Nariman_Qahramanli | TARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-08-31, 3:24 PM | Message # 1 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Sürtünmə Sürtünmə toxunan cisimlərin nisbi yerdəyişməsi və ya cismin müxtəlif hissələrinin bir-birinə nisbətən yerdəyişməsi zamanı yaranan mexaniki müqavimət. Birinci halda sürtünmə xarici sürtünmə, ikinci halda isə daxili sürtünmə adlanır. Toxunan cisimlər bir-birinə nisbətən sükunətdə olduqda yaranan sürtünməyə sükunət sürtünməsi, hərəkətdə olduqda isə kinematik sürtünmə deyilir. Hərəkət növündən asılı olaraq sürüşmə və diyirlənmə sürtünməsi mövcuddur. Bunlar müvafiq olaraq sükunət, sürüşmə və diyirlənmə sürtünmə qüvvələri hərəkət istiqamətinin əksinə yönələn və elastik qüvvələr kimi elektromaqnit təbiətli qüvvələrdir. Sürtünmə qüvvələrinin əsasını toxunan cisimlərin molekullararası elektrik qarşılıqlı təsiri təşkil edir. Sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti, ədədi qiymətcə cismi sükunət halından çıxaran qüvvəyə bərabərdir. Xarici qüvvə hərəkət nəticəsində meydana çıxan sürtünmə qüvvəsini tarazlaşdırdıqda cisim düzxətli bərabərsürətli hərəkət edir. Təbiətdə və texnikada sürtünmə həm faydalı, həm də zərərli olur.
|
|
| |