CÜMƏ, 2024-03-29, 8:49 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ATOM FİZİKASI, AKKOMODASİYA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » FİZİKA » ATOM FİZİKASI, AKKOMODASİYA (ATOM FİZİKASI, AKKOMODASİYA)
ATOM FİZİKASI, AKKOMODASİYA
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-08-31, 2:42 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Atom fizikası

Atom fizikası-atomların qurluş və xassələrini, elektron örtüyünün qurluşunu, və onun dəyişməsi zamanı baş verən fiziki və kimyəvi prosesləri öyrənən fizikanın əsas bölmələrindən biridir. Atom fizikasının başlıca vəzifəsi atomun enerji səviyyəsinin düzgün xaraketrini, onların incə və ifrat (hədsiz dərəcədə) incə quruluşunu, xarici elektrik və maqnit sahələrində enerji səviyyələrinin parçalanması yaxud hər hansı dəyişməsini öyrənməkdən, hərəkət miqdarı momentinin ala biləcəyi qiymətləri və həyacanlanmış hallarda elektronların orta yaşama müddətini tapmaqdan ibarətdir. Buna görədə müasir atom fizikasına atomun qurluşunu öyrənən nəzəriyyələr, kimyəvi birləşmələrdə və kristallarda atomların qarşılıqlı təsirini, eləcədə atomun optik və rentgen şüalanma spektrlərini öyrənən fizika bölmələri də daxildir. Atom fizikası XIX əsrin sonu XX əsrin əvvəllərində yaranmışdır. Lakin atomun varlığı və onun bölünməz olması haqqında ilk fikirlər Demokrit və Epikürə məxsusdur. XVII əsrdə fransız filosofu P. Qassendi və ingilis kimyaçısı Robert Boyl bu fikri yenidən söyləmişlər. Kimyanın inkişafı ilə əaqədar C. Dalton atomlarda həndəsi nisbətlər qanunu kəşf etdi. A. Avoqadro və S. Kannitsaro atomla molekul arasındakı fərqləri tapmışlar. XIX əsrin sonlarında atomların optik xassələrinin öyrənilməsinə başlanması ilə atom fizikasının əsası qoyuldu. Hər bir atomun xarakterik optik spektrə malik olması məlum olduqdan sonra onların qruplaşdırmağın mümkülüyü başa düşüldü. 1869-cu ildə D. İ. Mendeleyevin elementlərin atom kütlələrinin artması və kimyəvi xassələrinin periodik dəyişilməsi üzrə qurduğu sistem elm tərəfindən qəbul olundu. Radioaktivlik, elektronun kəşfi və bundan sonra Ernest Rezerfordun atomun planetar modelini verməsi ilə atom fizikasında inqilab oldu. Lakin planetar modeldə elektronun orbit üzrə təcillə hərəkət edərək öz enerjisini itirməsi və atomun nüvəsi üzərinə düşüb atomu məhv etməsi məsələsi həll olunmadı. Buna məsələni həll etmək üçün Nils Bor aşağıdakı iki postulatı irəli sürdü:
1. Adi şəraitdə atom, enerjinin yalnız müəyyən (diskret) qiymətləri ilə xarakterizə olunan stasionar hallarda olur. Bu stasionar sistemində elektronlar nüvə ətrafında öz enerjilərinə uyğun energetik səviyyələrdə hərəkət edir və atom şüalanmır (şüa udmur).
2. Atom yalnız bir stasionar haldan digərinə keçdikdə müəyyən \nu tezlikli şüa buraxa (və ya uda) bilər və buraxılan (və ya udulan) şüanın E enerjisi stasionar halların enerjilərinin fərqinə bərabər olar:

o E = hν = Em − En
-burada h-Plank sabiti, Em, En-stasionar hallarda atomun ernerjisidir. Bu iki postulat klassik fizika qanunlarına ziddir. Lakin, 1913-1914-cü illərdə C. Frank və H. Herts aparılmış təcrübələrin nəticəsində Bor postulatlarının doğruluğunu sübut etdilər. Atomların spektral analizi də Bor postulatlarının bir daha sübut etdilər. Bu postulatlara əsaslanan onların yaradıcısı Bor Hidrogen atomunun yarımkvant nəzəriyyəsini yaratdı. Sonralar A. Zommerfeld qələvi metalların belə bir nəzəriyyəsini yaratdı və onların atomlarinda olan qanunauyğunluqları izzah etdi. Sonralar Bor postulatlarından istifadə edilərək Mozli qanunu (tezliyin kvadrat kökü elementin dövri sistemində sıra nömrəsi ilə düz mütənasibliyi qanunu ), hetropolyar molekulların atomları arasındakı qarşılıqlı təsiri izzah edildi.
Lakin Bor postulatlarının çatışmamazlıqlarıda var idi. Bu nəzəriyyə ardıcıl kvant nəzəriyyəsi deyildi. Bundan başqa Bor nəzəriyyəsi mürəkkəb atomlarının hətta Hidrogen atomunun spektr xəttinin intensivliyini izzah edə bilmədi. Ən əsası bu nəzəriyyə kovalent rabitədə atomların qarşılıqlı təsirini izzah edə bilmədi. Bundan başqa postulatlar valentliyi, bərk cisimlərdə atomlar arası qarşılıqlı təsir qüvvələrini izzah edə bilmədi. Bütün bunların hamısı Kvant mexanikası əsasında qurulmuş atom nəzəriyyəsi əsasında izzah edildi.

Atom saatı

Atom saatlarının blok-sxemi
Atom saatı-vaxtın ölçülməsi üçün istifadə edilən elektron cihaz. Bu saat Atom rezonansı əsaında işləyir. Atom saatının 100 il müddətinə xətası 3 saniyə olur. Radionaviqasiyada, vaxtın astronomik ölçülməsində və fiziki hesablamalarda tezlik etalonu kimi istifadə olunur.

Akkomodasiya


Göz billurunun optik qüvəsini dəyişdirməklə cisimlərin əksinin (xəyalının), gözdən olan məsafədən asılı olaraq, tor təbəqədə aydın fokusa gətririlməsi prossesinə deyilir.

Atomistika

Materiyanın diskret, arası kəsilmədən (atomlardan və mikrozərrəciklərdən ibarət) quruluşu haqqında təlim. Atomistikanınn ilk tərifi nyaya, vayşeşika qədim hind fəlsəfəsi təlimlərindən daha dolğun isə Levkip, Demokrit, Epikür və Lükretsi fəlsəfəsində verilmişdir.

 
FORUM » ELM VƏ TƏHSİL » FİZİKA » ATOM FİZİKASI, AKKOMODASİYA (ATOM FİZİKASI, AKKOMODASİYA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...