Nyuton qanunları
Nyutonun birinci və ikinci qanununun "Riyaziyyatın prinsipləri"ndə orijinal nəşri, 1687.
Nyuton qanunları - klassiki mexanikanın qanunları olub, verilən mexaniki sistemin hərəkət tənliyini yazmağa imkan verir. 1687-ci ildə İssak Nyutonun məşhur əsəri "Təbiət fəlsəfəsinin riyazi prinsipləri" çap olunur. Burada Nyuton hərəkətin üç qanunu təsvir edir. Bu qanunlar "Nyuton aksioması" və ya "Nyuton qanunları" kimi məşhurdur.
Nyutonun birinci qanunu
Birinci qanun ətalət prinsipinə aiddir. Bu yalnız ətalətli sistemlərdə mövcuddur və ilk dəfə olaraq 1638-ci ildə Qalielo Qaliley tərəfindən tərtib edilmişdir: Əgər cismə heç bir qüvvə təsir etmirsə, ya sükut vəziyyətində qalır, ya da öz sürətini saxlayır.
Nyutonun latın dilində yazdığı orijinal mətni:
• Lex prima: Corpus omne perseverare in statu suo quiescendi vel movendi uniformiter in directum, nisi quatenus illud a viribus impressis cogitur statum suum mutare'
Sürət yalnız verilmiş şərtlər daxilində öz qiymətini və istiqamətini sabit saxlayır. Hərkətinin vəziyyətini dəyişmək üçün kənardan qüvvə təsir etməlidir. Çox hallarda bu yerin cazibə qüvvəsidir.
Klassik mexanikada bu tarazlıq şərtlərinə uyğun gəlir.
Nyutonun ikinci qanunu
Nyutonun ikinci qanunu - hərəkətin differensial qanunu maddi nöqtəyə qoyulan qüvvə və onun təcili arasındakıə əlaqəni göstərir.
Bu qanuna əsasən ətalətli sistemdə maddi nöqtənin aldığı təcil verilən qüvvə ilə düz, onun kütləsi ilə isə tərs mütənasibdir.
Latınca:
• Lex secunda: Mutationem motus proportionalem esse vi motrici impressae, et fieri secundum lineam rectam qua vis illa imprimitur.
Cismin kütləsi zamandan asılı olaraq dəyişərsə, onda Nyutonun ikinci qanununu aşağıdakı kimi ifadə etmək olar: cismin impulsunun dəyişməsi ona təsir edən qüvvəyə bərabərdir.
Nyutonun üçüncü qanunu
Üçüncü prinsip qarşılıqlı təsirə əsaslanır:
Qüvvələr cür-cüt təsir edirlər. Əgər Acismi başqa bir B cisminə qüvvə ilə təsir edərsə, onda A cisminə də B cismini tərəfindən eyni qiymətdə, ancaq əks tərəfə yönəlmiş qüvvə təsir edəcək. Yəni, qüvvə əks qüvvə yaradır.
Latınca:
• Lex tertia: Actioni contrariam semper et aequalem esse reactionem: sive corporum duorum actiones is se mutuo semper esse aequales et in partes contrarias dirigi.