CÜMƏ AXŞAMI, 2024-03-28, 1:51 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ALKALOİDLƏR - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » KİMYA » ALKALOİDLƏR (ALKALOİDLƏR)
ALKALOİDLƏR
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-08-31, 2:24 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Alkaloidlər

Alkaloidlər — tərkibində azot olan əsasi xassəli, adətən, bitki mənşəli üzvi maddələr. Alkaloidlər fizioloji aktiv birləşmələrdir. Bitkilərdə alkaloid tapılmasının böyük əhəmiyyəti olmuşdur. Çünki hələ XIX əsrin başlanğıçında güman edilirdi ki, heyvan mənşəli maddələrdən fərqli olaraq bitki mənşəli maddələr azotdan məhrumdur. Ən əvvəl, 1804-cü ildə müxtəlif kristal maddələr qarışığından ibarət olan tiryək alkaloidi kəşf edilmiş , sonra 1806-cı ildə ondan morfin alınmışdır. XIX əsrdə strixnin, kinə, kofein, atropin, efedrin və s. kəşf edilmişdir. XX əsrin 60-cı illərində elmə 1000-dən çox təbii və süni alkaloid məlum idi. Onların çoxu rəngsiz kristal maddədir, kimyəvi quruluşça, halqasında azot atomları olan heterosikl bdrləşmələrdir. Ən sadə alkaloid molekullarında 10-dək, çox mürəkkəblərində isə 50-dən artıq karbon atomu var. Turşularla kristal duz əmələ gətirir. Bu xassələrindən də onları ayırıb çıxarmaq və təmizləmək üçün istifadə edilir.
Bitkilərdə alkaloidlərin əmələ gəlməsi və toplanması mühitdən, torpaqdan, bitkinin inkişafından və s. asılıdır. Bitkilərdən alkaloidlərin (məsələn, morfinin) çıxarılması və quruluşunun təyin edilməsi probleminin həlli yüz illər çəkmişdir. Alkaloidlərdən bir çoxu, məsələn, kofein, teofedrin, arekolin və s. sintez olunur. Sənayedə quruluşça alkaloidlərə oxşar, effektli dərman maddələri, məsələn, kokain əvəzinə novokain, kinə əvəzinə akrixin və s hazırlanır. Quruluşlarının çox müxtəlif olması alkaloidlərin təsnifatını çətinləşdirir. Çox vaxt molekulun azotlu hissəsinin quruluşu təsnifat uçün əsas əlamət götürülür.
Alkaloidlərin çoxu qiymətli dərman maddəsidir. Bəziləri güclü zəhərdir. Bəzi alkaloidlər sinir sisteminin, qan damarlarının, əzələlərin və s. müxtəlif hissələrinə seçici (selektiv) təsir edir. Məsələn, strixnin və kofein mərkəzi sinir sistemini oyadır, morfin və skopolamin — onu sakitləşdirir, pilokarpin — vəzilərin sekresiyasını artırır, atropin vəzilərin sekresiyasını azaldır, kinə — malyariya plazmodilərini öldürür, apomorfin — qusdurur, adrenalin — qan təzyiqini yüksəldir və s.
Tibdə alkaloidlərdən saf halda (məsələn, kodein), habelə onların duzları və törəmələri şəklində (məsələn, xinin-hidroxlorid, apomorfin) istifadə edilir. Alkaloidlər bundan əlavə, kənd təsərrüfatında insektisid kimi işlədilir.

 
FORUM » ELM VƏ TƏHSİL » KİMYA » ALKALOİDLƏR (ALKALOİDLƏR)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...