ərazilərdən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid xeyli miqdarda maddi-mədəniyyət nümunələri toplanmışdır. Bütün bunlar Masallı (Hişkədərə) Tarix-Diyarşünaslıq muzeyində mühafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur.
Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar, məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeloji, qalanları isə XX əsr abidələridir.
Masallı rayonunda aşağıdakı tarixi və memarlıq incəsənət abidələri mövcuddur
1. XIV əsrə aid Hişkədərə kəndində Nəzirə Xanım türbəsi;
2. III - IX əsrlərə aid Mahmudavar kəndində türk yaşayış yeri arxeoloji abidə;
3. IX - X əsrlərə aid "Ərkivan qalası";
4. Orta əsrlərə aid Qarğalıq ərazisində Şəhriyar yaşayış yeri;
5. XIX əsrə aid Masallı şəhər Cümə məscidi;
6. XIX əsrə aid Boradigah məscidi;
7. XIX əsrə aid Qızılavar məscidi;
8. XIX əsrə aid Masallı şəhərində hamam;
9. XIX əsrə aid Güllütəpə kəndində Əmir türbəsi;
10. XIX əsrə aid Ərkivan kəndində Mehti bulağı;
11. XIX əsrə aid Sığdaş kəndində Mirsəli ocağı;
12. XVI əsrə aid Mahmudavar kəndində Baba Seyidağa türbəsi;
13. XIX əsrə aid Şıxlar, Qodman, Mahmudavar, Yeddioymaq və Hüseynhacılı kəndlərində dağ-qoç fiquru;
14. Tunc dövrünə aid Hişkədərə kəndində Qaraxantəpə, Qoşatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanları;
15. Tunc və Dəmir dövrlərinə aid Təzə Alvadı kəndində Məmmədtəpə, İstiottəpə, Alıtəpə kurqanları;
16. XXI əsrə dair Ərkivan kəndində Mir Seyid Sadiq Ağa məqbərəsi;
17. Hişkədərə kəndində iyirmi minə yaxın eksponatı olan Tarix-Diyarşünaslıq muzeyi;
18. Orta əsrlərə dair Ninalov kəndində Səhhət qalası;
19. XX əsrə dair Ərkivan kəndində Şəhsəfi bulağı.
Masallının qəhrəmanları
1941-1945-ci illərdə Böyük Vətən Müharibəsinə getmiş 10914 nəfər Masallının vətənpərvər oğullarından 4248 nəfəri qayıdıb, 1573 nəfəri itkin düşüb, 5 mindən çoxu həlak olub.
Qarabağın azadlığı uğrunda 5 min nəfərə yaxın cəsur oğlumuz vuruşub. Onlardan 150 nəfəri şəhid olub, 30 nəfəri itkin düşüb, 500 nəfərdən çoxu yaralanıb. Onlardan Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Səfəralı Məmmədov, Elşad Hüseynov, Elşad Əhədov, Səfa Axundov bütün Masallıların fəxridir. 3 nəfər Masallı döyüşçüsünə Azərbaycan Bayrağı ordeni verilmişdir.
Masallının məşhur adamları
XX əsrdə Masallı Azərbaycana və dünyaya 230-dan çox elmlər doktoru, elmlər namizədi, 6 general, 100-ə yaxın yazıçı və şair, müxtəlif sahələrdə çalışan nüfuzlu şəxslər bəxş edib. İqtisadiyyat sahəsindəki uğurlarına görə müxtəlif illərdə 50 nəfərdən çox Masallı Sosialist Əməyi Qəhrəmanı fəxri adına Lenin ordeninə layiq görülmüşdür.

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » MASALLI
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...