CÜMƏ, 2024-12-27, 2:54 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ANTARKTİDA MATERİKİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
ANTARKTİDA MATERİKİ
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-08-31, 6:06 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Antarktida yerin ən cənub materiki və qitəsi olub tamamilə cənub yarımkürəsində yerləşir və Cənub okeanı (əvvəllər bu okeana Hind, Sakit və Atlantik okeanlarının cənub hissəsi kimi baxırdılar)ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.metrdir ki, bu da Antarktidanı yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Materikin 98%-i orta qalınlığı 1,6 km olan buz layı ilə örtülüb.
Antarktida bütün materiklərin ən soyuq, ən quru, ən küləkli və ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin daxili texniki cəhətdən dünyanın ən böyük səhrasıdır. Antarktidanın daimi məskunları yoxdur və tarixöncəsi insan məskənlərinin izlərinə də rast gəlinmir. Yalnız pinqvin və suiti kimi soyuğadavamlı canlılar Antarktidanın daimi sakinləridir.
Materikin kəşfindən hələ xeyli əvvəllər Terra Australis (Cənub torpağı) və Terra Incognito (Naməlum torpaq) haqqında əfsanə və spekulyasiyalar olsa da Antarktidanı ilk dəfə 1820-ci ildə Lazarev və Bellinqhauzenin ekspedisiyası kəşf edib. Lakin çətin iqlim şəraiti və qitənin qalan dünyadan təcrid olunması sonrakı dövrlərdə onun tədqiq edilməsinə böyük maneələr törədib.
Bu gün üçün Antarktidanın hüquqi və beynəlxalq statusunu 1959-cu ildə 12 ölkə tərəfindən imzalanmış və indi 45 iştirakçı tərəfə malik Antarktika müqaviləsi müəyyən edir. Müqaviləyə əsasən materikdə hərbi sınaqlar keçirmək və faydalı qazıntıların hasilatı ilə məşğul olmaq qadağandır və Antarktida üzərində heç bir ölkə suverenliyə malik ola bilməz. Hal-hazırda müxtəlif ölkələrdən 4 mindən çox tədqiqatçı Antarktida ilə bağlı tədqiqatlara cəlb olunub.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...