Nariman_Qahramanli | TARİX: ÇƏRŞƏNBƏ, 2010-01-06, 9:55 PM | Message # 1 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Avrasiya - Yerin ən böyük materikidir. Avropa və Asiya qitələrindən ibarətdir. Adalarla birlikdə sahəsi — 53 893 min km², dünya quru ərazisinin 36 % təşkil edir[1]. Əhalisi — 4,3 milyarddan çox, dünya əhalisinin 3/4 hissəsinin təşkil edir[2]. Ən ucqar nöqtələri: şimalda Çelyuskin burnu (77°43' şm.e.), cənubda Piay burnu (1°16' şm.e.), qərbdə Roka burnu (9°34' q.u.), şərqdə Dejnyov burnu (169°40' q.u.). Yer kürəsinin ən yüksək zirvəsi Everest dağı və quruda ən alçaq mütləq nöqtəsi Ölü dəniz (səviyyəsi -395 m), ən dərin gölü Baykal və ən rütubətli sahəsi Ceropunçi Avrasiyadadır. Avrasiyanı qərbdən Atlantik Okeanı, şimaldan Şimal Buzlu Okeanı, cənubdan Hind Okeanı, şərqdən Sakit Okean əhatə edir. Adının yaranması Materikə bir çox adlar verilmişdir. Aleksandr Qumboldt əraziyə « Asiya » vermişdi. Karl Qustav Royşle (Reuschle) 1858 - ci ildə «Handbuch der Geographie» kitabında « elerdtheil Asien-Europa » termini işlətmişdi. « Avrasiya » adını ilk dəfə 1883 ildə geoloq Eduard Züss vermişdir. Geoloji xarakteristikası Materik Şimal yarımkürəsində təxminən 9° q. u. və 169° q. u. arasında yerləşir.Eyni zamanda Avrasiya adalarının bir hissəsi Cənub yarımkürəsində yerləşir.Avrasiyanın bir hissəsi Şərq yarımkürəsində,son qərb və şərq hissəsi isə Qərb yarımkürəsindədir. Dünyanın iki hissəsini : Avropa və Asiyanı özündə birləşdirir.Onlar arasında sərhəd aşağıdakı xətlə gedir : Ural dağlarının şərq yamacı, Ural çayı, Emba çayı, Xəzər dənizinın qərb sahili, Kuma çayı, Kuma - Manıc şəlaləsi, Manıç çayı, Qara dənizn şərq sahili, Qara dənizin cənub sahili, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey dənizi və Aralıq dənizi, həmçinin Hibraltar boğazı.Bu sərhəd tarixi olaraq yaranıbdır, təbiətdə onlar arasında təbii sərhəd yoxdur.Materik bir qrunt layının üstündədir və vahid təbiətə malikdir. Avrasiya Yer kürısinin bütün dörd okeanı ilə əhatə olunub. Materik qərbdən şərqə 16 min kilometr, şimaldan cənuba 8 min kilometr uzanıb.Sahəsi и ≈ 53,4 milyon kvadrat kilometrdir.Bu quru hissənin üçdə biridir.Avrasiyanın adalarının ümumi sahəsi 2,75 milyon kvadrat kilometrdir. Avrasiyanın kənar nöqtələri Materik nöqtələri • Çelyuskin burnu (Rusiya), 77°43' ş. e. — kənar şimal materik nöqtəsi. • Piay burnu (Malayziya) 1°16' ş. e. — kənar cənub materik nöqtəsi. • Rok burnu (Portuqaliya), 9º31' q. u. — kənar qərb materik nöqtəsi. • Dejnyov burnu (Rusiya), 169°42' q. u. — kənar şərq materik nöqtəsi. Ada nöqtələri • Fliqel burnu (Rusiya), 81°52' ş. e. — kənar şimal ada nöqtəsi. • Cənub adası (Kokos adaları) 12°4' c. e. — kənar cənub ada nöqtəsi. • Monşik qayası (Azor adaları) 31º16' q. u. — kənar qərb ada nöqtəsi. • Ratmanov adası (Rusiya) 169°0' з. u. — kənar şərq ada nöqtəsi. Böyük yarımadaları • Ərabistan yarımadası • Kiçik Asiya yarımadası • Pireney yarımadası • Skandinaviya yarımadası • Taymır yarımadası • Çukot yarımadası • Kamçatka yarımadası • Hind - Çin yarımadası • Hindistan yarımadası Geoloji xarakteristikası Avrasiya strukturunun əsas elementləri beş platforma hesab edilir: • Şərqi - Avropa platforması Baltik qaxanı və Ukrayna qalxanı ilə birlikdə. • Sibir platforması Aldan qalxanı ilə birlikdə. • Çin - Koreya platforması. • Cənubi - Çin platforması. • Hind platforması, Nubi - Ərəb qalxanının bir hissəsi də materikə aid edilir. Relyefi Şərqi - Asiya və Alp - Himalay geosiklinal kəməri müasir dövrdə daha çox hərəkətdədir.Qissaro - Alaydan Çukotkayadək olan müxtəlif dövrlü strukturlar daha çox neotoktonik hərəkətdədirlər.Yüksək seysmik aktivlik daha çox Mərkəzi Asiya, Orta Asiya və Şərqi Asiya, Malay arxipelaqı üçün xarakterikdir.Fəaliyyətdə olan vulkanlar Kamçatka yarımadasında, Şərqi Asiya adalarında və Cənub - Şərqi Asiya, İslandiya və Aralıq dənizi ərazisindədir. Kontinentin orta hündürlüyü 830 metrdir, dağ və dağətəyi zonalar onun ərazisinin 65 % təşkil edir.
|
|
| |