CÜMƏ, 2024-12-27, 8:30 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ KƏLBƏCƏR - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
KƏLBƏCƏR
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-04, 3:07 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Kəlbəcər

İqtisadi rayon:
Kəlbəcər-Laçın iqtisadi rayonu

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
(nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
32
Telefon kodu:
237
Poçt kodu (Mərkəzi PŞ):
AZ 3200
Yaşayış məntəqələrinin sayı 132
İnternet saytı: www.zengilan.com

Kəlbəcər - Azərbaycan Respublikası ərazisində rayon.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Ümumi sahəsi 3054 kv. km.-dir. 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır.
Kəlbəcər rayonunun əhalisi 27 yanvar-4 fevral 1999-cu il siyahıya almasına əsasən 66211 nəfərdir, 1 yanvar 2007 - ci il tarixində rayonun əhalisi artaraq 74885 nəfər, Kəlbəcər şəhərinin əhalisi isə 8652 nəfərə çatmışdır. [1]
Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Xanlar (Göy-Göl), Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Kəlbəcər əhalisinin 98 faizini azərbaycanlılar, 2 faizini isə, ruslar, İrandan gəlmə kürdlər və başqa millətlər təşkil edir. Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə - İstisu (Kəlbəcər) avtopmobil yolunun kənarında, Tərtərçay çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.
Rayonun səthi dağlıqdır. Ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.

Toponimi
“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.

Kəlbəcərin işğalı
1993-cü ilin aprel ayının 2-dən Ermənistan opdusunun işğalı altındadır. İşğaladək Kəlbəcərdə 132 yaşayış məntəqəsi var idi, Kəlbəcər əhalisinin 98 faizini Azərbaycanlılar, 1 faizini isə ruslar, İrandan gəlmə kürdlər və başqa millətlər təşkil edirdi.
Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.
1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 511 dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.

Kəlbəcərin tarixi
Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda Erkən Çağ Türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisidir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.

Qayaüstü təsvirlər
Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı -"əkiz"lərdir. "Soltan Heydər", "Qurbağalı çay", "Turşsu", "Ayçınqıllı", "Gəlinqayası", "Böyükdəvəgözü", "Sərçəli" və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Kustar şəkildə, bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cismlərindən, qədim heyvanlardan və s. ibarət bu daş kitabələr Kəlbəcərin tarixinin, mədəniyyətinin qədimliyini əks etdirir. Bu təsvirlərdən biri belədir: Bir insan fiquru ayağının birini bir dairənin, o birini isə digər bir dairənin üzərinə qoyaraq yuxarıdakı kürəyə baxır.Güman olunan budur ki, insan bir planetdən digərinə uçmaq arzusundadır. İnsan fiqurunun ayağı altındakı dairənin biri Yer,o biri isə Ay güman olunur.

Abidələri
Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən yaddaqalanı Xudavəng məbəd kompleksidir. Bu abidə kompleksi Kəlbəcər rayonunun şərqində - rayonunun 29 kmilometrliyində yerləşir. "Xudadəng" də adlandırılan abidə kompleksi VI-VII əsrlərdə Alban kinyazı tərəfindən tikilib, XV əsrdə isə bu abidə Alban kinyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət Alban hökmdarı Həsən Cəlal tərəfindən yenidən inşa edilib. Həsən Cəlalın arvadı Minə Xatun bu qalada dəfn olunub. Anası Arzu Xatın və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Üstü gümbəz kimi tikilmiş bu kompleksin tikintisində ağac materialından da istifadə edilib. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var. Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilində – bir dərədə yığılaraq suxurlaşmış və və kiristallaşmış gildən əmələ gəlmişdir. Kəlbəcər rayonunun Vəng kəndi ərazisində də digər bir Alban məbədi yerləşir. Kəlbəcədəki digər qədim Alban abidələri bunlardır: "Laçınqaya", "Lev", "Uluxan", "Qalaboynu", "Comərd". Kəlbəcərin Ağdaban kəndinin də qədim alban tayfasının adını daşıdığı güman edilir. "Alban» adının Ağuan, Aluan, Ağvan, Andan kimi təhrif olunmuş adlarından birinin də Ağban olması istisna deyil.
Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kədində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət vei, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal zonasında qalaraq, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.

Coğrafi mövqeyi
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvə Camışdağ dağındakı zirvədir. (3724m). Ərazinin çox hissəsi meşəlikdir.
Kəlbəcər rayonu faydalı qazıntılarla zəngindir: qızıl, xrom. . Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Kəlbəcər həmçinin ölkənin ən mənzərəli və şəfa mənbəli rayonlarında biridir, burada tanınmış Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdəkvə c. mineral bulaqlar vardır.

İqtisadi xarakteristikası
Kəlbəcər rayonunun gözəl və zəngin təbiəti, yeraltı və yerüstü sərvətləri, münbit torpaqları vardır. Kənd təsərrüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf etmişdir.
Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici həm də daxili xəstəlikləri müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.
Rayonun İstisu (Kəlbəcər) qəsəbəsində Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi.
Yaşayış məntəqələri
Rayonda 132 yaşayış məntəqəsi vardı.

Kəlbəcərin bölgələri:
• Ayrım dərəsi (20-dək kəndi əhatə edir)
• Qılınclılar (10-dək kəndi əhatə edir)
• Alxaslı (6-7 kəndi əhatə edir)
• Qaraçanlı (4 kəndi əhatə edir)

Milli qəhrəmanları
Kəlbəcərdə doğulub boya-başa çatmış 3 nəfər ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb:
1. Polis mayoru Şükürov Şahlar Əvəz oğlu – 1952-ci ildə Zülfüqarlı kəndində anadan olub. 1991-cı ilin iyul ayının 11-də Ağdərədə şəhid olub. 8 oktyabr 1992-ci il tarixdə 264 saylı fərmanla Yüksək adı alıb.
2. Polis baş leytenantı Səfərov Sərdar Mədəd oğlu – 1960-cı ildə doğulub. 1991-ci ilin 25 sentyabr tarixində Xankəndi yaxınlığında həlak olub. 8 oktyabr 1992-ci il tarixdə 264 saylı fərmanla Milli Qəhrəman adı alıb.
3. Baş leytenant Nəcəfov Yunis İsa oğlu – 1967-ci il təvəllüdlüdür. 1992-ci ilin 24 avqustunda şəhidlik zirvəsinə yüksəlib. 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanla Milli Qəhrəman adına layiq görülüb.

Həsr olunmuş şeirlər

KƏLBƏCƏR

Hər yаnı gül аçıb, lаləzаr оlub,
Аtıb ürəyindən dərdi Kəlbəcər.
Bаbаm Ələsgərin sеvdiyi diyаr,
Qurbаnın, Şəmşirin yurdu Kəlbəcər.

Gözəllik еşqiylə yаrаnıb təkcə,
Zirvədə qаrtаllаr məğrurdu nеcə.
Bir yаnı Qаrаbаğ, bir yаnı Göyçə,
Ömürə ziyаdı, nurdu Kəlbəcər.

Yаlçın qаyаlаrı kеşikçi əsgər,
Hüsnünə bахmаmаq оlаrmı məgər.
Cənnət dеdikləri düzdürsə əgər,
Cənnətdən səfаlı yеrdi Kəlbəcər.

Istisuyu bir bəzəkdi özü tək,
Müqəddəsdi çörəyi tək, duzu tək,
Şiruyənin söhbəti tək, sözü tək
Incidi, gövhərdi, dürdü Kəlbəcər.

Sərraf Şiruyə

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...