Hüygens-Freznel prinsipi
Hüygens-Freznel prinsipi – dalğanın, əsasən də işığın yayılma mexanizmini təsvir və izah edən əsas dalğa nəzəriyyəsi postulatı.
Hüygens-Freznel prinsipi 1678-ci ildə Xristian Hüygens tərəfindən irəli sürülən prinsipin bir qədər də təkmilləşdirilmiş formasıdır. Hüygensə görə işıq dalğasının düşdüyü mühit səthi yeni işıq dalğasının ikinci(dərəcəli) mənbəyidir. Hüygens prinsipi həndəsi optika qanunlarına tabe olan dalğaların yayılmasını izah edir, lakin difraksiya hadisəsini izah edə bilmir. Oqüsten Jan Freznel 1815-ci ildə elementar dalğaların koherentlik və interferensiyası anlayışlarını daxil etməklə və Hüygens prinsipini tamamlayır və beləliklə Hüygens-Freznel prinsipi əsasında difraksiya hadisəsini izah etmək mümkün olur.
Hüygens-Freznel prinsipini belə ifadə etmək olar. Dalğa cəbhəsinin hər bir elementinə ikinci (dərəcəli) sferik dalğalar əmələ gətirən ikinci(dərəcəli) həyəcanlanma mənbəyi kimi baxmaq olar. Hər bir nöqtədə əmələ gələn işıq sahəsi isə bu dalğaların interferensiyası ilə təyin olunacaqdır.
Bir anlıq təsəvvür edək ki, iki qonşu otaq bir qapı arakəsməsi ilə ayrılır. Otaqlardan birinin uzaq küncündən səs buraxılır. O biri otaqdakı şəxs səsi eşitdikdə ona gələcəkdir ki səs qapı arakəsməsində yaranır. İkinci, yəni əslində səsin yarandığı otağa gəldikdə isə qapı arakəsməsində vibrasiya olunan hava səsin mənbəyi kimi çıxış edir.
Q. Kristof özünün İnteqral Teoremi ilə Hüygens-Freznel prinsipinə ciddi riyazi təsvir verməklə müəyyən etdiyi metodun nəzəriyyəyə çox yaxın forma kimi təqdim edir.