CÜMƏ AXŞAMI, 2024-04-25, 10:02 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ EYNƏKLƏR HAQQINDA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » FİZİKA » EYNƏKLƏR HAQQINDA (EYNƏKLƏR HAQQINDA)
EYNƏKLƏR HAQQINDA
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-08-31, 2:54 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Eynək

Eynək - insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt şüşə və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər.
Eynəklərin müxtəlif təyinatları vardır:
• Optik eynəklər
• Gün eynəkləri
• Üzgüçülər üçün eynəklər
• Sürücü eynəkləri
• Yüksək müdafiəli eynəklər
• "Xameleonlar"
• Şaxtaçılar üçün eynəklər və s.
Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir.

Optik eynəklər
Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur.

Gün eynəkləri
Gün eynəklərinin elə kateqoriyası var ki, xüsusi olaraq, sürücülər, idmanın su və qış növləri ilə məşğul olanlar üçün nəzərdə tutulub. Bu polyarlaşmış linzalı eynəklərdir. Onlar təkcə ultrabənövşəyi şüaları deyil, həm də islanmış yola, qar və suyun üzünə düşən işıq şəfəqlərini də neytrallaşdırırlar. Məhz belə eynəklərdən həm dənizdə, həm də qarlı dağlarda istirahət zamanı istifadə edə bilərsiniz.
Eynək seçərkən ən əsas prinsip müxtəlif modellər arasından özünüzə ən rahatını tapmaqdır. Gün eynəkləri almazdan əvvəl göz həkiminə müraciət edin. Əgər sizin görmə qabiliyyətinizdə problemlər varsa o, sizə düzgün diopteriyalı gün eynəyi seçməkdə kömək edər.

"Xameleonlar"
"Xameleonlar" adlanan fotoxromlu şüşə isə çox zərifdir. Onlar göz üçün rahatlıq və optimal müdafiə yaradaraq, işıqlandırmadan asılı olaraq, rənglərini dəyişirlər.
Yüksək keyfiyyətli eynəklər qrupuna aid edilən "xameleonlar" müxtəlif cür - güclü və ya zəif dərəcədə tutqunlaşırlar.

 
FORUM » ELM VƏ TƏHSİL » FİZİKA » EYNƏKLƏR HAQQINDA (EYNƏKLƏR HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...