CÜMƏ, 2024-04-26, 5:14 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ AĞCABƏDİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » AĞCABƏDİ
AĞCABƏDİ
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-03, 10:07 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Ağcabədi

Məlumatlar
İqtisadi rayon:
Aran iqtisadi rayonu

Ərazi:
707 (km²)
Əhali:
42900

Nəqliyyat vasitəsi kodu:
04
Telefon kodu:
113
Poçt kodu (Mərkəzi PŞ):
AZ 0400
Yaşayış məntəqələrinin sayı
İcra başçısı:
Şahin Məmmədov

İnternet saytı: www.zengilan.com http://www.agcabedi-ih.gov.az

Tarixi
Adının mənası iri məskən (ağca-iri, badi-məskən, qəsəbə) olan Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları - Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbirstanlıqlarda rast gəlmək olur. Ağcabədi rayonu 1930-cu ildə təşkil edilmiş, 1963-cü ildə ləğv olunub Ağdam rayonunun tabeliyinə verilmiş, 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur.
Coğrafi mövqeyi
Ağcabədi rayonu Bərdə, Zərdab, Ağdam, Xocavənd, Beyləqan rayonları ilə həmsərhəddir. Rayonunun mərkəzi Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində, Mil və Qarabağ düzlərindədir.

Ümumi ərazi, [kv.km] 1760.00
Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] 815.29
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km] 298.28
Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] 600.29
Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] 553.75
Meyvə bağlarının ümumi sahəsi, [kv.km] 8815.29
Şoran torpaqların ümumi sahəsi, [kv.km] 79.35

Relyefi
Ağcabədi rayonunun relyefi düzənlikdir, şimal-şərqdən cənub-qərbə doğru tədricən yüksəlir, ərazinin səthi Aptropoden sisteminin kontinental - Allüduar və dəniz çöküntülərindən təşkil olunmuşdur. Gil yatağı var.
Rayonun şimal-şərq sərhəddi ilə təqribən 45 km məsafədə Kür çayı, mərkəzi hissədə Qarqar çayı axır. Rayon ərazisindən Yuxarı Qarabağ və Orcenikidze adlı kanallar keçir.
Ərazidə şor sulu göllər var. Boz-çəmən, boz, çəmən-boz torpaqlar yayılmışdır. Mərkəzi hissədə şor və şorakət torpaq sahəsinə də təsadüf olunur. Rayonda meliorasiya işləri tətbiq olunur.

İqlimi
İqlimi mülayim, isti və quru subtropiktdir. Orta aylıq temperatur yanvarda 1,2 - 1,7 C, avqustda isə 25-30 C-dir.

 
FORUM » AZƏRBAYCAN » BÖLGƏLƏRİMİZ » AĞCABƏDİ
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...