SAKIT OKEAN
Sakit Okean - 4 okeandan ən böyüyü. 179,7 mln km² sahəsi olan Sakit Okean Yer planetinin təxminən üçdə-bir hissəsini tutur. Ekvatorun kəsdiyi okean Şimali Sakit Okean və Cənubi Sakit Okean olaraq ikiyə ayrılır. Avrasiya,Avstraliya,Şimali Amerika, Cənubi Amerika materikləri ilə əhatə olunub. Ən dərin çökəklik Marian çökəkliyi (11022 m) bu okeandadır. Flippin dənizində yerləşir
ATLANTIK OKEANI
Atlantik okeanı - sahəsinə görə Sakit Okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 91,6 mln km², həcmi 329,7 mln km², ən dərin yeri - 8742 metrdir ( Puerto-Riko çökəkliyi ). ” S ” hərfi şəklində olan okean Şimal Buzlu Okeanından Antarktika qitəsinə qədər uzanır.
Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür- Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlantdan) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar.
Dənizləri: Baltik dənizi, Şimal dənizi, Aralıq dənizi,Qara dəniz, Sarqass dənizi, Karib dənizi, Adriatik dənizi, Azov dənizi, Balear dənizi, İonik dənizi, İrland dənizi, Mərmərə dənizi, Tirren dənizi, Egey dənizi.
Ən böyük körfəzləri: Biskay körfəzi, Qvineya körfəzi, Meksika körfəzi.
Əsas adaları: Britaniya adaları, İslandiya adası, Nyufaundlend adası, Böyük Antil adaları, Kiçik Antil adaları, Yaşıl burun adaları, Folklend adaları (Malvin adaları).
Dəniz cərəyanları: Qolfstrim cərəyanı, Kanar cərəyanı, Labrador cərəyanı, Passat cərəyanı.
HİND OKEANI
Hind Okeanı - Dünyanın sahəsinə görə üçüncü okeanıdır. Yer səthinin təqribən 20%-ini tutur. Qərbdən Afrika və Ərəbistan yarımadası, şimaldan Asiya, şərqdən isə Hindçin yarımadası, Zond adaları və Avstraliya ilə əhatə olunur. Sahəsi Qırmızı dəniz və Fars körfəzi ilə birlikdə 73,556,000 km², həcmi 292,131,000 km²-dir.
Dənizləri: Andaman dənizi, Ərəbistan dənizi, Arafur dənizi , Qırmızı dəniz, Lakkadiv dənizi, Timor dənizi və Fars körfəzi(dəniz hesab olunur).
ŞIMAL BUZLU OKEANI
Şimal Buzlu Okeanı - Şimal yarımkürəsində, əsasən Arktika zonasında yerləşən okean. Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Skandinaviya yarımadası ölkələri, Kanada, həmçinin İslandiya və Qrenlandiya adaları vasitəsi ilə digər okeanlardan ayrılır. Sahəsi 14 000 000 kv.km. Dəniz səviyyəsindən ən hündür nöqtəsi: Vinson massivi 5 140 m. Ən böyük adası Banker 51 829 kv.km.Avrasiyanın sahilləri boyu Şimal dəniz yolu keçir.