CÜMƏ, 2024-12-27, 2:46 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MEZOZOY DÖVRÜ (TƏBAŞIR SISTEMI) - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
MEZOZOY DÖVRÜ (TƏBAŞIR SISTEMI)
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-09-01, 8:18 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
MEZOZOY DÖVRÜ

TƏBAŞIR SISTEMI

Mezozoy dövrü qrupunun aşağıdan üçüncü sistemi. Yer tarixinin Mezozoy üçüncü dövrünə müvafikdir. Radialoji məlumatlara görə Təbaşir dövrü 135-137 miln. il bundan əvvəl başlamış, təqribən 70 milyon il davam etmişdir. Müstəqil sistem kimi ilk dəfə 1822-ci ildə Belçika geoloqu J. Omalius d’Allua Paris hövzəsində ayırmışdır. Təbaşir sistemi iki şöbəyə bölünür: Alt və üst şöbələr. Alt şöbə 6 mərtəbədən (Berrias, Valanjin, Qoteriv, Apt, Alb), üst şöbə isə 7 mərtəbədən (Senjman, Turon, Konyak, Santon, Kampan, Maastrixt, Danimarka) ibarətdir. Tabaşir dövrünün birinci yarısı ümumiyyətlə qalxma hərəkətlərinin üstünlüyü ilə səciyələnir. Dövrün birinci yarısının sonunda (Alb) əsrində enmə prosesi başlamış, üst təbaaşirdə daha inkişaf etmiş və böyük transqresiya (yer daxilində ən böyük transqresiyalardan biri) ilə müşahidə olunmuşdur. Təbaşir dövrünün sonunda yenidən qalxma hərəkətləri baş vermiş və Danimarka əsrində dəniz hövzələri xeyli kiçilmişdir. İntensiv, qırışıq əmələgəlmə prosesləri, əsasən, Sakit okean gesinklinal qurşağında olmuşdur. Tabaşir dövrünün ortalarında Şərqi Asiyada qırışıq əmələgəlmə prosesləri qurtarmışdır. Sonrakı hərəkətlər Oxotyanı zonanı əhatə etmişdir. Tabaşir dıvrünün sonunda Amerika And dağlarının şimal hissəsi və qayalı dağlar formalaşmışdır. Aralıq dənizi geosinklinalında tektonik hərəkətlər zəif olmuşdur. Təbaşir dövründə iri yarıqlar əmələ gəlmiş (xüsusilə cənub materiklərində) Qondavananın parçalanma prosesi tamamlanmışdır. Üst təbaşirdə güclü vulkan püskürmələri olmuşdur. Təbaşir sistemi çöküntülərdə əhəngdaşıya çevrilmiş əhəngli və əhəngli-gilli lil, mergel və yazı təbaşiri adı burdan götürülmüşdür) üstünlük təşkil etmişdir. Onurğasızlardan ammonit və beleminitlər dahada inkişaf etmiş, inoseramlar, əyri kirpilər, onurğalılardan sürünənlər geniş yayılmışdır. Ciftli məməlilər meydana gəlmişdir. Təbaşir dövrünün sonunda sürünənlərin çoxu, ammonitlər, belemnitlər, və s. qırılmışdır. Təbaşir dövrünün florası çılpaqtoxumluların və [[qıjıkimilər]in üstünlüyü ilə xarakterizə olunur.Təbaşir dövründədə örtülütoxumlular əmələ gəlmiş və inkişaf etmişdir. Tabaşir sistemi çpküntüləri bütün kontinentlərdə yayılmışdır. Şərqi Avropa platformasında Krım, Karpat və Qafqazın dağlıq sahələrində geniş yer tutur. Təbaşir sistemi çöküntülərinin Azərbaycanda Böyük və Kiçik Qafqazda, Naxçıvan MR-da çıxışları var; Quba-Xəzəryanı sahədə və Kür-Araz ovalığında qazma quyularında açılmışdır. Terrigen, karbonat və maqmatik suxurlardan ibarətdir.Bu çöküntülərdə təbaşir dövrünə xas onurğasız heyvanların, əsasən, bütün nümayəndələrinin fossil (daşlaşmış) qalıqları var. Tabaşir sistemi çöküntülərində bir çox faydalı qazıntı yataqları (kömür, neft, qaz, boksit, qalay, qurğuşun, civə və s.) aşkar edilmişdir.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...