CÜMƏ AXŞAMI, 2019-06-27, 6:11 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S. - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » ƏDƏBİYYAT » PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S. (RUS ƏDƏBİYYATÇILARININ HƏYATI)
PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S.
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 6:04 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Aleksandr Puşkin

Aleksandr Sergeyeviç Puşkin (Александр Сергеевич Пушкин; 6 İyun 1799 - 10 Fevral 1837) - dahi rus şair, dramaturq və nasiri, rus ədəbi dilinin reformatoru.
Rus romantik ədəbiyyatının görkəmli nümayəndəsi olan Puşkin Rusiyanın ən böyük şairi və müasir rus ədəbiyyatının banisi sayılır.
Əsərlərində xalq danışıq dilindən geniş istifadə etməklə həm doğma dilini zənginləşdirmiş, həm də rus ədəbiyyatına dram, xalq qəhrəmanlıq dastanları və satira kimi həm şifahi-xalq, həm də yazılı ədəbiyyat janrlarının üzvü sintezindən yaratmiş olduğu yeni bir üslub gətirmişdir.
Moskvada anadan olan Puşkin ilk şerini on dörd yaşında ikən yazmış və artıq İmperial Litseyi bitirdiyi illərdə adı Rusiya ədəbi dairələrində tanınmağa başlamışdır. Puşkin sonrakı illərdə sosial islahatlar ideyasına qoşulur və ədəbi-inqilabi dairələrdə mahir natiq kimi tanınmağa başlanır. 1820-ci illərdə onun sosial-siyasi fikirləri Rusiya hakim dairələrinin ciddi təlaşlarına səbəb olur və nəticədə o, imperiyanın uzaq cənub əyalətlərinə sürgün edilir.
Ciddi nəzarət altında olmasına baxmayaraq, özünün ən məşhur əsərini- Boris Godunov dramını məhz bu illərdə yazır. Yevgeni Onegin şe`r-poeması isə 1825-1832 illərdə dövrü şəkildə çap olunur.
Puşkin 1831-ci ildə evləndiyi həyat yoldaşı Natalya Gonçarova ilə birgə sonralar saray cəmiyyətinin yaxın üzvünə çevrilir. 1837-ci ildə ali cəmiyyət üzvləri arasında yoldaşının şairə xəyanət etməsi haqqında ardı-arası kəsilməyən şayələr dolaşmağa başlayır. Puşkin bu şayələrə birdəfəlik son qoymaq üçün adı həyat yoldaşı ilə birgə hallanan Jorj Edmon Dantes adlı fransız zabitini duelə çağırır. Puşkin bu dueldə ölümcül yaralanır və iki gün sonra vəfat edir.
Dahi şairin ölümü dünya ədəbiyyatını kədər içində boğur. Azərbaycan dramaturqu Mirzə Fətəli Axundov şairin ölümünə şe`r-mərsiya həsr edir.
Puşkin Şərq mövzusundakı əsərlərində qəzəl formasından istifadə etmişdir.
Bəzi əsərləri
Poemaları
• "Ruslan və Lüdmila" (1817-1820)
• "Qafqaz əsiri" (1820-1821)
• "Qavrilliada" (1821)
• "Ancelo" (1833)
• "Mis atlı" (1833)
Şeir-roman
• "Yevgeni Onegin" (1823-1838)
Dram əsərləri
• "Boris Qodunov" (1825)
• "Xəsis zadəgan" (1830)
• "Motsart və Salyeri" (1830)
• "Daş qonaq" (1830)
• "Fəlakət zamanı ziyafət" (1830)
• "Su pərisi" (1829-1832)

[color=blue]

 
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 6:04 PM | Message # 2
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Lev Tolstoy

Lev Nikolayeviç Tolstoy (rusca Лев Николаевич Толстой 9 sentyabr, 1828 – 20 noyabr, 1910) rus yazıçı, publisist və filosof.
Yazdığı "Hərb və Sülh" və "Anna Karenina" əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaratmışdır. XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini canlandıran bu iki əsər realist roman janrının yüksək zirvəsində qərar tutur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə - "Allahın səltənəti qəlbimizdədir" ("Царство Божие внутри нас") XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir.
Lev Nikolayeviç Tolstoy Tula quberniyasına bağlı Yasnaya Polyanada anadan olub. Onun ailəsi Rusiyanın ən qədim və aristokrat ailərindən biri idi. 1844-cü ildə sevmədən oxuyacağı Kazan universitetində Şərq dilləri və hüquq təhsili almağa başladı. Daha sonra təhsilini yarımçıq qoyaraq kəndinə geri qayıtdı və vaxtının çoxunu Moskva və Sankt Peterburqda keçirməyə başladı. 1851-ci ildə isə Rusiya ordusuna qatıldı. Yazıçılıq sənətinə də təxminən bu illərdə başladı. 1857 və 1860-1861 illərdə Avropaya iki səfər edən Tolstoy bu zaman həyatının geri qalanına təsir edən travmatik hadisə yaşadı. Dostu Botkinə yazdığı məktubda "Dövlətin qurma bir bir şey olduğundan və bundan sonra heç vaxt heç bir yerdə heç bir dövlətə xidmət etməyəcəyini"ndən bəhs etmişdi. Avropa səfərində Viktor Hüqo ilə qarşılaşmış və yazacağı "Hərb və sülh" adlı əsərdə "Les" Miserables"in təsirində də qalmışdır. Tolstoy siyasi fəlsəfə baxımından isə fransız anarxist Pyer Josef Proudhonun təsirində qalıb.
Tolstoy 23 sentyabr 1862-ci ildə özündən 16 yaş kiçik Sofiya Andreyevna Bers ilə evləndi. Bu evliliyi A.N.Wilson ədəbiyyat tarixinin ən bədbəxt evliliyi olaraq izah etmişdir.

"Hərb və sülh" Lev Tolstoyun əsas əsərlərindən biri. 1812 il müharibəsinə həsr olunmuş bu əsərdə Tolstoyun bədii dühasının xəlqiliyi tam vüsətilə əksini tapmışdır. Roman vətənpərvərlik pafosu, xalqın tarixdə həlledici rolunu təsdiqləyən sosial-fəlsəfi məzmunu, yüksək bədii dili, epik təhkiyə üslubu, kompozisiyasının çoxplanlılığı, psixoloji təhlinin dərinliyi, insan xarakterlərinin dolğunluğu və s. keyfiyyətləri ilə 19 əsr dünya realist nəsrinin zirvələrindən biri sayılır.

 
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 6:05 PM | Message # 3
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Fyodor Dostoyevski

Fyodor Mixayloviç Dostoyevski (rusca: Фёдор Михайлович Достоевский) (11 noyabr 1821 - 9 fevral 1881) - Rusiya ədəbiyyatının ən görkəmli nümayəndəlindən biri. Əsərlərinin XX əsr dünya ədəbi və fəlsəfi düşüncə tərzinə misilsiz təsiri olmuşdur.
Dostoyevski romanları XIX əsr siyasi, sosial və ruhi gərginlıklərdə boğulan Rusiya cəmiyyətində insan psixologiyasının ətraflı təsvirinı canlandırır. Bir çox müəlliflər "Yeraltından məktublar" romanı ilə Dostoyevskinin XX əsr ekzistintializm fəlsəfi cərəyanının əsasını qoymasını düşünürlər. Amerika filosofu Valter Kofman isə bu romanı ekzistintializmə dair yazılmış bütün dövrlərin ən mükəmməl müqəddiməsi kimi təsvir edir.
1877-ci ildə Dostoyevski Istanbulun Rusiya tərəfinden zəbt edilməsi ideyasını irəli sürmüşdür

İlk yaradıcılıq nümunələri
Ordudan ayrıldıqdan sonra Dostoyevski ilk əsəri "İnsancıqlar"ı 1846-cı ildə yazdı.Cəmiyyətin qatı qaydaları içində yaşlı bir məmurun yetim bir qıza duyduğu məhəbbəti,ruhundakı çaxnaşmaları işlədi.Ədəbi mühit tərəfindən sevilən kitabdan sonra Belinski onu "gələcəyin böyük yazıçısı" kimi təqdim etdi.Şair Nikolay Neksarov,Dostoyevski barəsində "yeni bir Qoqol doğuldu" demişdir.Ədəbi dünyada tanındıqdan sonra yazıçı "Dvojnik" adlı kitabını qələmə aldı.Fəqət roman Belinski də daxil olmaqla əsər heç bir ədəbi tənqidi tərəfindən bəyənilmədi.
Dostyoevski 1847-ci ildə "Ev sahibəsi" adlı romanını bitirdi.Bu əsəri də tənqidlərə məruz qalınca Dostoyevski psixolojik problelomlər yaşadı və bir müddət xəstə oldu.Ancaq yazıçılığa davam etdi və 1848-ci ildə "Bəyaz Gecələr" və "Yumşaq ürəkli" adlı kitablarını nəşr etdirdi.Bunlar öncəkilərə görə daha çox maraq yaratsa da yazıçı yenə də gözlədiyi uğuru qazanmadı.Bu hadisədən sonra ədəbiyyata soyuyan Dostoyevski siyasətlə maraqlanmağa başladı "Gənc Liberallar" qrupuna daxil oldu.

Sibir sürgünü
Dostoyevski 23 aprel 1849-cu ildə dövlətə qarşı başqaldırma iddiası ilə həbs edildi.Ölüm cəzası verildikdən sonra yazıçı səkkiz ay həbsxanada qaldı.Edam edilmək üçün aparıldıqları meydana gedərkən qəfil Çar tərəfindən bağışlandılar.Edam cəzası sürgün ilə əvəz edildi.Cinayət və cəza qavramları ilə burda yaxından tanış olan yazıçı bu illərdə sara xəstəliyi səbəbi ilə dəfələrlə xəstəxanaya düşdü.
Sürgündə keçirdiyi 4 ildən sonra 1854-cü ildə orduya girdi.Burda 5 il xidmət edən Dostoyevski zabit rütbəsinə qədər yüksəldi.1857-ci ilin fevral ayında dul və vərəm əstəliyindən əziyyət çəkən Mariya Dmitrievna İsayeva ilə evləndi.
Sürgündən sonrakı yazıçılıq təcrübəsi
1859-cu ildə ordudan ayrılan Dostoyevski Sankt Peterburqa qayıtdı.Qardaşı Mixail ve dostu Strahov ilə birlikdə "Vremya" və "Epoxa" adlı jurnalları nəşr etdi.Məqalələrində "Panislavizm"i müdafiə etdi.Bu dövrdə yazdığı "Alçaldılmışlar və təhqir olunmuşlar" , "Ölü evindən xatirələr" ilə tanındı.1863-cü ildə Avropaya səfər etdi.Xəstəliyi və qumar səbəbi ilə maddi problemlər yaşayan yazıçı 1864-cü ildə "Yer altından məktublar" adlı romanını nəşr etdirdi."Cinayət və cəza" ilə Qumarbaz" adlı əsərləri 1866-cı ildə işıq üzü gördü.Qardaşına yazdığı bir məktubda "cinayət və cəza" romanı üçün:
" Mövzusu doğrudan çox gözəldir.Romanın qəhrəmanı isə bugünə qədər heç işlənməmiş bir obrazdır.Ama günümüzdə Rusiyada bu cür insan tez-tez qarşımıza çıxmaqdadır. " yazmaqdaydı.

Dostoyevski bu əsərində Raskolnkovun öz həqiqətləri uğruna işlədiyi cinayətləri və vicdan ilə hesablaşmasını ələ aldı.Yazıçı kiçik bir otel otağında və maddi problemlər içində qələmə aldığı "Cinayət və Cəza" romanını 1866-cı ildə tamamladı.Yazdığı digər əsərlər-Səfeh,əcinnilər,vencıy muj isə sırası ilə 1866,1870,1872-ci illərdə nəşr edildi.Arvadının ölümündən sonra katibəsi Anna Qriqoryevna ilə evləndi.Bu evlilikdən bir qızı olsa da erkən yaşda vəfat etdi.Bu Dostoyevsknin böyük sarsıntılar keçirməsinə səbəb oldu.1875-ci ildə "Dəliqanlı",1876-da "Bir yazıçının gündəliyi",1879-də isə "Karamazov Qardaşlar" romanlarını yayınladı.Sonuncusunda İvan və Alyoşa Karamazov obrazları üçün filosof Vladimir Serqeyeviç Solovyovdan ilham aldı."Bir böyük günahkarın həyatı" adlı əsərini isə tamamlaya bilmədi.1881-ci ilin yanvar ayında iç qanama keçirdi və o ilin 28 yanvarında vəfat etdi.Yas günü Dostoyevskinin cənazəsinin ardınca 30.000 insan yürüdü.
Əsərləri
Romanları
• "Zavallılar" (1846)
• "Axirətdən məktublar" (1860)
• "Alçaldılmış və təhqirolunmuşlar" (1861)
• "Yeraltından məktublar" (1864)
• "Cinayət və cəza" (1866)
• "Qumarbaz" (1866)
• "Səfeh" (1868)
• "Həmişəlik ər" (1869)
• "Əcinələr" (1872)
• "Yeniyetmə" (1875)
• "Karamazov qardaşları" (1880)
Povest və hekayələri
• "Oxşar" (1848)
• "Gülünc insanın yuxusu" (1848)
• "Bəyaz gecələr" (1848)
• "Dayısının oğlu" (1859)
• "Yay xatirələri haqda məktublar" (1862)
• "Nalayiq lətifə" (1864)1

 
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 6:06 PM | Message # 4
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Mixail Şoloxov

Mixail Şoloxov (rusca Михаил Александрович Шолохов 11 may 1905, — 21 fevral 1984) — rus sovet yazıçısı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı (1965-cil ildə - Sakit Don romanına görə)

Anton Çexov

Antоn Pavloviç Çeхоv (Антон Павлович Чехов; 29 yanvar 1860 - 15 iyul 1904) - Rus yazıçı.
Rus yazıçı Antоn Pavloviç Çeхоv 29 yanvar 1860-cı ildə anadan olub. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Lev Tоlstоy Çeхоvun yaradıcılığı haqqında belə deyib: “Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yохa çıхsaydı və təkcə Çeхоvun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya хalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi”. Çeхоv dramaturq kimi də klassik rus ədəbiyyatının ən yaхşı nümunələrini yaradıb. Antоn Pavlоviç Çeхоv iхtisasca həkim оlsa da, yazıçı kimi daha böyük şöhrət qazanıb. Çexov 1904-cü il iyulun 15-də vəfat edib.

 
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 6:06 PM | Message # 5
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Aleksandr Soljenitsın

Aleksandr İsayeviç Soljenitsın ( rusca Александр Исаевич Солженицын - 11 dekabr 1918, Kislovodsk — 3 avqust 2008, Moskva) — rus yazıçısı, publisist, tarixçi, şair, ictimai və siyasi xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1970) ("Dahi rus ədəbiyyatı ənənələrini öz əsərlərində qeyd etmiş əxlaqi gücünə görə").
Yazıçı öz ədəbi əsərləri ilə yanaşı (bir qayda olaraq ciddi ictimai-siyasi mövzulara həsr olunmuş - ən məşhuru "Arxipelaq QULAQ") XIX-XX əsr Rusiya tarixindən bəhs edən tarixi-publisistik əsərləri ilə şöhrət qazanmışdır. 1960-1980-ci illər arasında dissident olmuş, SSRİ-nin siyasi quruluşuna və yeritdiyi siyasətə qarşı çıxış etmişdir. Ömrünün son illərində rus millətçisinə çevrilmiş, Rusiyanın imperiya kimi bərqərar olunmasının vacibliyini dəfələrlə vurğulamışdır.

Georgi Vayner

Georgi Aleksandroviç Vayner - Rusiya yazıçısı.
Georgi Vayner 10 fevral 1938-ci ildə Moskva şəhərində doğulub. O, qardaşı Arkadi ilə birlikdə bir çox detektiv romanı yazarıdır. Qardaşı ilə yazdığı 150-dən çox kitabın arasında "Ya sledovatel" ("Mən təhqiqatçıyam"), "Vizit k Minotavru", "Qonki po vertikali", "Çası dlya mistera Kelli" kimi ünlü əsərlər də var. 1979-cu ildə rejissor Stanislav Qovoruxin Vaynerlərin "Era miloserdiya" kitabı əsasında məşhur "Mesto vstreçi izmenit nelzya" ("Görüş yerini dəyişmək olmaz") filmini çəkib.
1990-cı ildən bəri ABŞ-da yaşayırdı. O, 11 iyun 2009-cu ildə vəfat edib.
G. Vayner keçmiş SSRİ Yazıçılar İttifaqının və Daxili İşlər Nazirliyinin çoxsaylı mükafatlarına layiq görülüb.

 
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 6:07 PM | Message # 6
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
İosif Brodski

İosif Aleksandroviç Brodski (rusca Иосиф Александрович Бродский - 24 may 1940, Leninqrad, SSRİ - 28 yanvar 1996, Nyu-York, ABŞ) - görkəmli rus və amerika şairi, esseist, dramaturq, tərcüməçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1987), ABŞ şair-laureatı (1991-1992).
İosif Brodski 1940-cı ildə Leninqradda (indiki Sankt-Peterburq) anadan olub. On altı yaşından şeirlər yazmağa başlayıb. 1964-cü ildə şəhər ictimaiyyətinin xidməti sayəsində şairə qarşı məhkəmə davası açılıb. Onu tüfeyli həyat tərzi sürməkdə ittiham ediblər. Məhkəmənin qərarı ilə Brodski Arxangelsk vilayətinə sürgün olunub.
1965-ci ildə Brodski Leninqrada qayıtmaq üçün icazə ala bilib. Buna baxmayaraq, 1972-ci ildə mühacirət etməli olub. Və ömrünün axırına qədər ABŞ-da yaşayıb. Sağlığında rus və Amerika ədəbiyyatının görkəmli simalarından biri olub. Şairin "Birdən də az" adlı esselər toplusu 1986-cı ildə ABŞ-da ən yaxşı ədəbi-tənqidi kitab adını alıb. 1987-ci ildə İosif Brodski ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. 1992-ci ildə ABŞ-ın şair-laureatı adına layiq görülüb. 1996-cı ildə vəfat edib.

 
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 6:08 PM | Message # 7
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Yuri Fidler

Fidler Yuri Vladimiroviç - şair, tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü (ədəbi təxəllüsləri "Yeqor Yexidnı", "Optimist", "Yurfi", "D.İrinin").
Yuri Fidler 1898-ci il iyunun 16-da Saratov şəhərində məhkəmə məmuru ailəsində doğulmuşdur. Pyatiqorsk gimnaziyasında, sonra I Bakı gimnaziyasında orta təhsil almışdır (1907-1917). Əmək fəaliyyətinə 1917-ci ildən başlamışdır. Culfa-Bakı dəmiryolu idarəsində tabelçi-fəhlə (1917-1918), ərzaq idarəsində kontor işçisi (1918), Yessentukidə milis işçisi (1918-1919), Azərbaycan hərbi sanitariya idarəsində icraçı (1920), sonra katib (1921-1922), Rostov dövlət ticarəti kontorunda hesabdar (1922-1923), Keçmiş SSRİ Ticarət-Sənaye Bankının Azərbaycan kontorunda hesabdar, mühasib köməkçisi, müxbir, sığorta şöbəsinin müdiri (1923-1927), Bakı trestlərinin birində hesabdar (1927-1929), "Vışka" qəzeti redaksiyasında felyetonçu (1929-1932) işləmişdir. Sonra yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. Ədəbi fəaliyyətə 1920-ci ildən başlamış, felyeton və satirik şeirlərini "Krokodil", "Smexaç", "Begemot" jurnallarında dərc etdirmişdir. Hekayələr, pyeslər yazmış, Azərbaycan xalq və aşıq şeirlərini tərcümə etmiş, uşaq yazıçısı kimi fəaliyyət göstərmişdir. "Qafqazın müdafiəsinə görə", "1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə", "Əmək veteranı" medalları və dörd dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunmuşdur.
1981-ci il mayın 14-də vəfat etmişdir.
Əsərləri
• 1. Дочка героя. Баку: Детюниздат, 1939, 26 стр.
• 2. Разговор на чистоту. Баку: Азернешр, 1947, 49 стр.
• 3. Стихи и сказки. Баку: Детюниздат, 1950, 120 стр.
• 4. Пещерные люди. Баку: Азернешр, 1952, 68 стр.
• 5. Школьные знаменитости. Баку: Детюниздат, 1954, 24 стр.
• 6. Сатирические стихи. Баку: Азернешр, 1956, 80 стр.
• 7. Между нами говоря... Баку: Азернешр, 1958, 116 стр.
• 8. Четверка за поведение. Баку: Детюниздат, 1960, 70 стр.
• 9. Накип. Баку: Азернешр, 1962, 120 стр.
• 10.Избранные сатирические стихи и фельетоны (1927-1967). Баку: Азернешр, 1970, 316 стр.
• 11.За пол века. (стихи). Баку: Язычы, 1980, 143 стр.

Tərcümələri
(azərbaycancadan)
• 1.Слово сердца. Баку: Азернешр, 1944, 56 стр.
• 2.А. Шаик. Стихи и сказки. Баку: Детюниздат, 1950, 234 стр.
• 3.Братья сатирики. Баку: Азернешр, 1966, 163 стр.

 
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 6:08 PM | Message # 8
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Vladimir Portnov

Portnov Vladimir Samuiloviç - şair, tərcüməçi, tənqidçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinın üzvü.
Vladimir Portnov 1927-ci il may ayının 21-də Moskva vilayətinin Babuşkino kəndində doğulmuşdur. Bakıda orta məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmiş, 1951-ci ildə tərxis olunmuşdur. "Bakinski raboçi" qəzeti redaksiyasında korrektor, ədəbi işçi işləmişdir. M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır (1953-1957). Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamış, mətbuatda şair-tərcüməçi və tənqidçi kimi çıxış etmişdir.
Onun Leninqradda üç illik ədəbi fəaliyyətini nəzərə almasaq, demək olar ki, 1957-ci ildən etibarən uzun müddət "Bakinski raboçi" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsində böyük müxbir vəzifəsində işləmiş, sonra yaradıcılıqla məşğul olmuşdur. Azərbaycan və fransız ədəbiyyatından tərcümələr edir.

Əsərləri
• 1.Ясный вечер. Баку: Гянджлик, 1971, 79 стр.
• 2.Варианты. Баку: Язычы, 1979, 98 стр.
• 3.Равновесие. Баку: Язычы, 1982, 144 стр.

Tərcümələri
(azərbaycancadan)
• 1.Родная моя республика. Баку: Азернешр: 1970.
• 2.Анар. Круг. М.: Известия, 1973.
• 3.Родные тропы. Баку: Азернешр: 1977.
• 4.Анар. Деде Коркуд. М.: Детская литература, 1979.
• 5.Ислам Сафарли. Избранные. Баку: Азернешр, 1977.

(fransızcadan)
• 1.Бодлер. Лирика. М.: Художественная литература, 1966.
• 2.Варлен. Урика. М.: Художественная литература, 1969.
• 3.Гюго. Лирика. М.: Художественная литература, 1971.
• 4.Готье. Избранные. (в двух томах). Т.I. Стихи. М.: Художественная литература, 1973.
• 5.Лопе де Вега. Стихи. М.: Художественная литература, 1974.

 
FORUM » ELM VƏ TƏHSİL » ƏDƏBİYYAT » PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S. (RUS ƏDƏBİYYATÇILARININ HƏYATI)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2019. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...