Nisbilik nəzəriyyəsi
E = mc2
Nisbilik nəzəriyyəsi Albert Eynşteyn tərəfindən 1905-ci ildə xüsusi nisbilik nəzəriyyəsi və 1916-ci ildə ümumi nisbilik nəzəriyyəsi olmaqla irəli sürülmüş məkan və zaman haqqında fiziki nəzəriyyədir. Xüsusi nisbilik nəzəriyyəsinə görə zamanın gedişi sistemin hərəkətindən asılıdır və zaman intervalları (və məkan intervaları) elə şəkildə dəyişir ki, hər hansı hesablama sistemində işığın sürəti daimidir. Bu nəzəriyyəyə əsasən bir çox "relyativist" nəzəriyyələr qəbul olunmuşdur. Ümumi nisbilik nəzəriyyəsinə görə isə cazibə qüvvələrinin fəaliyyət göstərdiyi dördölçülü məkan-zaman qeyri-Evklid həndsəsinin nisbətlərinə tabedir.
Nisbilik nəzəriyyəsinin postulatları
Nisbilik nəzəriyyəsinin postulatları aşağıdakılardır: 1.Təbiət proseslərinin hamısı bütün inersial sistemlərdə eyni tərzdə gedir. 2.İşığın vakuumdakı sürəti c(300000 m/s)bütün inersial hesablama sistemlərində eynidir və o, mənbəyin və ya işıq siqnalları qəbul edən qəbuledicinin sürətindən asılı deyildir.
Qaliley-Nyuton nisbilik prinsipi
Bu prinsipə görə mexaniki proseslər biri-birinə düzxətli və bərabərsürətli hərəkət edən sistemlərdə eyni tərzdə baş verir.