BAZAR ERTƏSİ, 2024-12-30, 9:50 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ZAQATALA QORUĞU - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
ZAQATALA QORUĞU
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-09-28, 0:06 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Zaqatala dövlət təbiət qoruğu

Zaqatala dövlət təbiət qoruğu - qoruq Baş Qafqaz sıra dağlarının cənub ətəklərinin orta hissəsində Zaqatala və Balakən rayonlarının ərazisində 1929-cu ildə 25,2 hektar ərazidə yaradılmışdır. Qoruğun ərazisi dəfələrlə dəyişmiş və hazırda 23 844 hektardır. Qoruqda 900-dən artıq bitki növü yayılmışdır ki, bu da Azərbaycan florasının 1/6 hissəsini təşkil edir. Qoruq ərazisinin 60%-dən çoxu enliyarpaqlı meşələrdən ibarətdir. Qoruğun yaranmasının əsas məqsədi Böyük Qafqaz dağlarının cənub yamaclarındakı nadir bitkilərinin təbiət komplekslərinin qorunmasıdır.
Qoruqda palıd, vələs, fıstıq, qarağac, cökə, göyrüş, şabalıd, qoz, ayı fındığı, quşarmudu ağacları bitir. Bu meşələrdə dəmirqara, qara murdarça, zoğal, əzgil, alça, sarı rododendron, gəndalaş və başqa kol bitkiləri geniş yayılmışdır. Burada yaşı 200-250 il olan, hündürlüyü 30 m-ə çatan fıstıq ağacları vardır.
Qoruqda yayılmış bitki növlərindən 12-si, məməlilərdən vaşaq və köpkər, quşlardan iri qırğı, bərqud, Qafqaz uları, Qafqaz tetrası Azərbaycanın "Qırmızı kitab"ına, yırtıcı quşlardan toğlugötürən, Qafqaz şahini dünya "Qırmızı kitab"ına daxil edilmişlər. Qoruğun nəzdində təbiət muzeyi fəaliyyət göstərir. Burada Dağıstan dağ kəli, qararaça, maral, cüyür, qaban, ayı, porsuq, tülkü, meşə pişiyi, vaşaq, sincab, gəlincik və s. məskunlaşmışdır. Zaqatala dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək biosfer dövlət təbiət qoruğunun yaradılması günün ən ümdə məsələlərindən biridir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır.
Qoruğun ərazisindən 3 böyük, bolsulu çay axır - Mazımçay, Balakənçay və Katexçay. Bu çaylar öz başlanğıclarını Böyük Qafqaz sıra dağlarının zirvələrindən götürür və Alazan-Əyriçay vadisindən keçərək Alazan çayına tökülürlər.
Zaqatala ərazisindən axan Katex çayının sahilləri qoruq ərazisində hər iki tərəfdən sərt qayalıqlar və sıldırımlarla əhatə olunmuşdur. Katexçayın qolları olan Roçigelçay və Kilsəçayın birləşdiyi yerdə bir müalicəvi əhəımiyyətli sulfatlı-mineral bulaq qaynayır. Bu bulağın yaxınlığında balaca bir yayla yaranmışdır. Həmin yaylada çox qədim bir kilsənin xarabalıqları vardır. Kilsəçayın axarı boyunca, bu xarabalıqlardan təxminən 800-1000 metr aralı çox böyük sahəyə malik Piçigel mağarası yerləşir. Qoruğun işçiləri bu mağaradan gecələmək məqsədi ilə istifadə edirlər. Mağaranın xarici görünüşü çox cəlbedici və yaraşıqlıdır, mağaranın üstündəki monolit qayalardan ibarət yapıq, çaya doğru uzanır, bu yapığın kənarlarında isə həmişəyaşıl sarmaşıqlardan ibarət "divar" sallanır. Mağaraya 200-250 adam rahatlıqla yerləşir. Bura həmişə quru olur. Mağaranın ətrafını isə fıstıq, vələs, çinar, cökə, qarağac və s. ağac növlərindən ibarət enliyarpaqlı qədim meşələr bürümüşdür.
Kilsəçayın Katexçaya qarışdığı yerdə, suları 20 metr hündürlükdən dar qayalıq dərəyə tökülən, çox əzəmətli, gözəl və kifayət qədər güclü şəlalə yaranmışdır. Bu şəlaləyə Qəbizdərə və yaxud Zaqatala şəlaləsi deyilir.
Ümumiyyətlə Zaqatala Dövlət Qoruğunun ərazisində 10 yaxın şəlalə var və 15-17 sayda müxtəlif sulfatlı-mineral bulaqlar qaynayır.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...