CÜMƏ, 2024-12-27, 5:47 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ SAHƏ VƏ SELSİ ŞKALASI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
SAHƏ VƏ SELSİ ŞKALASI
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-08-31, 3:22 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Sahə (Fizika)

Sahə fizikada geniş tətbiq olunan nalayışdır. Sahə müəyyən fiziki xassələrə malik boşvə ya materialla dolu fəza olub ölçüləbilən fizki xassələrə malikdir. Bu fiuzki kəmiyyətlərə sahənin parametrləri deyilir. Sahənin parametrləri çox komponentli ola bilər.

Fizikada aşağıdakı sahələr mövcuddur:
• Elektrik sahəsi
• Maqnit sahəsi
• Qüvvə sahəsi
• Səs sahəsi
• Temeratur sahəsi
• Sürət sahəsi
• Qravitasiya sahəsi
• Sıxlıq sahəsi

Selsi şkalası

Selsi şkalası - Beynəlxalq Vahidlər Sistemində (BVS) Kelvin şkalası ilə bərabər geniş istifadə olunan istilik ölçü vahididir.
Selsi şkalası 1742-ci ildə bu temperatur ölçü sistemini ilk dəfə təklif etmiş İsveç alimi Anders Selsinin (1701-1744) şərəfinə adlandırılmışdır. Lakin onun təklif etdiyi şkalada suyun donma temperaturu 100°, qaynama temperaturu isə 0° müəyyən edilmişdi. Lakin sonradan digər məşhur İsveç alimi Karl Linney (1707-1778) (bəzi mənbələrə görə isə Martin Ştremer) bu şkalanı bizim bu gün adət etdiyimiz şəklə salmışdır. Belə ki, o suyun donma temperaturunu 0°, qaynama temperaturunu isə 100° qəbul etmişdir.
Bu şkalanın tətbiqi barədə ilk yazılı qeyd 1745-ci ildə Karl Linneyin öz tələbəsi Samuel Naklerə yazdığı məktub hesab edilir. Məktubda Linney Uppsala Universitetinin Botanika bağında qeydə aldığı temperatur fərqləri barədə tələbəsini məlumatlandırır.
Əvvəllər Selsi şkalasında dərəcənin təyin olunması standart atmosfer təzyiqinin müəyyən edilməsindən asılı idi, çünki, suyun donma və qaynama temperaturları atmosfer təzyiqi ilə birbaşa bağlıdır. Bu hal hər hansı ölçü vahidinin standart olaraq qəbul edilməsi üçün əlverişli deyil. Buna görə də Kelvin şkalasının temperaturun ölçülməsi üçün əsas ölçü vasitəsi kimi qəbul edilməsindən sonra Selsi şkalasında 1 dərəcənin müəyyən edilməsi qaydası dəyişmişdir. Yeni qaydaya görə Selsi şkalasında 1 dərəcə 1 Kelvinə bərabərdir. Selsi şkalasında 0 dərəcə elə müəyyən edilmişdir ki, suyun üçlü nöqtəsi (suyun həm maye, həm qaz, həm də bərk halda ola biləcəyi temperatur) 0,01° S-yə bərabərdir. Nəticədə Selsi və Kelvin şkalaları arasında bir-birinə nəzərən 273,15 vahid fərq vardır.
°S = K – 273,15
 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...