ÇƏRŞƏNBƏ AXŞAMI, 2024-04-16, 11:39 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ CƏLİLABAD - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » CƏLİLABAD
CƏLİLABAD
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-03, 10:26 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Cəlilabad

İqtisadi rayon:
Lənkəran iqtisadi rayonu

Ərazi:
707 (km²)
Əhali:
42900
Əhali sıxlığı:
91 (nəfər/km²)
Nəqliyyat vasitəsi kodu:
15
Telefon kodu:
114
Poçt kodu (Mərkəzi PŞ):
Az 1500
Yaşayış məntəqələrinin sayı
İnternet saytı: www.zengilan.com

Tarixi
Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində mövcud olmuş Həməşərə şəhəri eradan əvvəlki II minilliyə aiddir. Qədim mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala ilə əhatə olunduğu göstərilmişdir. Ərəb istilasından sonra Həməşərə şəhəri dağılmış və sonrakı dövrlərdə Hasıllı şəhəri məşhurlaşmışdır. XIX əsrin 30-cu illərində rusların Azərbaycana köçürülməsi nəticəsində azəbaycanlılarla rusların birgə məskunlaşdığı Astraxanbazar şəhəri əyalətin mərkəzinə çevrilmişdir.
Cəlilabad rayonu 8 avqust 1930-cu ildə Astraxanbazar adı ilə təşkil edilmişdir. 2 iyul 1967-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmışdır.

Coğrafi mövqeyi
Cəlilabad rayonu şimaldan Biləsuvar, şərqdən Neftçala, cənubdan Masallı, cənub-qərbdən Yardımlı rayonları, qərbdən isə İran İslam Respublikası ilə həmsərhəddir.
Rayonun mərkəzi - Cəlilabad şəhəri Bakı-Astara avtomobil yolunun 210 kilometrliyində yerləşir.

Relyefi
Cəlilabadın ərazisi düzənlik və alçaq dağlıqdır. Rayonun şərq hissəsində bəzi yerlər okean səviyyəsindən aşağıdır. Rayon ərazisindən Bolqarçay, Mişarçay, İncəçay, Göytəpəçay və başqa müvəqqəti axarlı çaylar keçir. Torpaqları allüvial-çəmən, şabalıdı, qəhvəyi dağ, meşə və sair növlüdür.

Təbiəti
Cəlilabadda 14,7 min hektar meşə, habelə quş qışlaqları vardır. Heyvanlardan dovşan, qaban, porsuq, canavar, tülkü, çaqqal və qunduz, quşlardan qartal, qarğa, turac, torağay, ördək, qaz, qaşqaldaq, qırqovul, leylək və dovlaq yaşayır.

İqlimi
Cəlilabad yayı quraqlıq keçən mülayim-isti iqlimə malikdir. Orta temperatur qışda 1-3 °C, yayda isə 25-30 °C-dir. İllik yağıntı 400-600 mm-dir.

Görkəmli şəxsləri
• Teymur Mustafayev — Azərbaycanın xalq artisti.
• Ağadadaş Ağayev — Azərbaycanın xalq artisti.
• Nurəddin Mehdixanlı — Azərbaycanın xalq artisti.
• Vaqif Abbasov — texnika elmləri doktoru, professor.
• Eldar Həsənov — Azərbaycanın milli qəhrəmanı.
• Faiq Cəfərov — Azərbaycanın milli qəhrəmanı.
• Arif Qubadov — Azərbaycanın milli qəhrəmanı.

İqtisadi xarakteristikası
Cəlilabad Azərbaycanda ən böyük üzümçülük bölgəsidir. İqtisadiyyatında taxılçılıq və heyvandarlıq da mühüm yer tutur. Mal-qara və donuzkökəltmə birlikləri, quşçuluq kombinatı, inkubator-quşçuluq stansiyaları vardır.
Həmçinin üzüm emalı, süd, çörək, asfalt zavodları, yerli sənaye kombinatı, xalça sexi və başqa müəssisələr də mövcuddur.
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Cəlilabad rayonunda 17 məktəbəqədər müəssisə, 113 ümumtəhsil məktəbi, 1 mədəniyyət sarayı, 33 klub, 74 kitabxana fəaliyyət göstərir.

Maddi-mədəni irsi
Cəlilabad rayonunda 50 tarixi-arxeoloji abidə mövcuddur. Onlardan eneolit dövrünə aid Əlikömtəpə və Mişarçay yaşayış yerləri, eramızdan əvvəl IV minilliyə aid Qurudərə yaşayış yeri, tunc dövrünə aid Yedditəpə kurqanları, eramızdan əvvəl III minilliyə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələr vardır.

Yerli media
Cəlilabad rayonunda "Yeni gün" qəzeti nəşr olunur.

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » CƏLİLABAD
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...