CÜMƏ, 2024-12-27, 9:58 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ELEKTRON VƏ ENERJİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
ELEKTRON VƏ ENERJİ
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-08-31, 2:53 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Elektron

Elektron (yunanca élektron- kəhraba deməkdir, 1891-ci ildən Circ Jonston tərəfindən tətbiq edilib) mənfi yüklü elementar hissəcikdir. onun şarəsi e--dir.
Bu günə kimi aparılan sınaqların nəticəsində məlum olmuşdur ki, elektronlar heç bir daxili quruluşa malik deyillər, ona görə də nöqtə kimi təsvir edilə bilər. Elektronun sınaqlarla təyin olunmuş ölçüsü 10−19 m həddindər.
Atomlarda və ionlarda elektron qabıqları yaranır. Birləşmiş hər bir elektron dörd kvant ədədi ilə təsvir oluna bilir (Pauli prinsipi). Metallarda sərbəst hərəkət edə bilən elektronların olması onların elektrik keçiriciliyini müəyyən edir.
Elektronların mövcudluğunu ilk dəfə oaraq 1897-ci ildə ingilis alimi Yozef Tomson sınaqlarla təsdiq etmişdir.
Hər bir atomun beta parçalanmasında bir elektron ayrılır.
Elektronun yükü −1,60217653(14)•10−19 Kl-dur. Bu qiymət başqa elementar hissəciklərdə elektrik yükünü ölçmək üçün istifadə edilir. Sakit halda elektronun çəkisi 9,1093826(16)•10−31 kq-dır.

Enerji

Enerji (ἐν = daxili,və ἔργον = təsir etmək) fiziki kəmiyyətdir. Onun işarəsi E-dir. Ancaq çox vaxt müxtəlif enerji növləri üçün başqa işarələmələrdən də istifadə olunur. Sİ ölçü sistemində enerji Coul ilə ölçülür. Enerji fizikada verilmiş sistemin iş görmə qabiliyyəti kimi başa düşülür. Enerji müxtəlif formalarda yarana bilir.
Enerji anlayışı 1852-ci ildə ilk dəfə şotlandiyalı fiizk Con Rankine tərəfindən tətbiq edilir. Burada məqsəd qüvvəni daxili təsirdən fərqləndirmək idi. Qabaqlar enerjini qüvvə növü kimi səciyyələndirirdilər, məsələn, "canlı qüvvə" və ya "saxlanmış qüvvə" kimi. Bu bir tərəfdən fiziki olaraq səhv olmuş, digər tərəfdən yalnız mexaniki enerjiyə aid edilə bilərdi. Başqa enerji (termiki, kimyəvi və b.) formalarında qüvvənin tətbiqi mənasız idi.

Enerji formaları
Fiziki proseslərdə bir neçə enerji forması mövcuddur. Onları bir neçə qrup daxilində birləşdirmək mümkündür. Enerji forması onun daxil olduğu qrupdan asılı olmayaraq sistemin halını göstərən xarakteristik kəmiyyətdir. Burada enerjinin saxlanması qanunu hökm sürür, yəni qapalı sistemin ümumi enerjisi həmişə sabitdir. Yalnız sistemə kənardan təsir etdikdə (əlavə enerji verdikdə) onun ümumi enerjisi dəyişir.

Mexaniki enerji
Mexaniki sistemin enerjisini kinetik və potensial enerjinin cəmi kimi təsvir etmək olar. Bu iki məvhum klassik mexanikanın bütün sahələrində tətbiq olunur.
• Kinetik enerjiyə həm də hərəkət enerjisi deyilir. Bu bir sistemin başqa sistemə nisbətən hərəkəti zamanı öz kütləsi ilə təyin
olunur və fırlanma və düzxətli enerjilərin cəmindən ibarət olur.
• Potensial enerji həm də vəziyyət enerjisi adlanır. Mexanikada əgər bir sistem qüvvə təsiri altına düşürsə (məsələn, yerin qravitasiya sahəsi)onda potensial enerji yaranır.
Elektrik enerjisi
• Elektrik enerjisi elektrik yüklərin elektrostatik sahədə malik olduqları potensial enerjisir. Onları ancaq böyük həddə saxlamaq mümkün deyil.Elektrik stansiyalarında və batareyyalardan bu enerji istilik və yakimyəvi enerjidən alınaraq istehlakçılara çatdırlır və orada başqa enerji formalarına çevrilir. Maqnit enerji yalnız maqnit sahələrdə mövcuddur.

Daxili enerji
• Termiki enerjinin, maqnit sahəsində yaran enerji, kimyəvi və atomar enerjilərin cəmi daxili enerji adlanır. Burada söbət kinetik və potensial enerjidən kənara çıxır. Ona çox vaxt molekulların kinetik enerjiləri və onların qarşılıqlı potensial enerjilərinin də cəmi kimi baxılır.

Istilik enerjisi
• Termiki və ya istilik enerjisi materialın tərkibində atom və ya molekulaların qarışıq (xaotik) hərkəti zamanı yaranır. Termiki enerjinin yaranması termodinamikada bəhs olunur. Buna misal olaraq buzun əriməsi və buxarın əmələ gəlməsində enerjinin daxil edilməsi zamanı baş verən prosesləri göstərmək olar.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...