CÜMƏ, 2024-12-27, 8:14 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ QAZAX - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
QAZAX
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-04, 3:13 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Qazax

İqtisadi rayon:
Gəncə-Qazax

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
(nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
35
Telefon kodu:
279
Poçt kodu (Mərkəzi PŞ):
AZ 3500
Yaşayış məntəqələrinin sayı 34
İcra başçısı:
Rauf Hüseynov

İnternet saytı: www.zengilan.com

Tarixi
Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazağın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur.
XV əsrin sonlarında Qazax sultanlığı yaradılmışdır [Mənbə göstərin]. Səfəvilər dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi.
Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 nəsil rəhbəlik etmişdir. 1-ci nəslə "Qazaxlı" və ya "Alqazaxlı" deyilən Şıxlinskilər aiddir [Mənbə göstərin].
Osmanlı sultanı III Əhmədin (1703-1730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazağı geri alarkən "Qazaxlı" tayfasını rəhbərlikdən azad etmiş, onların əvəzinə iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazağa sultan təyin etmişlər. Bununla da II feodal sülaləsinə Sübhanverdi xan başçılıq etmişdir [Mənbə göstərin].
Həmin dövrdə Qazax sultanlığı hələ Qarabağ bəylərbəyliyinə tabe idi. 1736-cı ildə Nadir şah Muğanda özünü şah elan etdi. Lakin Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu onun hakimiyyətinə öz etirazını bildirdi. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra Gəncə xanının nüfuzunu zəiflətmək üçün Qazax, Şəmşədil və Borçalı mahallarını Kaxetiya çarlığına verdi. Bundan sonra Kaxetiya çarı II İraklinin fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına rəhbərliyə Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa rəhbər təyin edildi. Bununla III feodal sülaləsinin hakimiyyəti başladı [Mənbə göstərin].
1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirildi, Şəki xanı Hacı Çələbinin vəfatından sonra yenidən II İraklinin vassallığına keçdi. 1801-ci ildə Qazax sultanlığı Qərbi Gürcüstanın təkibində Rusiyaya birləşdirildi. 1819-cu ildə sultanlıq ləğv edilərək distansiyaya çevrildi. 1867-ci il dekabrın 9-da Yelizavetpol quberniyasının tərkibində Qazax qəzasına çevrilmişdir. Qazax qəzası indiki Tovuz, Ağstafa, Qazax rayonlarını və sovet dövründə Ermənistana verilmiş keçmiş Azərbaycan torpaqları olan Dilican dərəsi və Göyçə gölünə qədər əraziləri əhatə edirdi. [Mənbə göstərin] 1929-cu ildə Qazax qəzası ləğv olunmuşdur.
1930-cu il avqustun 8-də Qazax rayonu yaradılmış, 1939-cu il yanvarın 24-də bir hissəsi yeni yaradılan Ağstafa rayonuna verilmişdir. 1959-cu il dekabrın 4-də Ağstafa rayonu Qazax rayonundan ayrılmışdır.

Coğrafi mövqeyi
Qazax rayonu Gürcüstan və Ermənistan respublikaları və Ağstafa rayonu ilə həmsərhəddir.

Əhalisi
Əhalinin 23,7%-i şəhər əhalisi, 76,3%-i isə kənd əhalisidir. Rayonun ərazisində 6 851 məcburi köçkün məskunlaşmışdır. Əhalinin 99,8% azərbaycanlıdır.

İqtisadi xarakteristikası
Rayonun iqtisadiyyatının əsasını əkinçilik, heyvandarlıq, üzümçülük, bağçılıq və qismən də arıçılıq təşkil edir.
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Qazax rayonunda 8 iri və orta müəssisə, 13 tibb müəssisəsi, 110 mədəniyyət ocağı, 47 orta ümumtəhsil məktəbi, 31 məktəbəqədər uşaq müəssisəsi, 2 texniki, orta ixtisas və peşə məktəbi, 1 ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Maddi-mədəni irsi
Qazax rayonunda dünya, ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə var. Onlardan 54-ü arxeoloji, 46-sı memarlıq, 7-si monumental-tarixi abidə, 5-i dekorativ-tətbiqi incəsənt abidəsidir.
Rayonun məşhur abidələri aşağıdakılardır:
1. Səməd Vurğunun Poeziya Evi — Yuxarı Salahlı kəndində yerləşir. 17 noyabr 1976-cı ildə şairin anadan olmasının 70 illiyi ilə əlaqədar açılmışdır.
2. Tarix-Diyarşünaslıq muzeyi — 1984-cü ildə yaradılmışdır.
3. Qazax Dövlət Rəsm Qalereyası — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13 fevral 1986-cı il tarixli əmrinə əsasən yaradılmışdır.
4. Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyi — 1970-ci ildə M.P.Vaqifin xatirə muzeyi kimi yaradılmışdır.
5. Qazax Müəllimlər Seminariyasının binası — 1910-cu ildə inşa edilmişdir.
6. Damcılı mağarası — Daş Salahlı kəndində Avey dağının cənub-şərqində yerləşir. Sahəsi 360 kvadrat kilometrdir. Mağarada aparılan qazıntılar zamanı orta və üst paleolitə, mezolit və neolitə, tunc və orta əsrlərə aid materiallar tapılmışdır. Qazıntılar zamanı 8 mindən artıq arxeoloji materiallar tapılıb. Damcılı mağara düşərgəsi dünya əhəmiyyətli abidələr sırasına daxildir.
7. Hacı Mahmud Əfəndi türbəsi (Göy türbə) — Qazax rayonunda Aslanbəyli kəndindədir. 1896-cı ildə inşa edilmişdir.
8. Sınıq Körpü — Qazax rayonunun İkinci Şıxlı kəndində Ehram (Xram) çayı üzərindədir. XII əsrdə inşa edilmiş bu körpü dörd aşırımlıdır.
9. Didevan dağı — Xanlıqlar kəndi ərazisində yerləşir. VI-VII əslərə aiddir. Müdafiə xarakterli bu abidə memarlıq nümunəsi kimi ölkə əhəmiyyətli abidələr siyahısına daxildir.
10. Baba Dərviş yaşayış məskəni — Dəmirçilər kəndi ərazisindədir. Baba Dərviş yaşayış məskənində dini abidə olan 3 türbə var.
11. Cümə məscidi — Qazax şəhərindədir. 1902-ci ildə Kəsəmənli Axund Hacı Zeynalabdin Məhəmmədəli oğlunun təşəbbüsü ilə tikilmişdir. Baş ustası mahir bənna Müzəffər Hüseynovdur.
12. Alban Avey məbədi — Avey dağının cənub zirvəsində 992,5 m yüksəklikdədir. Məbəd V-VI əsrlərə aiddir.
13. Şıxlı insan düşərgəsi — Birinci Şıxlı kəndinin yaxınlığında aşkar olunmuşdur. Aparılmış qazıntılar zamanı 1023 məmulat tapılmışdır. Burada Uzundərə, Çınqıltəpə, Acıtəpə mustye yaşayış məskənləri də aşkar edilmişdir.
14. Əskipara məbədi — Aşağı Əskipara kəndi ərazisndə yerləşən məbəd V-VIII əsrlərdə tikilmişdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu sübut edir.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...