ÇƏRŞƏNBƏ AXŞAMI, 2024-12-03, 11:42 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ PİRQULU QORUĞU - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
PİRQULU QORUĞU
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-09-27, 11:59 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Pirqulu dövlət təbiət qoruğu

Pirqulu dövlət təbiət qoruğu - Böyük Qafqaz dağları döşünün Cənubi – Şərq hissəsində yerləşir. 1968-ci il dekabrın 25-də Şamaxı rayonun dağ – meşəlik sahəsində yaradılmışdır. Ümumi sahəsi 1,52 min HA-dır, o cümlədən meşəlik sahəsi 1,43 min ha. Qoruğun sahəsi dağ dərələri və dərin vadilər hesabına 3 tərkib hissəyə bölünmüşdür. Torpaqları qonur dağ – meşə, palıdı dağ – meşə və çürüntülü, karbonatlı dağ meşə hissələrdən ibarətdir.
İqlimi qışda soyuq, başqa vaxtlarmülayim istidir. Meşə massivini əsasən vələs meşəsi (57 %), çoxsaylı palıdlar (24 %), fısdıq (18 %-ə yaxın) təşkil edirlər. Bu meşələrdə hətda söyüd, qaracöhrə, ağcaqayın, göyrüş ağaclarına da rast olunur. Bu yerlərdə başdan – başa ot örtüyü yoxdur. Əsasən cürbəcür kolluqlardan ibarətdir. Qoruğun florasında 45 növə yaxın çox nadir və yox olmaqda olan bitkilər mövcuddur. Əlverişli, münasib iqlim və bitkilər aləminin müxtəlifliyi sayəsində burada vəhşi heyvanlar üçün gözəl şərait yaranmışdır. Qoruqda 30 növ məməlilər, 9 növ sürünənlər, 6 növ amfibiya, 64 növ quşlar mövcuddur. Palıd və fısdıq meşələrində qaban, vaşaq, qurd, çaqqal, tülkü, cüyür və başqa heyvanlar da yaşayır. Quşlardan: qırqovul, zığ – zığ quşu, qara tetra və başqaları mövcuddurlar. Axır vaxtlar qoruq sahəsinin torpaqlarının aşılanması azalmışdır və bunun sayəsində vəhşi heyvanların və quşların sayı artır. Bir neçə növ bitkilər (qaracöhrə), heyvanlar (qonur ayı, vaşaq, köpkər) quşlar (tetra) Qırmızı kitaba salınmışdır.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...