Antimaddə
Antimaddə antizərrəciklərdən ibarət materiya. Antimaddə atomlarının nüvəsini antiproton və antineytronlar, örtüyünü isə pozitronlar təşkil edir. Antizərrəciklər ilə zərrəciklər eyni fiziki qanunlara tabe olduğundan nüvə qüvvələri antinüvənin dayanıqlığını, elektromaqnit və mübadilə qüvvələri isə antimaddə atom və molekullarının pozitron örtüyünün dayanıqlığını təmin edir. Nəzəriyyədə antimaddədən ibarət dünya antidünya adlanır. Antidünya mövcüd olarsa və dünya ilə rastlaşarsa annihilyasiya edər və külli miqdarda enerji ayrılar.
Ağ işıq (fizika)
Dalğa uzunluğu butun işıqların dalğa uzunluqlarından ibarət olan şüaya ağ şüa və ya ağ işıq deyilir. Ağ işığın tərkibində insan gözü ilə görünən 7 şüadan başqa infraqırmızı və ultrabənövşəyi şüalar da var. Qızdırılmış dəmir infraqırmızı şüa şüalandırır. Ağ işıq prizmadan keçdikdə rəngli spektr yaranır, çünki prizma işığı parçalayır.