Batareya
Batareya elektrokimyəvi enerji yığıcısı və çevricisidir. Yükləmə zamanı saxlanılmış kimyəvi enerji elektrokimyəvi redoksreaksiyası əsasında elektrik enerjisinə çevrilir. Bu yolla əldə edilən elektrik enerjisi elektrik şəbəkəsindən asılı olmayaraq istənilən yerdə tətbiq oluna bilər.
yüklənə bilməyən batareyalarda reaksiyaları əksinə aparmaq mümkün deyil. Bir neçə dəfə yüklənə bilən batareyalarda (akkumlyatirlar) isə reaksiyalar həm də əksinə aparıla bilər. Beləliklə kimyəvi və elektrik enerjilərini bir-birinə çevirmək dəfələrlə mümkün olur.
Bataerya anlayışı bir neçə qalvanik hücrələrin birlikdə işləməsini təsvir edir. Tətbiq sahəsindən asılı oaraq batareyalar müxtəlif gücə, cərəyan şiddətinə, gərginliyə malik olurlar.
Btareya ilk dəfə oaraq XVIII əsrdə italyan fizikaçısı Alessandro Volt tərəfindən ixtira edilmişdir.
Bucaq sürəti
Bucaq sürəti vektor kəmiyyət olub, cismin fırlanmasını səciyyələndirir. Bucaq sürətinin qiyməti cismin vahid zamnada dömnəsi ilə qiymətləndirilir. Praktikada çox vaxt ω / 2π-ə bərabər olan fırlanma tezliyindən istifadə edilir. Ölçmə vahidi san−1 və ya dövr/dəq götürülür.
Verilmiş radius üzrə bərabərsürətli hərəkət edən nöqtənin xətti sürətini belə hesablamaq olur: v = rω