CÜMƏ, 2024-12-27, 10:39 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ BÖYÜK ADRON SÜRƏTLƏNDİRİCİSİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
BÖYÜK ADRON SÜRƏTLƏNDİRİCİSİ
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-08-31, 2:47 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Böyük adron sürətləndiricisi

Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazıraldığı dünyanın ən böyük proton sürətləndiricisidir.
BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib. Detektor LHCb b-kvarkların tədqiqatları üçün, detektor ALICE isə kvark-qlüon plazmasının və kvark-qlüon mayesinin qurğuşun ionları ilə toqquşmasına aid eksperimentləri tədqiqat etmək üçün yaradılıb. Bu böyük proyektdə 45 ölkənin alimləri iştirak edir.

Məqsəd
XX əsrin başlanğıcında fizikanın əsasını başlıca iki nəzəriyyə təşkil edirdi: kainatı makro səviyyədə təsvir edən Eynşteynin nisbilik nəzəriyyəsi və kainatı mikro səviyyədə təsvir edən sahənin kvant nəzəriyyəsi. Hər iki nəzəriyyənin güclü və zəif xüsusiyyətləri vardır. Amma problem ondadır ki, bu iki nəzəriyyə bir-biri ilə uzlaşmır və heç biri təklikdə kainatdakı bütün prosesləri izah edə bilmir. Məs: Qara dəlikdə gedən prosesləri daha dəqiq bilmək üçün, hər iki nəzəriyyə də lazımdır. Amma onlar ziddiyət təşkil edir. XX əsrin ikinci yarısında fiziklər bütün bunlara son qoymaq üçün standart model yaratdılar. Bu model 4 fundamental təsirlərdən 3-ünü özündə birləşdirirdi: güclü, zəif və elektromaqnit. XX əsrin sonlarında fiziklər 4 fundamental təsiri bir araya gətirəcək yeni bir nəzəriyyə yaratmaq istədilər. Amma qravitasiya təsirini Standart modelə daxil etməkdə çətinlik çəkdilər. Buna görə də indiki dövrdə fiziklər bu fundamental təsirləri iki əsas nəzəriyyə ilə izah edirlər: nisbilik nəzəriyyəsi və standart model. Kvant qravitasiyasının yaradılmasında ortaya çıxan çətinliklərə görə onların birləşdirilməsi hələ ki, alınmayıb. Alimlər gələcəkdə bu fundamental təsirləri birləşdirmək üçün bir neçə yanaşmadan istifadə etməyi qərara gəliblər: Strun nəzəriyyəsi, Braun nəzəriyyəsi, M-nəzəriyyə. Lakin bu nəzəriyyələr eksperimental olaraq sübut olunmadığı üçün problemli qalır. Eksperimentlərin reallaşması üçün çox böyük enerji lazımdır. Bu da artıq BAS vasitəsilə əldə olunacaq.

Top-kvarkların öyrənilməsi
Top-kvark indiyə qədər açılan ən ağır kvark, ən ağır elementar hissəcikdir. Tevatronun axırıncı nəticələrinə görə onun kütləsi 171± 2.1 QeV-dur. Özünün böyük kütləsinə görə top-kvark ancaq Tevatron sürətləndiricisində müşahidə edilir. Başqa sürətləndiricilərdə isə onun yaranması üçün lazım olan enerji yoxdur. Bundan başqa top-kvarklar fiziklərə həm də Hiqqsin bozonlarını (Allahın hissəciyi) öyrənməkçün "iş aləti kimi" lazımdır.
Hiqqsin mexanizminin öyrənilməsi
BAS proyektinin əsas məqsədlərindən biri də Standart modelə (SM) daxil olan Hiqqs bozonlarının eksperimental olaraq sübut olunmasıdır.

Kvark-qlüon plazmasının öyrənilməsi
BAS-da təkcə proton-proton toqquşması yox, həm də qurğuşun nüvəsi ilə toqquşmalar da həyata keçiriləcək. İki ultrarelyativistik nüvələrin üzbəüz toqquşması nəticəsində, sıx və çox isti nüvə kütləsi əmələ gəlir. Bu hadisənin daha dərindən öyrənilməsi (kvark-qlüon plazmasının əmələ gəlməsi və soyuması) nüvə fizikası və astrofizika üçün yararlı ola bilər.

Supersimmetriyanın axtarışı
Bu eksperimentin nəaliyyətlərində biri də supersimmetriyanın mövcudluğunun sübut olunması və yaxud təkzib olunması ola bilər. Supersimmetriyaya görə, hər hansi bir subatom hissəciyin özündən ağır partnoyoru(partner,şərik) və yaxud superhissəciyi var. Böyük adron sürətləndiricisi əvvəllər enerji çatışmazlığı ucbatından aparıla bilməyən təcrübələr keçirməyə imkan verəcək və bu hissəciklərin olub-olmadığını sübuta yetirəcək.

Foton-adron, foton-foton toqquşmasının öyrənilməsi
Hər bir proton elektrik yüklənmiş olur, buna görə de ultrarelyativistik proton, ətrafında real foton dumanlığı əmələ gətirir. Bu foton dumanlığı nüvə toqquşmaları zamanı daha da güclənir. Səbəb də nüvə toqquşmaları zamanı, hər bir nüvənin enerji ehtiyatının artmasıdır. Bu fotonlar qarşıdan gələn protonla toqquşa bilər, bunun nəticəsində də foton-proton toqquşması əmələ gəlir və yaxud protonların ətrafındakı fotonların bir-biri ilə toqquşmasi prosesi baş verir.
Alimlər həm də BAS-da Standart modeldən kənarda baş verən prosesləri, W və Z-bozonları, ağır kvarkların (b və t) yaranması və yox olması kimi prosesləri də öyrənmək fikrindədirlər.
Sürətləndirici 10 sentyabr 2008-ci ildə işə salınmışdır.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...