ÇƏRŞƏNBƏ AXŞAMI, 2020-09-29, 8:35 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ LERİK - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » LERİK
LERİK
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-04, 3:27 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Lerik

İqtisadi rayon:
Lənkəran iqtisadi rayonu

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
66,5 (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
43
Telefon kodu:
157
Poçt kodu (Mərkəzi PŞ):
AZ 4300
Yaşayış məntəqələrinin sayı 157
İcra başçısı:
Rövşən Bağırov

İnternet saytı: www.zengilan.com

Lerik - Azərbaycanda rayon.
Talış dağlarının zirvəsində Azərbaycanın ən səfalı guşələrindən biri olan Lerik rayonu yerləşir. Rayonun ərazisindəki ən uca dağ zirvələri Kömürgöy (1492 metr) və Qızyurdu (2433 metr) dağlarıdır.
Azərbaycanın füsünkar təbiəti, mavi Xəzəri, əzəmətli dağları, saysız- hesabsız qalaları, zəngin və həddindən artıq diqqəti cəlb edən meşələri ulu keçmişdən qalan yadigarlardır.Bir sözlə bu diyar əsirlərin yaddaş kitabıdır.
İlahi Azərbaycandan, onun əsrarəngiz təbiətindən öz nadir nemətlətini əsirgəməmişdir. Bu baxımdan bənzərsizliyi, nadir ağacları, saf suyu, zümrüd meşələri, qalaları, tarixi yerləri ilə seçilən Talış dağlarını Azərbaycanın zümrüd qaşı adlandırırlar. Doğurdan da buraların gözəlliyini sözlə təsəvvür etmək mümkün deyildir. Bu torpaqda müxtəlif vaxtlarda olmuş dünyanın məşhur səyyahları buraları cəsarətlə dünyanın ən gözəl, ən səfalı yerləri ilə müqayisə etmişlər. Dahi fransız yazıçısı və səyyahı Aleksandr Düma Lerik meşələrindən keçərək Hovil kəndində olmuş, öz əsərlərində bu kəndin esgizlərini çəkmiş, bu diyarın gözəlliklərini vəsf etmiş, əhalinin qonaqpərvərliyindən, məşğuliyətindən geniş yazmışdır. A. Düma Cəngəmiran kəndində olarkən eşitdiyi maraqlı bir hadisəni də gündəliyinə keçürməyi unutmur: “Bir kişi öz arvadı ilə kəndin qurtaracağındakı meşənin içində olan hamamda işləyirmiş... Birdən onlar pələngə rast gəlirlər. Kişi pələngi qovmaq fikri ilə hamama girir. Hirslənmiş pələng onun üstünə yeriyir. Xoşbəxtlikdən əli baltalı qadın kişinin ardınca gəlirmiş. Ərinin üstünə atılmağa hazırlaşdığını görən arvad əlindəki balta ilə pələngin başına zərbə endirmiş, pələngi öldürmüşdür...”
Başqa bir fransız arxeoloq- səyyahı Morqan Lerinin Veri kəndi ərazisindəki Qızılbaşlar qəbiristanlığında arxeoloji qazıntılar aparmış, bu diyarın qədim tarixindən söhbət açmışdır. Morqan mərtəbəli qəbirlərdən tapdığı bütün maddi mədəniyyət nümünələrini özü ilə Fransaya aparmışdır. Həmin eksponatlar indi də Paris muzeylərini bəzəyir. Səyyah, etnoqraf-tarixçi Berezin qeyd edir ki, “buranın yerli əhalisi çox qədim xalqdır. Onlar keçmiş Midyalılardır”. Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü ) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri möcuddur... Lerik ərazisində mövcud olan Oğlan və Qiz qalaları müdafiə məqsədi ilə tikilmişdir. Bu qalalara su dulus borularla bulaq çeşmələrindən çəkilbmiş. Qalaların bürcləri orjinal arxitektura quruluşuna malikdir. Bu qalalar haqqında əfsanələr mövcuddur.
Rəvayyətə görə bura qədim Albanların məskəni olmuşdur.Burada Albanlara məxsus qəbirstanlıq indi də mövcuddur. Səfəvilərin hakimiyyəti illərində Şah İsmayıl öz inanılmış adamlarını Lerik rayonu ərazisinə də göndərmişdir. İndi əhalinin ziyarətgaha çevirdiyi Babagil məqbərəsi də o dövrlərin yadigarıdır. Rayonun ərazisində olan Xanəgah məscidi XIV əsrə aiddir. Bir sözlə qədim tarixi özündə yaşadan neçə-necə maddi- mədəni abidəni sinəsində qoruyub saxlayan Lerik rayonunun ərazisi tarixin yaddaş kitabının daş səhifələridir.Bir sözlə, Azərbaycanın cənub-şərq hissəsini əhatə edən, Şərqdən mavi Xəzərlə, qərbdən canlı müzeyi xatırladan sira dağlarla, meşələrlə, bərəkətli Muğan torpağı ilə, Cənubdan isə İranla həmsərhəd olan bu rayonun gözəlliyindən göz doymur. Əzəmətli Talış dağlarına hündürlüyü dəniz səviyyəsindən 2504 metrdən yüksək olan Quludaş, Kömür göy(2492m), Qız yurdu (2433m) zirvələri xususi gözəllik verir. Quludaş zirvəsindən Şindan qalasına qədər uzanan dağlara baxmaqla doymaq olmur. Dağların bir hissəsi Peştəsər adlanır. O, ürəkaçan meşələri ilə örtülən Brovlara qədər uzanır.
Buraların dup-duru, şəffəf suyu, bulaqları, cayları bənzərsizdir. Sors çay, Zuvand çay, Lerik şay, Bilnə çay, Ləkər çay, Vazaru çay bu yerlərə xüsusi yaraşıq verir və təbiəti daha da gözəlləşdirir. Ümumiyyətlə Lerik Azərbaycanın rəngarəng, füsunkar təbiətli rayonlarındandır. Əzəmətli dağları, nadir ağacları, zəngin flora və faunası heyrət doğurur. Hayqıran çayları, çağlayan şəlalələri göz oxşayır. Qərbində havadan qar qoxusu gələndə şərqində hələ meyvə ylğılır. Şimalında aramsız yağışlar yağanda cənubunda torpaq quraqlıqdan korluq çəkir.Bir yanında şaxta iliyə işləyəndə o biri tərəfində kölgəliyə tələsirsən.Aranında biçin qurtaranda yaylağında hələ ot göyərir.Rayon coğrafi ərazisinə və relyefinə görə beş iqlimə malikdir. 1965-70-ci illərdə rayonda ekspedisiyada olan Leninqrad bioloqları möcüzələr diyarına heyranlıqlarını belə ifadə etmişdilər: “Çox qəribə təbiəti var—hər kilometrdən bir havası dəyişir...” Uzunömürlülər diyarı kimi tanınan rayonun təbiəti belədir... Planetimizin ən qocaman sakinləri Mahmud Eyvazovun, Şirəli Müslümovun, Məcid Ağayevin əsr yarımdan çox yaşamalarının sirrini məhz bu iqlim rəngarəngliyində axtarmaq lazımdır... Bir vaxtlar Zuvand kimi tanınan bu diyar 1937-ci ildən Lerik adlanır. Ərazisi 1084 kvadrat kilometrdir. Bundan 39 min hektarı zümrüd meşələrdir. Rayonun 157 yaşayış məntəqəsi var.Burada 142 tarixi abidə- ocaq, pir, ziyarətgah qeydə alınıb və qorunur.
Blaran Berq 1836-cı ildə yazdığı “Vospominaniye” kitabında Cəngəmiran, Şingədulan, Hoveri və Veri kəndlərinin təbiətindən, akademik Qrosheym “Na qarax Talışax” kitabında nadir meşələrdən söz açmışlar... Müdriklərimizin, alimlərimizin bu yerin gözəlliyini tərənnüm edən fikirləri də maraqlıdır...
“Dünyanın çox yerini gəzmişəm .Ancaq Lerik və Astara təbiətinin təzadlarına heyran qalmışam. Lerik qədər səfalı, mənzərəli, füsünkar yer azdır. Təbiət hər yerdə ordakı kimi səxavətli, bərəkətli, məhəbbətli deyil ... Sizin yerlərin ecazkar təbiəti əbədi ilham mənbəyi, tanrı əli ilə çəkilmiş misilsiz tablolardır. Haçansa ordakı insanlar min il yaşayıb yəqin.” Süleyman Rəhimov, Xalq yazıçısı
“Yaz vaxtı Talış meşələri ətriyyat mağazalarını xatirladır. ” “Talış dağlarının füsünkar guşələrindəki mineral bulaqları xalqımızın sağlamlıq ocaqlarına çevirmək lazımdır....” “Talış meşələrinin relikt flora və faunasını saxlamaq üçün həmin meşə başdan-başa Karpat meşələri kimi milli park və ya təbiət parkına çevrilməlidir. Oradakı mineral və digər içməli suların çoxluğu bu məqsəd üçün gözəl mənbədir...” Həsən Əliyev, Akademik, Əməkdar elm xadimi.
“Talış dağlarının zəngin-təzadlı təbiəti möcüzələr diyarnı xatırladır.Bu dağların sirri hələ tam açılmayıb.Gələcək alimlər üçün bura böyük təcrübə məktəbi ola bilər.Bu qiymətli sərvətlərə,bənzərsiz gözəlliklərə laqeyd qalmaq günahdır...” Mirəli Qaşqay, Akademik
“Nə üçün Lerik uzunömürlülər diyarı sayılır? Bu, onların qoçaqlığıdırmı? Əsla! Çünki sağlam təbiətdə yaşayırlar.Havası loğman, suları məlhəm, bitkiləri can dərmanıdır bu rayonun. Torpağı səxavətlidir- min bir nemət yetirir. Balı, qaymağı,.... bütün təbii qidaları, təbii gözəllikləri sağlamlığın rəhnidir.Burada təbiət, Günəş şüaları ilə,suyu,havası, növbənöv bitkiləriylə, zümrüd meşələriylə insanlardan xəbərsiz onları müalicə edir... Əlbəttə, dağ havası udan dağa bənzər.Sağlam təbiət sağlam həyat deməkdir. Sağlamlıq isə xoşbəxtlikdir....” ''''Şükür Həsənov, Əməkdar elm xadimi, tibb elmləri doktoru,professor'''

Coğrafiyası
Payız fəslində Lerikdə tez-tez yağış yağır, kənd yollarında gediş-gəliş çətinləşir. Yayda orta temperatur +20 C-dən +25 C-yə qədər olur. Bülüdül (rayon mərkəzindən məsafəsi 20 km) və Zərinqala (17 km) təbii istirahət zonaları çox məşhurdur. Meşələrdə və Lerik çayının sahillərində qaban, dovşan, tülkü, kəklik və ördək ovlamaq üçün əlverişli şərait var. Meşələrin əlçatmaz yerlərində, dağlarda bəbirə də rast gəlmək olar. Hazırda bu nadir heyvanın qorunub saxlanması üçün müvafiq elmi proqram həyata keçirilir.

Tarixi abidələri
Bu regionun bənzərsiz təbiəti ilə yanaşı özünəməxsus mədəniyyəti və qədim tarixi də onu məşhurlaşdırır. Burada tapılmış mağarada daş dövrünün insanlarının yaşaması güman edilir. Rayonda çoxsaylı tarixi abidələr var. Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mistan kəndində, dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən "Qızyurdu" adlı qədim insan məskəni, Mondigah kəndindəki Baba İsa türbəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Lerikdən Cəngəmiran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII – XIV əsrlər) və s. Kəndlərin çoxunda daşdan yonulmuş qoç heykəlləri salamat qalmışdır. Cəngəmiran kəndinin yaxınlığında Xəlifə Zəkəriyyə məqbərəsi var. Bu kənddə qədim ağaclar da tarixi abidələr kimi qorunur. Məşhur fransız yazıçısı Aleksandr Düma vaxtilə Qafqaza səyahət edərkən bu kənddə olmuş, ordakı qədim abidələ baxmış, kənd sakinləri ilə söhbət etmişdir. Düma öz əsərlərinin birində bu kənddə yaşayan qadınlardan birinin rəşadətini təsvir etmişdir.
Lerik rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1938-ci ilədək Zuvand rayonu adlandırılmışdır. Ərazisi 1084 kvadrat km, əhalisi 67100 nəfər, yaşayış məntəqələrinin sayı 161-dir. 29 ərazi-inzibati vahidi, 1 qəsəbəsi, 161 kəndi var.
Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar)çökəkliyi yerləşir. Ən yüksək zirvələri Talış silsiləsindəki Kömürgöy (2492 m) və Qızyurdudur (2433 m). Bitki örtüyü əsasən kollu və seyrək meşəli çəmənlərdən və dağ meşələrindən ibarətdir. Meşələrdə əsasən palıd, vələs, fısdıq, qoz, dəmirağacı, azalt (nil) çoxluq təşkil edir.
Faunası: tülkü, çaqqal, canavar, ayı, dovşan, meşə pişiyi, süleysin, kəklik, torağayı, bildirçin və s.
Zuvand yasağının bir hissəsi Lerik rayonunun ərazisindədir.
Qədim tarixə malik olan Lerik rayonu ərazisində daş dövrünə aid olan əşyalar tapılmışdır. Büzeyir mağarası Azərbaycan ərazisində daş dövrünə aid olan ən qədim yaşayış məskənlərindəndir. XVIII-XIX əsrlərdən başlayaraq məşhur fransız arxeoloqu Jak de Morqan, K.Şaffer və qardaşı Henri ilə apardığı arxeoloji qazıntı zamanı buranı "arxeoloji cənnət" adlandırmış, qiymətli tarixi eksponatları aparmışdır.
Görkəmli arxeoloq H.Hümmel Lerikdə tapılan maddi-mədəniyyət nümunələrini neolit (yeni daş) dövrünə aid etməklə Azərbaycan paleolit dövrü adamlarının Lerik ərazisində məskunlaşmasını təsdiq edir. Elmlər Akademiyası Tarix İnstitutu Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri, professor Əsədulla Cəfərov Lerik rayonu ərazisində elmi tədqiqat işləri aparmış, ilk dəfə olaraq Büzeyir mağarasında orta paleolit dövrünə dair qədim insan düşərgəsi aşkar etmişdir.

Əhalisi
Lerik həmişə uzunömürlülər diyarı kimi məşhur olmuşdur. Bu rayonun sakini olmuş Şirəli Müslümov uzunömürlülük üzrə dünya rekordu müəyyən etmişdir. O, 163 il (1812-1975) ömür sürmüşdür. Onun digər həmyerlisi Mahmud Eyvazov isə 150 il yaşamışdır (1808-1958). Hazırda bu rayonda yaşı 100-ü çoxdan keçmiş, lakin hələ də əmək qabiliyyətini saxlamış onlarca insan yaşayır.
Əhalinin etnik tərkibi
Lerik rayonu : 1939-cu il siyahıya alması
Etnik quplar əhalinin Sayı[1] (Nəfər)

Talışlar
20.984 (68,9%)
Azərbaycanlılar
8.855 (29,1%)
Ruslar
402 (1,3%)
Ermənilər
32 (0,1%)
Ləzgilər
20 (0,1%)
Yəhudilər
9 (0,1%)
Avarlar
2 (0,1%)
Digər 1 (0,1%)
Bütün rayon üzrə 30.443 (100%)
1999-cu ilin 27 yanvar - 4 fevral tarixləri arasında aparılmış siyahıya almaya əsasən Lerik rayonunun əhalisi 63.314 nəfər (88,49%-i azərbaycanlı, 11,42%-i talış , 0,6%-i digər millətlər olmaq üzrə) olmuşdur .[2]

Şəxsiyyətləri
Ucqar dağ rayonu olan Lerik Azərbaycana bir çox görkəmli şəxslər bəxş edib. Bu gün respublikanın ayrı-ayrı ali məktəblərində, MDB ölkələrinin ali məktəblərində tanınmış elm adamları, hüquq mühafizə orqanları işçiləri fəaliyyət göstərir.
1. Asəf İsgəndərov - riyaziyyat elmləri doktoru (BDU).
2. Xeyrulla Məmmədov - filologiya elmləri doktoru (APU).
3. Firudin Əsədov - tarix elmləri doktoru (APU).
4. Bəhlul Əhmədov - texnika elmləri doktoru (ADNA).
5. Aydın Qafarov - texnika elmləri doktoru (ATU).
6. Əlihüseyn Hidayətov - tibb elmləri doktoru (ATU).
7. Şamil İskəndərov- El ağsaqqalı,yüksək elmə malik ziyalı.
8. Yusif Hidayətov - tibb elmləri namizədi (ATU).
9. Mirağa Cəfərquliyev - hüquq elmləri doktoru (Respublika prokurorluğu).
10. Miri Qəmbərov - Milli Məclisin üzvü (Azərkontrakt SC-nin prezidenti).
11. Novruz Novruzov - Goranboy Rayon İcra hakimiyyətinin başçısı.
12. Fazil Ağayev - tibb elmləri dokoru, AMEA-nın müxbir üzvü.
13. Həmzə Şıxəliyev - "Qırmızı ulduz", "Lenin" ordenli müharibə iştirakçısı.
14. Böyükağa Mirsalayev - ictimai xadim.
15. Xanoğlan Bayramov - neftçi, Sosialist Əməyi Qəhrəmanı.
16. Mirzə Məmmədov - 1954-1959-cu illərdə maarif naziri olub.
17. Məmmədhüseyn Əliyev - yazıçı.
18. Eldar Mikayılov - filosof, fəlsəfə elmləri doktoru.
19. Mirzə Rüstəmov - filosof.
20. Balağa Bağırov - cərrah, tibb elmləri doktoru.
21. Əyyub İskəndərov - kənd təsərrüfatı elmləri doktoru.
22. Bəşir Bəşirov - tanınmış pedaqoq, professor.
23. Sultanağa Ağayev - iqtisad elmləri doktoru (ABTU).
24. Əlisa Nicat - yazıçı, filosof.
25. Yəhya Feyziyev - fizika elmləri namizədi, dosent.
26. Xanlar Seyfullayev - texnika elmləri doktoru (İMU).
27. Mirhəsən Əkbərov - fizika-riyaziyyat elmləri doktoru.
28. Əvəz Sadıqov - filologiya elmləri doktoru, görkəmli dilşünas alim.
29. Babəli İbişov - texnika elmləri namizədi, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini.
30. Ağacəfər Həsənli - şair.
31. Eldar İsgəndərzadə - şair-dramaturq,ssenarist.(AzTv)
32. İslam Qəribov - filologiya elmləri namizədi, şair.
33. Tofiq Abdullayev - tibb elmləri namizədi, cərrah-travmatoloq.
34. Xudaverdi Qənbərov - biologiya elmləri doktoru (BDU).
35. Valeh Müslümov - Azərbaycanın Milli Qəhrəmanı.
36. Rövşən Abdullayev - Azərbaycanın Milli Qəhrəmanı.
37. Fərhad Ağayev - Azərbaycanın Milli Qəhrəmanı.
38. Əjdər Əliyev - Azərbaycanın Milli Qəhrəmanı.
39. Fəxrəddin Şahbazov - Azərbaycanın Milli Qəhrəmanı.
40. Asif Məmmədov- Balakən rayon İcra Hakimiyyətinin başçısı.

Təbiəti və istirahət zonaları, qoruqları
Lerik rayonunun ərazisi İran İslam Respublikası ilə sərhəd boyu Talış silsiləsi, bundan şimalda Peştəsər silsiləsi, ərazinin şimalında isə Burovar silsiləsi uzanır. Talış və Peştəsər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir. Ən yüksək zirvələri Talış silsiləsindəki Kömürgöy (2492 metr) və Qızyurdudur (2433 metr). Əsasən pallogenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi, həmçinin yayı quraq keçən mülayim isti iqlim üstündədir.Orta tempratur yanvarda 1-dən -4 dərəcə S qədər, iyulda 22 - 12 S-dir. İllik yağıntı 300 mm-dən 800 mm-ə qədərdir. Rayonumuzun gözəl təbiəti, şəfalı bulaqları, tarixi abidələri, quru iqlimi bu ərazilərdə turizmin inkişafı üçün münbit şərait yaradır. Rayonumuz üçün ənənəvi olmayan turizm sahəsi son illər inkişaf etməkdədir. Artıq Lənkəran-Lerik 56 km-lik avtomobil yolu boyu bir sıra turizm, istirahət əyləncə mərkəzləri inşa edilmiş və bu iş uğurla davam etdirilir. “Relax”, “Təbəssüm”, “Meşəbəyi”, “Ağgöl”, “Paradiz” və digər turizm obyektlərində hər cür şəraiti olan kotec, istirahət evləri, əyləncə mərkəzləri, restoran və barlar, idman qurğuları qonaqların xidmətindədir. Turizm obyektlərində, 600 nəfərdən çox, o cümlədən “Relax” turizm istirahət əyləncə mərkəzində eyni vaxtda 400 nəfərdən çox qonağın qəbulu üçün şərait yaradılmışdır. Bundan başqa rayonumuzun Zuvand, Bürsülüm, Livədirqə, Orand, Nücü və digər ərazilərində turizmin inkişafı üçün hər cür şərait vardır.
Rayonda Dövlət mühafizəsində olan daşınmaz tarixi mədəniyyət abidələri mövcuddur. Bunlardan yerli əhəmiyyətli memarlıq abidələri 27, arxeloji abidələr 25, monumental və xatirə abidələri 1, dekorativ, tətbiqi sənət abidələri 78 və s. göstərmək olar. Lerik şəhərində 1 ədəd tarix-diyarşünaslıq muzeyi, “Uzunömürlülər” muzeyi, rəsm qaleriyası fəaliyyət göstərir. Rayonda idman qurğularının sayı 100 ədəddir. İdman qurğuları olan 13 təhsil müəssisəsi vardır. Lerik şəhər stadionu 2007-ci ildə əsaslı təmir olunmuş, stadionda 500 oturacaq quraşdırılmışdır. Lakin aparılmış təmir işləri keyfiyyətsiz aparıldığından stadion rayon icra hakimiyyəti tərəfindən istismara qəbul edilməmişdir.
Rayonun Zuvand ərazisində Zuvand dövlət yasaqlığı (qoruq) vardır. Burada təbii kompleksin saxlanılması üçün müəyyən işlər görülmüşdür. Burada fəaliyyət göstərən Milli Elmlər Akademiyasının “Nəbatət elmi-tədqiqat mərkəzi” ərazinin fauna və florasını öyrənir. Rayonumuzun bitki örtüyü, əsasən, kollu və seyrək meşəli çəmənliklərdən və dağ meşələrindən (palıd, vələs, fısdıq, qoz, dəmir ağacı) ibarətdir. Ərazidə 40,3 min hektar meşə örtüyü vardır. Meşələrimizdə tülkü, canavar, ayı, çöl pişiyi, qaban və digər vəhşi heyvanlar yaşayırlar.

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » LERİK
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...