A.DÜMA, O.BALZAK, V.HÜQO VƏ S.
| |
Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 5:41 PM | Message # 1 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Aleksandr Düma Aleksandr Düma (1802 - 1870) - tanınmış fransız yazıçısı. Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. "Qraf Monte Kristo", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılmışdır. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınır. Həyatı Aleksanr Düma 1802-ci ilin 24 iyul tarixində Fransanın Villers-Koterets (Villers-Cotterêts) şəhərciyində anadan olmuşdur. Atası Tomas-Aleksandr Düma ordu generalı, anası Mari-Lüzi Elizabet isə mehmanxana sahibinin qızı olmuşdur. Dörd yaşında ikən atasını itirən Düma anasının çəkdiyi min bir əzab-əziyyətlə böyüyür. Anasının ona yaxşı təhsil verə bilməməsinə baxmayarq, bu gənc Dümanı onun kitablara olan sonsuz məhəbətinə heç cür təsir etməmişdir və o, əlinə düşən kitabları sonsuz həvəslə oxumuşdur. Uşaqlıq vaxtlarında anasının ona atasının Napoleonun şanlı müharibələrində nümayiş etdirdiyi qəhrəmanlıqlar haqqında ağız dolusu danışdığı maraqlı söhbətlər Dümada sərgüzəştlərə və qəhrəmanlıq motivlərinə sonsuz maraq oyatmışdır. Yaradıcılığı • Üç muşketor haqqında əsərləri: o "Üç muşketyor" (1844) o "İyirmi il sonra" (1845) o "Vikont de Brajelon və ya on il sonra" (1847) • "Qraf Monte Kristo" (1845-46) • "İki Dianalar" (1846) • IV Henrix haqqında əsərləri: o "Şahzadə Marqo" (1845) o "Qrafinya de Monsoro" (1846) o "Qırx beş" (1847) • Fransız inqilabı haqqında əsərləri: o "Cüzeppe Balzamo və ya həkimin məktubları" (1846-48) o "Şahzadənin boyunbağı" (1849-50) o "Anj Pitu" (1853) o "Qrafinya de Şarni" (1853-55) o "Şevalye de Mezon-Ruj" (1845) • "Qara zanbaq" (1850)
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 5:42 PM | Message # 2 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Onore de Balzak Onore de Balzak (20 May, 1799 - 18 Avqust, 1850) - XIX əsr görkəmli fransız yazıçı-dramaturqu. Yazdığı yüzdən artıq roman və pyesləri birlikdə "İnsan komediyası" (La Comédie humaine) adı altında tanınır. Bu əsərlər toplusu və ya seriyası 1815-ci Napolyon Bonapart Fransasının süqutundan sonrakı dövr fransız cəmiyyətinin, xüsusilə də burjua təbəqəsinin komik-satirik mənzərəsini canlandırır. Digər fransız yazıçısı Gustav Flober ilə birgə Avropa ədəbiyyatında realizm məktəbinin əsasını qoymuşdur. Balzak pyeslari bir qayda olaraq oxucuda gülüş döğurmaqla yanaşı, aydın ifadə olunmuş rəngarəng obrazlar və pərdələrdəki hər bir səhnənin nəfis təsviri tamaşaçıda xüsusi maraq oyadır. Əsərləri İnsan komediyası "İnsan komediyası" silsilə əsərlər toplusuna ümumilkdə 95 tamamlanmış (hekayələri, romanları və analitik oçerkləri) və 48 natamam (və ya yalnız adları məlum olan) əsərləri daxildir. Buraya 5 teatr pyesi və Contes drolatiques adlı məzhəkəli povestlər toplusu (1832-37) daxil deyil. İnsan komediyası toplusundan bə`zi əsərləri: • Gobseck (1830, Balzaka ilk söhrət gətirən əsərlərdən biri) • La Peau de chagrin (1831) • Eugénie Grandet (1833) • Le Père Goriot (text) (1835) • Illusions perdues (I, 1837; II, 1839; III, 1843) • La Cousine Bette (1846) • Splendeurs et misères des courtisanes (1847) Pyesləri: • Cromwell (1820) • Ressources de Quinola (1842) • Paméla Giraud (1843) • La Marâtre (1848) • Mercadet ou le Faiseur (1848)
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 5:42 PM | Message # 3 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Viktor Hüqo Viktor-Mari Hüqo (26 fevral, 1802 - 22 May, 1885) - böyük fransız yazıçı, dramaturq, şair, publisist. Utopik realizmin ən nüfuzlu nümayəndələrindən biri. Hüqo başlıca olaraq özünün poetik və dramatik əsərləri ilə şöhrət qazanmışdır. Nəzm əsərləri arasında "Düşüncələr" (Les Contemplations) və "Əsrlərin əfsanəsi" (Légende des siècles) kimi poemaları daha böyük şöhrət qazanmışdır. Dünya oxucularının isə ən çox bəyəndiyi əsərləri yəqin ki, "Səfillər" (Les Misérables, epopeya ) və "Noterdamlı qozbel" (Notre-Dame de Paris), "Edam məhkumunun son günü" romanlarıdır. • Səfillər Epopeyası Həyat gerçəkliyinin insan gözünə dirənməsi, yaxud da xoş nəğmələrlə ictimai depresyanı cilalayan əsər. Əsərdə pak insan, fahişə, quldur, uşaq, qadınlıq, analıq, vətəndaşlıq, dövlət xadimi, süni tale və bu kimi abstrak cilovlu məhfumlar iliyinə kimi təhlil olunur. Fransa siyasi həyatında da olduqca aktiv olan Hüqo gənclik illərində mühafizəkar meylli olsa da, sonralar siyasi sollara qoşulur və respublika ideyasının ən çılğın tərəfdarına çevrilir. Əsərləri bir qayda olaraq yaşadığı dövrün və cəmiyyətin siyasi, sosial problemləri və mədəni həyatda baş verən hadisələri canlandırır. Əsərləri • "İsland Han" (1823) ilk romanı • "Yeni mədhiyyələr" şerlər toplusu (1824) • "Kromvel" dramı (1827) • "Mədhiyyə və balladalar" (1828) • "Şərq poemaları* (1829) • "Marion de Lorm" dram əsəri (1829) • "Ernani" dramı (1829) • "Gənc Fransa" inqilabın himni olacaq mədhiyyə (1830) • "Noterdamlı qozbel" romanı (1831) • "Kral əylənir" dram tamaşası (1832) • "Edam məhkumun son günü" (Le dernier jour d’un condamné) (1832) • "Klod He" (1834) • "İşıq və kölgə" şerlər toplusu (1840) • "Bir cinayətin tarixi" (1852) • "Cəzalar" (Les Châtiments) (1853) • "Düşüncələr" poetik avtobioqrafiyası (1856) • "Əsrlərin əfsanəsi" tarixi poeması (1856) (İkinci hissəsi 1877-ci ildə nəşr olunur) • "Səfillər" (1861) • "Vilyam Şekspir" (1864) • "Küçə və meşələrin nəğmələri" (1865) • "Dəniz zəhmətkeşləri" (1866) • "Gülən insan" (1869) • "93-cü il" (1874)
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 5:43 PM | Message # 4 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Jan Jak Russo Fransız filosofu, yazıçı, bəstəkarı. XVIII əsr Fransada "Maarifçilik" hərəkatının ən görkəmli nümayəndəsi, Ensiklopediyanın yaradıcılarından biri. 1789-1794 cü ildə Fransa Burjua inqilabı zamanı onun əsərləri Yakobinçilərin əsas ideya dayağı olmuşdur. 1712-ci il iyunun 28-də Cenevrə şəhərində anadan olmuşdur. Anası Russo anadan olduqdan 2-3 gün sonra vəfat etmişdir. Atası 10 yaşı olarkən Russonu əmisi Bernarın himayəsinə vermişdir. Kilsə təhsili almışdır. Sınaq müddətindən sonra oymaçı ustası yanında şagird kimi fəaliyyət göstərmiş və bu sənətə yiyələnmişdir. 1728-ci ildə ustanın yanından qaçmış və yeni tanış olmuş xanım Varansın himayəsi altında Turin seminariyasına qəbul olunmuşdur. Lakiç Russo buradanda qaçır. Bir neçə həftədən sonra xanım Veresilisin evində xidmətçi kimi işləyir. Sahibin plümündən sonra başqa evdə xidmətçi kimi işləməyə başlayır. Xidmətçi həyatını xoşlamayan Russo yenidən xanım Varansın yanına qayıdır. Xanım Varans onu dini təhsil almaq üçün seminariyaya qoyur. Russonun musiqiyə olan həvəsi onun bu seminariyadanda qovulması ilə nəticələnir. Kilsə orqanisti onu şagird kimi yanına götürsədə bir ildən sonra Russo buradanda qaçır. Bundan sonra adını dəyişir və fransız musiqiçisi kimi səyahətə başlayır. Lozannada öz kompozisiyalarından ibarət konsert təşkil etsədə bu rişxəndlə qarşılanır, Russonu ələ salırlar. Daha sonra Nevşateledə yaşamağa və bir neçə şagirdə dərs deməyə başlayır. 1742-ci ildə Parisə qayıdır və "mühacirətdə" olduğu müddətdə yazdığı dram əsərlərini və şerlərini nümayiş etdirmək niyyətinə düşür. O, həmçinin yeni not sistemini kəşf etdiyini elan edir lakin yeni not sistemi heç kimi maraqlandırmadı, pyeslərini isə heç bir teatr nümayiş etdirmək istəmədi. Pulunun qurtardığı bir vaxtda rəhmdil iezuit onu məşhur xanımların evinə salır, Russo öz şerlərini xanımlar üçün oxuyur. Beləliklə o, məşhur musiqiçi, yazıçı, elm xadimləri ilə həmçinin gələcəkdə Ensiklopediyanı Russo ilə (həmçinin Dalamber ilə) yaradacaq gənc Didro ilə tanış olur. 1743-cü ildə Russo Fransanın Venesiyadakı səfirin katibi kimi fəaliyyət göstərir. Cəmi bir il fəaliyyət göstərən Russo Parisə qayıdır. Bu zamandan başlayaraq onda aristokratlara qarşı nifrət artır. 1750-ci ilə Dijon akademiyası Russonu "Elm və Mədəniyyət haqqında mühakimələr" (Discours sur les arts et les sciences) əsərinə görə təltif edir. Bu əsərində Russo bir neçə radikal fikirlə çıxış etmişdir. Öz prinsipləri əsasında yaşamağı üstün tutan Russo ona təklif edilən vəzifələrdən və əksər bahalı hədiyyələrdən imtina edir. Onun Kənd Cadugəri (Le Devin du village) adlı komik operası Fontenbloda tamaşaya qoyulur. Bu tamaşaya baxanlar arasında Fransa kralı da olur. Növbəti gün Russo təyin edilmiş audensiyaya getmədi - bu onun həbs olunması demək olardı.
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 5:43 PM | Message # 5 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Jül Vern Jül Qabriel Vern - fr. Jules Gabriel Verne (8 Fevral, 1828 - 24 mart, 1905) - Fransız yazıçısı, elmi-fantastik ədəbiyatın ən görkəmli nümayəndələrindən biri. Ona dünya şöhrəti gətirmiş əsərlərindən "Yerin mərkəzinə səyahət" (1864), "Kapitan Qrantın uşaqları" (1867), "20 000 lye su altında" (1870), "80 gün dünya ətrafında" (1873) misal göstərmək olar. Kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpgili macəraları qələmə almışdır. Elə buna görə də Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib. Bu krater Arzular Dənizinin yanında yerləşir. O, YUNESKO-nun Index Translationum adlı bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. Bir çox əsərlərinin motivləri əsasında bəddi filmlər çəkilmişdir. Jül Vern Hüqo Vernbak və Herbert Corc Vellslə birgə elmi-fantastik janrın "atası" sayılır. Əsərləri Jül Vern ümumilikdə 66 romanın (bunlardan üçü- "Keşiş 1839-cu ildə" (1991), "Robinzon dayı" (1991) və əfsanəvi "Paris XX əsrdə" (1994) ölümündən sonra nəşr edilmişdir), 20-dən artıq povest və hekayələrin, 30-dan artıq pyes və bir neçə elmi və sənədli işlərin müəllifidir. Onun əsərlərindən ən başlıcası misal çəkiləndə biz dərhal onun "Kapitan Qrantın uşaqları" əsərini yadımıza salırıq. Jül Vern heç vaxt öz ölkəsindən başqa ölkədə olmamışdır. Lakin o başqa ölkələrə də əsərlər yazıb, o ölkələri elə təsvir etmişdir ki, adam onun orada olmadığına inanmaq istəmir. O Azərbaycanı da təsvir etmişdir. Onun "Klodius Bombarnak" əsərində Azərbaycan, Bakı, Xəzər dənizi təsvir olunmuşdur. Onun bəzi tarixi romanları da var. Məsələn, onun "Arxipelaq alovlanır" əsəri onun tarixi romanlarının padşahı hesab olunur. • "Yerin mərkəzinə səyahət" (1864) • "Kapitan Haterasın səyahət və macəraları" (1865) • "Yerdən Aya" (1865) • "Kapitan Qrantın uşaqları" (1867) • "Ay ətrafında" (1869) • "20 000 lye su altında" (1870) • "80 gün dünya ətrafında" (1872) • "Sehrli ada" (1874) • "Mixail Stroqov" (1876) • "On beş yaşlı kapitan" (1878) • "İstilaçı Robur" (1886) və başqaları
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 5:44 PM | Message # 6 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Alber Kamyu Alber Kamyu - fransız yazıçısı və dramaturqu, fəlsəfi və ədəbi ekzistensializm məktəbinin görkəmli nümayəndəsi. Həyatı Alber Kamyu o zamanlar Fransanın müstəmləkəsi olan Əlcəzairdə fransız kolonisti ailəsində doğulmuşdur. Kamyu atasını erkən yaşlarında itirmiş, anası ilə birgə yoxsulluq və səfalət içində yaşamışdır. Uşaqlıqdan təhsilə böyük maraq göstərən Kamyu klassik və müasir fransız ədəbiyyatı ilə tanış olur, ekzistensializmə qapılır; gənc solçu intellektuallar arasında dolaşır; qısa müddətə (1934–1937) Kommunist Partiyasının üzvü olur, İspaniya respublikaçılarının müdafiəsinə qalxır. Fəhlə teatrı üçün yazdığı ilk esse və pyeslərini Kamyu 1937-ci ildən başlayaraq çap etdirir. 1940-cı ildə o, Fransaya köçür və alman işğalçılarına qarşı mübarizə aparan müqavimət hərəkatına qoşulur. Yaradıcılığı Kamyu yaradıcılığı ekzistensializm cərəyanı və ideyaları ilə sıx bağlıdır. İnsanın həyatın mənasını dərk etmək istəyi ilə bu fani dünyanın mənasızlığı arasında yaranan absurd haqqındakı ekzistensializm ideyası Kamyu əsərlərinin ruhuna, canına işləmişdir. Kamyunun "Yad" (1942), "Taun" (1948), "Süqut" (1948) kimi böyükhəcmli əsərləri, gözəl hekayə və pyesləri ona dünya şöhrəti qazandırır. 1957-ci ildə Kamyu ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür. Üç ildən sonra isə avtomobil qəzasında həlak olur.
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 5:44 PM | Message # 7 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Anatol Frans Anatol Frans - (fransızca Anatole France; əsl adı Jak Anatol Fransua Tibo fransızca Jacques Anatole François Thibault; 16 aprel 1844, Paris — 12 sentyabr 1924, Sent-Sir-sür-Luar) — fransız yazıçısı və ədəbi tənqidçisi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1921) ("Dərin məşəqqətli humanizmlə və əsl qall temperamentliliyi ilə yazılmış nəfis stilli parlaq ədəbi nailiyyətlərinə görə").
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 5:45 PM | Message # 8 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Andre Breton Tibb təhsili alarkən Dünya Savaşının başlamasıyla hərbi xidmətə alındı. Öz istəyiylə II.Ordunun ruh və sinir xəstəlikləri mərkəzinə təyin edildi. O vaxt çox az tanınan Ziqmund Freydin üsullarını klinik olaraq istifadə etmə imkanını tapdı. Bu aralıq tanıdığı nihilist Jak Vachedən çox təsirləndi. Apollinaire ilə tanış oldu. Parisə qayıtdıqdan sonra, 1919-cu ildə Luis Araqon, Filipp və Soupault ilə "Littérature" adlı jurnalı qurdu və ilk kitabı Mont da Piéte' ye (Pieta Təpəsi) işıq üzü gördü. Shouppault ilə birlikdə écriture automatique (avtomatik yayı) üsuluyla Les champs magnetiques (Maqnit Sahələr) ədli xüsusi mətni bu jurnalda yayimladi. Bu üsulun məqsədi şüuraltı bütün xarici təsirlərdən xilas olub, özünü azadca ifadə etmə imkanı yaratmaqdı. 1921-də Vianaya gedib Freudla tanış oldu. 1921-də Simone Kahn ilə evləndi. 1924-də Manifeste du surréalisme'i (Sürrealistlik Manifesti) nəşr olundu. Bu mətndə sürrealizimin, düşüncənin bütün idarəetmələrdən uzaq bir şəkildə özünü ortaya çıxarması olaraq təqdim olunurdu. Dualizme(İkililik) qarşı çıxan Breton qadağan kimi görünən şeyləri sürrealizmdə birləşdirməyə çalışırdı. Breton sənətin siyasətdən ayrılamayacağına inanardı. 1925-də Fransa-Fas müharibəsində, Louis Aragon və Paul Eluardla birlikdə Kommunist Partiyasının ideyalarını müdafiə etdi. Sonra 1927-də birlikdə partiyaya girdilər. 1935-də, sürrealizmin azad bir inqilabçı hərəkət olması gərəktiyinə inanan Breton partiyadan uzaqlaşdı. 1938-də getdiyi Meksikada Troçkiylə birlikdə Azad İnqilabçı Sənət Federasiyasını qurdu. 1930-da "İkinci Sürrealizm Manifesti"ni nəşr edərək hərəkətin nəzəriyyəsini inkişaf etdirdi. Və Antonin Artoud, Robert Desnos və Philippe Soupaultu hərəkətdən açıxardığını açıqladı. Onlar, Chilarda nəşr etdikləri Un Cadavre (Bir Cəsəd) adli praşurada Bretonu ciddi olaraq tənqid etdilər. 1938-də, Parisdə təşkil edilən və 14 ölkədən 70 sənətçinin iştirak etdiyi Beynəlxalq Sürrealizim Sərgisi, axımın ən yüksək nöqtəsi oldu. Fransanın işğalından sonra 1941-də Nyu-yorka getdi. Orada Max Ernst, Marcel Duchamp və David Hare ilə birlikdə VVV adlı bir jurnal nəşr etdi. Bir silsilə konfrans verdi. 1942-də "Üçüncü Manifestə Giriş"i nəşr olundu. 1946-da Parisə qayıtdı. II Dünya Müharibəsindən sonra ekstentializmin yayılmasiyla sürrealizm təsirini itirdi. Amma Breton ölənə qədər sürrealizmi müdafiə etdi.
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 5:45 PM | Message # 9 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Antuan de Sent-Ekzüperi Antvan de Sent-Eqzüperi (Fransızca: Antoine de Saint Exupéry)(29 iyun, 1900 - 31 iyul,1944) Fransalı bir yazar və pilotumuş. Onun yazdığı dünyada tanınmış olan nağılı, Balaca şahzadə-dir. Onun başqa kitabları uçuşa görədir. O 1944-cü ildə, dünya ikinci savaşında, Kors Adasından başladığı bir misiya uçuşundan geri dönmədi və indiyə qədər tapılmayıb. Deyilir ki onun uçağı Fransanın güney-doğusunda yerləşən Karkueyran və Tulon şəhərlərinin yanına düşmüşdür. Kitabları: Aviator (L'Aviateur) (1926) Cənub Elçisi (Southern Mail) (1929) Gecə Uçuşu (Night Flight) (1931) Yel, Qum, və Ulduzlar (Wind, Sand and Stars) (1939) Savaş İçinə Uçmaq (Pilote de Guerre) (Flight to Arras) (1942) Bir Girov'a Məktub (Lettre à un Otage) (Letter to a Hostage) (1943) Balaca Şahzadə (Le Petit Prince - The Little Prince) (1943) Qala (Citadelle) (1948, ölümündən sonra yayıldı) Gənclik Məktubları (Lettres de jeunesse) (1953, ölümündən sonra yayıldı) Yazmalar (Carnets ) (1953, ölümündən sonra yayıldı) Ana'ya Məktublar ( Lettres à sa mère) (1955, ölümündən sonra yayıldı) Savaş Yazıları (Écrits de guerre) (1982, ölümündən sonra yayıldı) Oynayan(Rəqqas) Manon (Manon, danseuse) (2007, ölümündən sonra yayıldı) Tanınmayan'a bir Məktub (Lettres à l'inconnue) (2008, ölümündən sonra yayıldı) Mündəricat • Həyatı 1. Uşaqlıq illəri və gəncliyi 2. Pilot həyatı 3. Sonrakı fəaliyyəti • Yaradıcılığı 1. Əsərləri 2. Ədəbi mükafatları 3. Hərbi mükafaları 4. Sitatları
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 5:46 PM | Message # 10 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Frederik Mistral Frederik (Frederi) Mistral (fransızca Frédéric Mistral, oksitanca Frederic Mistral/Mistrau - klassik dil normalarına görə, Frederi - onun özünün özünü adlandırdığı kimi, 8 sentyabr 1830, Mayyan — 25 mart 1914, Mayyan) — provansal şairi və leksikoqraf, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1904) ("Xalqın ruhunu olduğu kimi əks etdirən poetik əsərlərinin yeniliyinə və orijinallığına görə").
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 5:46 PM | Message # 11 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Jan-Mari Qustav Le Klezio Jan-Mari Qustav Le Klezio 1940-cı ilin aprelində Nitsada hərbi həkim ailəsində doğulmuşdur. Gələcək yazıçının valideynləri XVII əsrdə Mavriki adasında məskunlaşmış köhnə müstəmləkə ailələrinə aid idilər. Leklezionun atası britaniyalı hərbi həkim idi və İkinci Dünya Savaşı illərində Nigeriyada qulluq edirdi. 1991-ci ildə Leklezio "Onitşa" adlı yarıbioqrafik roman yazır. Romanda müəllifin uşaqlıq illərindən, uzaq səfərlər, o cümlədən onun ədəbiyyata olan ilkin maraqlarından söhbət açılır. Leklezio elə bir evdə böyümüşdü ki, burada həmişə iki dildə danışırdılar fransızca və ingiliscə. Gənclik illərində o, ispan dilini də mükəmməl şəkildə öyrənmişdi. Leklezionun elmi karyerası ədəbi karyerasından geridə qalırdı. Onun ilk romanı ilə dissertasiyası arasında 20 il zaman fərqi var- "Proses " adlı kitabı 1963-cü ildə, müəllifin 23 yaşında çıxmışdı, dissertasiyanı isə 1983-cü ildə müdafiə etdi. Leklezio Cənubi Amerika, Afrika, Cənub-Şərqi Asiya boyunca çoxlu səyahətlərə çıxmışdır. ABŞ, Tailand, Yaponiya, Nigeriya isə onun illərlə məskunlaşıb yaşadığı ölkələrdir. Yazıçı bu ölkələrin bir-birinə bənzəməyən, amma Avropa mədəniyyətindən keyfiyyətcə çox fərqlənən mədəniyyətlərini öyrənir, insanın özünü alışdığı sivilizasiyadakından fərqli hiss edə bildiyi bütöv bir dünya axtarırdı. Leklezionun yaradıcılığında onun Meksika və Panamada hinduların arasında yaşaması, bu insanların gündəlik məişəti, Amerika aborigenlərinin mifologiyasını əhatə edən qədim kitablar mühüm rol oynamışdır. Nobel mükafatını alanadək Leklezionun ən böyük uğuru elə onun ilk romanı olmuşdur. Bu roman Renado mükafatına ( "Anti-Buker" kimi bir mükafat) layiq görülmüşdü. Romanın qəhrəmanı Adam Pollo adlı gənc, uşaqlıq illərini xatırlayaraq şəhərin küçələrində dolaşır (Prustun qəhrəmanı kimi), hüznlü və solğun həyatı müşahidə edir ( Sartrın və Kamyunun qəhrəmanları kimi) . Lakin Leklezio şəhərli gənclərin həyatına qapılıb qalmadı, onun üçün çox sevdiyi Afrikada və Şimali Amerikada gəlmələrlə yerli hindular arasındakı qarşılıqlı anlaşılmazlıqlar, mədəniyyətlər arasındakı uçurumlar daha maraqlıydı. Və Leklezio "Meksikanın yuxusu, yaxud yarıda qırılmış fikir " adlı kolumbaqədər sivilizasiyadan, bu sivilisaziyanın ispanlarla görüşünə həsr olunmuş romanını yazdı. Jan Jak Russo ənənələrinə uyğun olan ağdərili adamı lənətləyib "xeyirxah vəhşi "nin halına ağlamaq yoluyla getməyən Leklezio nə işğalçıların, nə müstəmləkədə qalanların tərəfində dayanır. Onun atası, həkim kimi Afrikada işləyərkən (Leklezio ona "Arikalı " romanını həsr etmişdi) yüzlərlə insanın həyatını xilas etmişdi. Klod yerli aborigenlərə olan münasibətində Amerikanın qədim mifologiyasından və rituallarından bəhs edən "Kədərli cığırlar " əsərinin müəllifi Klod Lev-Stross adlı fransız antropopoloquna daha yaxındır. Leklezionun 1992-ci ildə yazdığı "Sərgərdan ulduz " romanında iki əhvalat bir-birinə qarışır. Qəhrəmanlardan biri İkinci dünya savaşından sonra İsrailə gedən yəhudi qızı, digəri isə - fələstin qaçqını olan gənc ərəb qadınıdır. Qəhrəmanların milli mənsubiyyətləri, dil və mədəniyyətləri fərqli olsa da yaşadıqları əzablar, çəkdikləri zülmlər eynidir. Leklezio deyir ki, onun həqiqi vətəni Fransanın özündən çox fransız dilidir. O, 2007-ci ilin martında fransız dilini özünə ana dili kimi qəbul edən yeni nəsil yazıçılarını müdafiə manifestini imzalayanlar sırasındadır. "Le Monde"də dərc olunan manifestdə Leklezio və daha 43 müəllif həmvətənlərinin diqqətini fransız dilinin ölkənin coğrafi hüdudlarından çıxa bilməyərək özünə qapanmasına yönəltmişdilər. Onların fikrincə, əgər fransız dili də ingilis dili kimi Kiran Desai, V.S.Naypoldan Ben Okri və Nadin Qordimerədək keçmiş müstəmləkələrdən olan yazarlara açıq olsa, dünyada nüfuzu arta bilər. İlk romanından sonrakı ötən 40 ildən artıq müddətdə Leklezionun müxtəlif janrlarda 30 əsəri romanları, novellaları, kulturoloji esseləri, tərcümələri dərc olunmuşdur. On beş ildən artıq idi ki, Fransada Leklezionu Nobel mükafatına layiq hesab edirdilər. Hələ 90-cı illərin birinci yarısında o, Fransanın ən yaxşı yazıçısı kimi qəbul edilmişdi. "Le Magazine litteraire" jurnalına 2001-ci ildə verdiyi müsahibəsində Leklezio Nobel mükafatı alacağı təqdirdə üçüncü dünyanın dəhşətləri haqqında, orada hər bir saniyədə məhv olan uşaqların haqqında daha yüksəkdən danışmaq imkanı əldə edə biləcəyini demişdi. Ədəbiyyat üzrə nobel mükafatını Leklezio "aramsız hərəkətin, poetik avantüranın, hissi həzzin, insaniyyəti hakim sivilizasiyadan kənarda tədqiqinin nəğməkarı" olmasına görə almışdır.
|
|
| |
Nariman_Qahramanli | TARİX: BAZAR ERTƏSİ, 2010-08-30, 5:48 PM | Message # 12 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Moris Drüon Moris Drüon de Reynyak (fransızca Maurice Druon de Reyniac) (23 aprel 1918, Paris — 14 aprel 2009, Paris) — Fransız yazıçı, Fransa Müqavimət Hərəkatının iştirakçısı, Fransanın mədəniyyət naziri (1973-1974). Həyatı Moris Drüonun atası, mənşəcə litvalı yəhudi olan Lazar Kessel 1899-cu ildə Rusiyanın Orenburq şəhərində doğulmuş və 1908-ci ildə ailəsi ilə birlikdə Fransaya mühacirət etmişdir. Lazar Kessel 21 yaşında intihar edəndən sonra, Morisin anası notarius Rene Drüona ərə getmişdir. Drüonun uşaqlığı Normandiyada keçmişdir. 1937-1939-cu illərdə Parisdə ədəbiyyat fakültəsində və Siyasi Elmlər Məktəbində təhsil almışdır. İkinci Dünya Müharibəsi illərində Fransa Müqavimət Hərəkatında iştirak etmiş, hərbi müxbir işləmişdir. 1973-1974-cü illərdə Fransanın mədəniyyət naziri vəzifəsində çalışmışdır. 1966-cı ildə Fransa Akademiyasının üzvü (yazıçı Jorj Duamelin olümündən sonra boşalmış yerə) seçilmişdir. 1985–1999-cu illərdə Fransa Akademiyasının daimi katibi vəzifəsini icra etmişdir. Ədəbi fəaliyyəti 1943-cü ildə Drüon, əmisi Jozef Kessel ilə birlikdə, Fransa Müqavimət Hərəkatının qeyri-rəsmi himni olan "Partizanların nəğməsini" yazmışdır. Əsərləri • "Odlu bulud", 1938 (novellalar) • "Meqarey", 1942 (milli-qəhrəmanlıq dramı) • "12 noyabr qatarı...", 1943 (salnamə şəhadətnaməsi) • "Partizanların nəğməsi", 30 may 1943, J. Kessellə birgə • "Avropalının məktubu", 1944 (publisistika) • "Sonuncu briqada", 1946 (müharibə haqqında povest) • "Düzənlik hökmdarları", 1962 ("cəngavərlik" hekayələri silsiləsi) • "Böyük adamlar", 1948 — 1951 (trilogiya). • "Qeydlər", 1952 • "Həyatın şəhvəti", 1954 (naturalist roman) • "Lənətlənmiş krallar" T.1—6, 1955—1960, T.7, 1977, (tarixi romanlar süriyası) o "Dəmir padşah" o "Şato-Qayar dustağı" o "Zəhər və tac" o "Fransız dişi canavarı" o "Zanbaq və şir" o "Kral Fransanı məhvə sürükləyəndə" • "Qüdrətli İsgəndər və ya Tanrı haqqında kitab", 1958 • "Zevsin memuarları", T. 1 1963 və T. 2 1967 (mifoloji dilogiya) • "Hakimiyyət", 1965 • "Birilərinin xoşbəxtliyi...", 1967 (hekayələr silsiləsi) • "Gələcək çaşğınlıq içindədir" (fransızca "L'Avenir en désarroi"), 1968 (1968-ci ildə Fransada baş vermiş ümumxalq tətil haqqında pamflet Jan Pol Sartr Jan Pol Sartr (fransızca Jean-Paul Charles Aymard Sartre), 21 iyun 1905-ci ildə Parisdə anadan olub. 15 aprel 1980-ci ildə Parisdə vəfat edən fransız yazıçı və filosofdur. Fəlsəfi düşüncələri romanlarında öz əksini tapmışdır. Molyer Jan Baptist Poklen və ya sadəcə Molyer (fransızca Jean Baptiste Poquelin, dit Molière; 15 yanvar 1622 - 17 fevral, 1673) - böyük Fransa komediya yazarı, fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi. Fransız dramaturqu, aktyor, teatr xadimi Jan Batist Molyer 1622-ci ildə Parisdə saray xidmətçisi Jan Poklenin ailəsində doğulmuşdur. 1639-cu ildə Klermon kollecini bitirmişdir. Dünyagörüşünə fransız materialist filosofu P.Qassendinin təlimi güclü təsir göstərmişdir. Gənc yaşlarında həyatını teatrla bağlamış, 1643-cü ildə "Parlaq teatr" truppasını yaratmışdır. Lakin Parisdə müvəffəqiyyət qazanmayan truppa 12 il (1645-1658) əyalət şəhərlərini gəzib dolaşmış, yalnız 1659-cu ildə xoşbəxt bir təsadüf nəticəsində paytaxta qayıda bilmişdir. Bu müddət ərzində Molyer xalq həyatını dərindən öyrənmiş, gələcək əsərləri üçün zəngin material toplamışdır. Yaradıcılığa truppası üçün xalq farsları səpgisində yazdığı şən əhval-ruhiyyəli komediyalarla ("Barbulyanın qısqanclığı", "Uçan təbib") başlamışdır. Dünya dramaturgiyasının şah əsərləri sayılan "Tartüf", "Kişilərə ibrət dərsi", "Qadınlara ibrət dərsi", "İstəksiz nikah", "Zorən təbib", "Mizantrop" və s. komediyalarının bir çoxu Azərbaycanda da səhnəyə qoyulmuşdur. Bir sıra əsərləri ekranlaşdırılmışdır. Bu komediyalarda feodal-dvoryan təbəqələri kəskin satira atəşinə tutulur. "Xəsis", "Skapenin kələkləri", "Jorj Danden və yaxud aldadılmış ər", "Sqanarel", "Tartüf", "Don Juan və yaxud daş qonaq" və bir çox digər əsərləri onun şah əsərləridir. Aktyorluq və ədəbi yaradıcılığın vəhdəti prinsipinə axıradək sadiq qalan Molyer səhnədə xəstə halda Arqan rolunu ifa etdiyi "Zorən xəstə" komediyasının tamaşasından bir neçə saat sonra şiddətli öskürmə nəticəsində venalarının partlamasından vəfat etmişdir.
|
|
| |
|