CÜMƏ, 2024-12-27, 10:38 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ATOM - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
ATOM
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-08-31, 2:37 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Atom

Helium atomunun sadələşdirilmiş modeli: İki protondan (qırmızı) və iki neytrondan (yaşıl) ibarət bir nüvə ətrafında fırlanan iki elektron (sarı).
Atom (yunanca ἄτομος (ὕλη) átomos (hýle) „bölünə bilməyən materiya“) materiyanın kimyəvi bölünə bilməyən ən kiçik zərrəciyidir. Elmin inkişaf tarixi böyunca müxtəlif atom modelləri təklif olunmuşdur. İlk dəfə olaraq b.e.ə. V əsrdə Demokrit abstrakt şəkildə atom haqqında fikir söyləmişdir.
Atom müsbət elektrik yükünə malik nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarətdir. Atomlar normal halda elektroneytral olur. Bu zaman protonların və elektronların sayı bərabər olur. Atomda bu balans pozulduqda o iona çevrilir. Bu çevrilməyə ionlaşma deyilir. Atomun nüvəsi müsbət yüklü protondan və yüksüz neytronlardan ibarətdir. Atom növləri və ya nuklidlər eyni sayda protonlara malikdirlərsə, onda onlar eyni elementə aiddirlər və izotop adlanırlar. Yer kürəsində mövcud olan materiyaların demək olar ki, hamısı neytral və ya ionlaşdırılmış atomlardan təşkil olunmuşlar.

Atom modelləri
• Materiyanın bir hissəsi. Demokrit hesab edirdi ki, istənilən əşyanın xarakteri - onun kütləsi, forması və s. onun atomlarınn xassələri ilə təyin olunur. Məsələn, alovda atomlar daha itidir, buna görə də o yanma qabiliyyətinə malikdir. Bərk cisimlərdə onlar kələ-kötürdülər, ona görə də, onlar bir-biri ilə möhkəm əlaqədə olurlar, suda onlar hamardırlar, bu da suyun axmasına imkan verir. İnsan qəlbi də Demokritə görə atomlardan təşkil olunmuşdur.
• Tomson modeli. O atomu içərisində yüklənmiş elektron olan cisim kimi təsvir edir. Bu model atomun xassələrini açmırdı.
• Saturn modeli. 1904-cü il. Burada atom ətrafında orbit üzrə elektronlar fırlanan kiçik müsbət yüklü nüvədən ibarətdir.
• Planetar model. 1911-ci il. Ernst Rezerford bir çox təcrübələrdən sonra qərara gəlir ki, atom planetar quruluşa malikdir. Burada elektronlar atomun mərkəzində yerləşmiş müsbət yüklü nüvə ətrafında fırlanırlar. Belə təsvir klassik mexanikanın prinsipləri ilə uzlaşmıdrı. Yəni fırlanan yük özündən elektromaqnit dalğaları buraxaraq enerjini itirməlidirlər. Hesablamalar göstərmişdir ki, elektronun nüvəyə düşməsi vaxtı çox qısadır. Atomların stabilliyini sübut etmək üçün Nils Bor belə bir postulat söyləyir ki, atomlarlarda elektronlar müəyyən enerji vəziyyətində olaraq şüalanırlar. Borun postulatı göstərmişdir ki, atomu təsvir etmək üçün klassik mexanika kifayət deyil. Atomların sonrakı tədqiqatı kvant mexanikasının yaranmasına gətirib çıxarmışdır. Bu sahə bir çox müşahidə olunan faktların izahını mümkün etmişdir.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...