ÇƏRŞƏNBƏ AXŞAMI, 2020-09-29, 8:31 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ XIZI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » XIZI
XIZI
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-04, 3:02 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Xızı

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
1 km2 8 nəfər (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
29
Telefon kodu:
199
Poçt kodu (Mərkəzi PŞ):

Yaşayış məntəqələrinin sayı
İnternet saytı: www.zengilan.com

Xızı rayonu - Azərbaycanın rayonlarından biri. Rayonun inzibati mərkəzi Xızı şəhəridir. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir.

Yaranma tarixi - 24.04.1990, Ərazisi - 1,85 min km2, Əhalinin sayı - 14,3 min nəfər (1 yanvar 2007-ci il), Əhalinin sıxlığı - 1 km2 8 nəfər (1 yanvar 2007-ci il)

Coğrafiyası
Xızı rayonu ilə Bakı arasında olan məsafə -104 km
Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızıdır. Buranın iqlimi mülayim, havası qurudur. Rayon ərazisinin xeyli hissəsi meşə ilə örtülmüşdür. Rayon şərqdən Xəzər dənizinə qovuşur.
Xızı rayonun ərazisində təbiətin yaratdığı ən ifadəli abidələrdən biri – ecazkar formalı Beşbarmaq qayası yerləşir. Qədim karvan yolu üzərində qorxunc bir tərzdə uzadılmış daş əli xatırladan qayanın qeyri-adi cizgilər yolçuları uzaqdan valeh edir. Bu dağın «Beşbarmaq» adlanması da bununla bağlıdır. Bu dağ ilə çoxlu rəvayətlər və əfsanələr bağlıdır. Dağın lap zirvəsində qayalar arasında «Xıdırzində» («Ölməz Xıdır») ziyarətgahı yerləşir.
Azərbaycanın ən səfalı güşələrindən biri olan Altıağac Xızı rayonunda yerləşir. Şirvanşahlar dövründə Altıağacdan keçərək Şamaxıdan Qubaya gedən dəvə karvanları üçün burada yol salınmışdır. Altıağac yolçuların və sarvanlarının düşərgə salıb dincəldikləri yer idi. Əvvəllər «ağac» sözü uzunluq ölçüsü kimi işlədilirdi. Bu ağac 7 kilometrə bərabər idi, Şamaxıdan Altıağaca qədər olan məsafə isə 42 km-dir.

Mədəniyyəti
Rayonda tarixi abidələr çoxdur. Onlardan biri neçəsini qeyd edək.
• VIII əsrin ortalarında ucaldılmış Beşbarmaq qülləsi, Bu qüllənin divarları salamat qalmışdır. Qüllə rayon mərkəzindən 9 km aralıdır.
• Rayon mərkəzlərindən 8 km aralıda yerləşən V əsrə aid itmiş şəhərin qalıqları.
• Rayon mərkəzindən 5 km aralıda yerləşən Əlişrin kəndindəki Şeyx Heydər türbəsi.
• V əsrə aid Xızı qalasının uçuq hasarın daşlı qalıqları. Bu yerlərə yalnız torpaq yolla getmək olar. Yol boyu heç bir işarə obyekti yoxdur.
• Xələnc kəndindəki XV əsrə aid pir – ziyarətgah. Bu abidə yaxşı qalmışdır. Ziyarətgaha asfalt yol çəkilmişdir.
Görkəmli şəxsləri
Azərbaycanın görkəmli yazıçısı və dramaturqu Cəfər Cabbarlı Xızıda doğulub boya başa çatmışdır. Milli kino sənətinin inkişafında və milli kadrların yetişdirilməsində Cəfər Cabbarlının çox böyük xidmətləri olmuşdur. «Azərbyacanfilm» kinostudiyası onun adını daşıyır.
#
Bələdiyyələrin adı
Hər bələdiyyə üzrə əhalinin sayı

1 Giləzi qəsəbə bələdiyyəsi 2944
2 Şuraabad qəsəbə bələdiyyəsi 2232
3 Yeni Yaşma qəsəbə bələdiyyəsi 1675
4 Sitalçay kənd bələdiyyəsi 1234
5 Altıağac kənd bələdiyyəsi 1180
6 Xızı qəsəbə bələdiyyəsi 1020
7 Tıxlı kənd bələdiyyəsi 546
8 Fındığan kənd bələdiyyəsi 405
9 Xələnc kənd bələdiyyəsi 322
10 Baxşılı kənd bələdiyyəsi 315
11 Məşədi Həsən kənd bələdiyyəsi 313
12 Ağdərə kənd bələdiyyəsi 241
13 Qarabulaq kənd bələdiyyəsi 201
14 Cəmi 12628

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » XIZI
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...