CÜMƏ, 2024-12-27, 2:23 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ТUR HEYERDAL - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
ТUR HEYERDAL
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-01-06, 9:54 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
ТUR HEYERDAL

Tur Heyerdal (norvç:. Thor Heyerdahl, 6 Oktyabr 1914, Larvik, Norveç- 18 Aprel 2002, Kolla-Miçeri, İtaliya) - tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq. Məşhur Kon-Tikki ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7000 km-lik məsafəni sadəcə sal üzərində keçməklə dünyanı təəcübləndirmişdir.
Həyat və fəaliyyəti

Tur Heyerdal Norveçin cənubunda kiçik Larvik şəhərciyində anadan olmuşdur. İlk ekspedisiyası 1937-38-ci illərdə Polineziyaya, Fatu-Hiva adasına olmuşdur. 1947-ci ildə isə Sakit okeanı "Kon-Tikki" adlı salda keçmişdir. Məhz bu səyahət ona sonralar dünya şöhrəti gətirir.

1950-ci illərdə çoxlarının unutmuş olduğu Pasxa adalarını yenidən "kəşf edir", 1953-cü ildə isə Qalapaqos adalarına baş çəkir. O həmin dövrdə çoxlarının əsassız yerə inandırıcı görmədiyi adanın inklər tərəfindən kəşfi ve məskunlaşması ideyasını irəli sürür. 1969-1970-ci illərdə qədim misirlilərin Cənubi Amerikaya üzməsi nəzəriyyəsini sübut etmək üçün "Ra" və "Ra 2" sallarında Atlantik okeanı üzüb keçir. Tur Heyerdal həm də Pasxa, Qalapaqos və Kanar adalarında apardığı arxeoloji qazıntılarla da məşhurdur.
Tur Heyerdal Azərbaycanda

Məşhur səyyahın həyat və fəaliyyətinin bir qismi də Azərbaycanla bağlıdır. 1981-ci ilin avqustunda Tur Heyerdal ilk dəfə Bakıya gəlmişdir. Dəfələrlə Qobustana və Azərbaycanın digər məkanlarına ekspedisiyalar təşkil etməklə özünün son "Odinin axtarışı ilə" adlı kitabında vikinqlərin köklərinin məhz Azərbaycanda axtarılmasının lazım gəldiyini maraqlı və kifayət qədər inandırıcı faktlarla əsaslandırır:

«Azərbaycanın hələ kifayət qədər öyrənilməmiş mədəniyyət və incəsənəti Mesopotamiyanınkından qədimdir».

Məşhur səyyah bu fikri qədim qaya təsvirlərinə əsaslanaraq söyləmiş, həmin təsvirlərlə qədim Skandinaviya xalqlarının və ingilislərin mədəniyyəti arasında uyğun cəhətlər olduğunu görmüşdür.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...