ÇƏRŞƏNBƏ, 2024-04-24, 2:40 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ CƏNUBİ AMERİKA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » COĞRAFİYA » CƏNUBİ AMERİKA (CƏNUBİ AMERİKA MATERİKİ HAQQINDA)
CƏNUBİ AMERİKA
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ, 2010-01-06, 10:01 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR

Cənubi Amerika — Qərb yarımkürəsində, Amerika qitəsinin cənub hissəsinə verilən materik.
Coğrafi mövgeyi, sərhədləri, tədqiqi
Cənubi Amerika Qərb yarımkürəsində yerləşən iki materikdən biri və Amerika qitəsinin bir hissəsidir. Şimali Amerika ilə onu ensiz Panama bərzəxi birləşdirir, bərzəxin ensiz və alçaq hissəsində çəkilmiş Panama kanalı isə ayırır. Cənubi Amerika digər materiklərdən xeyli aralı yerləımiıdir. Cənubda Antarktidadan onu Dreyk boğazı ayırır. Onun sahillərində demək olar ki, iri ada yarımada və körfəzlər yoxdur. Yalnız cənub sahillərində onların sayı artır. Cənubda Magellan boğazı Odlu torpaqı materikdən ayırır.

Adaları
• Odlu torpaq
• Qalapaqos adaları
• Trinidad adası
• Tobaqo adası
• Folklend adaları
• San Ambrasio adaları

Tədqiqi
Cənubi Amerika materikini insanlar 1492ci ildə Xristofor Kolumbun Hindistana dəniz yolunu axtarmaq üçün çıxdığı səyahətdə Amerika qitəsini kəşfi ilə bu qənaətə gəlindi ki, Amerika Hindistandır. Lakin Amerikanı Xristofor Kolumb kəşf etməsinə baxmayaraq bura Ameriqo Vespuççinin adı verildi. Materikin təbiətini də öyrənilməsində alman səyyahı Aleksandr Humbolddun böyük rolu olmuşdur.

Daxili suları
Materikin daxili suları 2 hövzəyə ayrılır - Sakit və Atlantik okeanı hövzəsinə. Materikin ən böyük çayı Amazon çayıdur. Onun uzunluğu 6400 km-ə qədərdir. Amazon çayıa 500-dən çox qol tökülür. Əsasən yağış suları ilə qidalanır. Digər qida mənbəyi qar və buzlaq sularıdır. Materikin ən böyük gölü Marakaybo gölüdür. Onun hövzəsi 14.3 min km2 metrdir. Cənubi Amerika Materikində dünyada ən hündürdə və şirin sulu gölü (Titikaka gölü) yerləşməktədir. Materikdə gözəl şəlalələr vardır. Anhel şəlaləsi dünyada ən hündür şəlalədir. Onun hündürlüyü 1054 metrdir.

Çayları
• Amazon çayı
• Parana çayı
• San-Fransisko çayı
• Orinoko çayı
• Maqdalena çayı
• Tokantins çayı
• Akonqaqua çayı (sakit okeana tökülür)

Gölləri
• Marakaybo gölü
• Titikaka gölü (3812 m hündürlükdə)
• Poopo gölü

Körfəzlər
• La-Plata körfəzi
• Maraka körfəzi
• Baiya-Qrande körfəzi

Dənizlər
• Karib dənizi

Boğazlar
• Magellan boğazı

İqlim
Cənubi Amerika ən rütubətli materikdir. Yüksək rütubətli və çox quraq məntəqələr vardır. Amazon ovalığı dünyanın ən rütubətli yerlərindən biridir. Buraya 2500-3000 mm yağıntı düşür. Atakama səhrası dünyanın ən quru səhralarındandır. Bura ildə 2-3 mm yağıntı düşür.

 
FORUM » ELM VƏ TƏHSİL » COĞRAFİYA » CƏNUBİ AMERİKA (CƏNUBİ AMERİKA MATERİKİ HAQQINDA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...