Akustika Akustika: mexaniki dalğaların qatı, maye və qaz mühitində yayılmasını, xüsusiyyətlərini, olduqları şəraitlə uyğunlaşmaları, canlılar üzərindəki fizioloji və psixoloji təsirlərini araşdıran elm sahəsidir. Obyektinə görə təsnifatı:
1. Bioloji akustika: Səsin balina, delfin, yarasa və bayquş kimi heyvanlar tərəfındən necə istifadə edildiyi öyrənilir.
2. Su altı akustika: Dəniz yatağı və su altında yaranan səs dalğalarının yayılması, dağılması və təsirini öyrənir.
3. Psixoloji və Fizioloji Akustika: İnsanlar və heyvanların səslərə qarşı olan fizioloji və psixoloji reaksiyalarını öyrənir.
4. Elektroakustika: Siqnal hazırlama nəzəriyyəsinin akustika sahəsindəki tətbiqini öyrənir.
5. Danışıq akustikası: Danışıq üçün lazım olan səs dalğalarının insanlar tərəfindən yaradılması, nəqli və alınmasını öyrənir.
6. Musiqi akustikası: Musiqi texnikasını, musiqi qəbulunu, musiqi alətləri səslərinin analizi və sintezini öyrənir.
7. Memarlıq akustikası: Qapalı sahələrin və memarlıq abidələrinin akustika xüsusiyyətlərini öyrənir.
8. Gurultu akustikası: Gurultunun necə yaradıldığı və yayıldığı, təsiredici və təsirolunan gurultu idarəsi, və gurultunun təsirlərini öyrənir.
9. Fiziki Akustika: Akustika dalğa yayılımasının fiziki xüsusiyyətlərini (yansıma, qırılma, təsir, sınma, qəbul və.s.) öyrənir.
10. Titrəyiş akustikası: Mexaniki sistemlərin olduqları şəraitlə olan əlaqələrini, və bir-biri ilə əlaqəli ölçü, analiz və nəzarət üsullarını öyrənir.
Akustika elminin tarixi
Modern akustika elminin yaradıcıları arasında Lord Rayleigh və Hermann von Helmholtz-i göstərmək olar.