ÇƏRŞƏNBƏ, 2024-10-09, 6:10 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ A.MORAVİA, C.KARDUÇÇİ, D.ALİGYERİ VƏ S. - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
A.MORAVİA, C.KARDUÇÇİ, D.ALİGYERİ VƏ S.
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 9:57 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Alberto Moravia

Alberto Moravia (italyanca Alberto Moravia 28 noyabr 1907, Roma — 26 sentyabr 1990, Roma) — italyan yazıçı, novella ustası, jurnalist.

Antonio Tabukki

Antonio Tabukki — italyan yazıçı. "Pereyra iddia edir" adlı tanınmış əsəri var.

Umberto Eko

Umberto Eko (1932) filosof, tarixçi-medievist, yazıçı,

Həyatı
Umberto Eko 5 yanvar 1932-ci ildə İtaliyanın Alessandriya şəhərində anadan olub. 1954-cü ildə Turin Universitetini bitirib. Tarix və jurnalistika ilə məşğul olub. Televiziyada çalışıb. Qəzetlərdə şərhçi kimi işləyib. Milan, Florensiya, Turin universitetlərində estetikadan və mədəniyyət nəzəriyyəsindən dərs deyib. Boloniya Universitetinin professorudur. 5 roman ("Qızııgülün adı", "Mütərəddid adam Fuko", "Ərəfə adası", "Baudolino", "Şahzadə Loananın sehirli alovu") və yüzlərlə elmi, elmi-publisistik ("Diplom işini necə yazmalı" və s.) məqalənin müəllifidir.

 
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 9:58 PM | Message # 2
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Cozue Karduççi

Cozue Karduççi (it. Giosuè Carducci) - italyan şairi və tənqidçisi. 1906-cı il Nobel Ədəbiyyat Mükafatı laureatı.
Həyatı
Cozue Karduççi İtaliyanın şimal qərbində yerləşən Valdikastello şəhərində anadan olub. Onun ixtisasca həkim olan atası İtaliyada gizli fəaliyyət göstərən milli Karbonari təşkilatının üzvü olmuşdur. 1849-cu ildə Karduççilər Florensiyaya köçürlər. Orta məktəbdə oxuyarkən Cozue tarixi mövzularda şeirler yazır və "İliada"nın 10-cu mahnısını tərcümə edir.
O, 1853-cü ildə istedadına görə Piza universitetində təhsil almaq üçün təqaüd alır. Ali məktəbdə 1 il oxuduqdan sonra Karduççi müəllimlərin həddindən artiq pedant olduqlarını və tədris proqramlarının köhnəlməsini aşkar edir. Piza Universitetinin üstün cəhətini isə o, ədəbiyyat dərnəklərində iştirak etmək imkanı qazanmasında görürdü.
Karduççi universiteti bitirdikdən sonra gimnaziyada müəllim işləyir. Fəaliyyətində antiklerikalizm özünü büruzə verdikdə Təhsil Nazirliyi onu töhmətlə cəzalandırır. İşsizliyə düçar olan Karduççi həm maddi, həm də mənəvi sıxıntılara məruz qalır. Bu illərdə onun qardaşi Dante intihar edir. Bir il sonra isə atası dünyasını dəyişir.
1859-cu ildə Elvira Menikuççi ilə ailə qurduqdan sonra o, Pistolya ali məktəbində yunan dilini tədris etməyə başlayır. Bir neçə aydan sonra isə Bolonya Universitetində italyan adəbiyyatı üzrə professor vəzifəsində işləməyə başlamış ve ömrünün sonuna kimi bu universitetdən ayrılmamışdır. Karduççi Respublikaçılar hərəkatında aktiv iştirak etmişdir. Bu illər ərzində o, özünün qalmaqallı "İblisə doğru" poemasını yazmışdır. Bu əsərdə insan ağlı və təkamülün xristian teologiyasına qələbə çalması təsvir olunur. Poema çap olunduqdan bir il sonra o, Respublikaçılardan parlamentə üzv seçilir.
"Yeni şeirlər" (Nuove Poesie, 1879) onun yaradıcılığında ən yaxşı əsəri hesab olunur. Bununla yanaşı "Yüngül və ciddi", "Yamb ve epodlar", "Qafiyələr və ritmlər" adlı şeirlər topluları ədibin yaradıcılığında mühüm yer tutur. 1890-cı ildə Karduççi senator seçilir.
1906-cı ildə Cozue Karduççi "təkcə dərin bilik ve tənqidi təfəkkürünə görə yox, həm də yaratdığı poetik əsərlərdə yaradıcılıq enerjisi lirik güc və yeni üslubuna görə" ədəbiyyat üzrə Nobel mükafatina layiq görülür. Səhhətində yaranan problemlərə görə o, mükafatın təqdimetmə mərasimində iştirak etməmiş və 16 fevral 1907-ci ildə vəfat etmişdir.

 
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 9:59 PM | Message # 3
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Dante Aligyeri

Dante Aligyeri (may, 1265, Florensiya-14 sentyabr, 1321, Ravenna) - italyan şairi, italyan ədəbi dilinin banisi. Qədim zadəgan nəslindəndir. Boloniya universitetində təhsil almış, hüquq və fəlsəfəni öyrənmişdir. Gənc yaşlarından Florensiyanın ictimai həyatında fəal iştirak etmiş, "ağ" qvelflər partiyasına qoşulmuşdur. "Qara" qvelflərin qələbəsindən sonra qiyabi olaraq yandırılmağa məhkum edilmişdir (1302). Didərgin həyat sürmüş, 1315-ci ildə ikinci dəfə ölümə məhkum olunmuşdur (həmin hökm 1966-cı ildə ləğv edilmişdir). Ömrünün son 6 ilini Ravennada yaşamışdır.
Yaradıcılığının ilk dövründə Beatriçe adlı gənc bir qızı vəsf etmiş, onun vaxtsız ölümündən doğan kədər və hüzn dolu şerlər yaratmışdır ("Yeni həyat" kitabı, 1292). 1304-1307-ci illərdə Dante fəlsəfi-əxlaqi əsərlər yazmışdır. "Ziyafət" əsərində insan idrakının müstəqilliyi və azadlığı müdafiə olunur. "Monarxiya haqqında" (1312-1313) siyasi risaləsində vahid ümumdünya monarxiyası ideyası insanların əmin-amanlığını, ictimai ədaləti təmin edə biləcək dövlət quruluşu kimi müdafiə edilir. Dante yaradıcılığının zirvəsi xələfləri tərəfindən "İlahi komediya" adlandırılmış "Komediya" (ehtimala görə 1307-1321) poemasıdır. "Röya" formasında yazılmış əsərdə dini təsəvvürlərə görə üç hissədən ("Cəhənnəm", "Əraf", "Cənnət") ibarət axirət dünyasına səyahət təsvir edilir. Məcazi, rəmzi ifadə tərzi poemanın bütün cəhətlərində özünü göstərir. Xristianlığın əsas ehkamı üqnum ilə əlaqədar 3 rəqəmi və onun müxtəlif hasilləri əsərin quruluşuna, məzmununa güclü təsir göstərmişdir. Poema 3 hissədən, hər hissə 33 nəğmədən ibarətdir. Əsərdəki rəmzlərin 3 mənası (hərfi, dini-əxlaqi və siyasi) var. Müqəddəs üçlük təsəvvürü hətta, Dante şerinin şəklinə də nüfuz etmişdir: poema tertsin (müsəlləs) formasında yazılmışdır. İntibah ədəbiyyatına, fəlsəfi görüşünə xas olan dünyəvi ruh, həyata, insan taleyinə dərin maraq Dante humanizminin əsasını təşkil edir. Dante bütün italyan xalqının arzu və istəklərinin ilk carçısıdır. Daxili çəkişmələr nəticəsində zəifləmiş İtaliya və Florensiyanın tarixi taleyi üçün narahat olan Dante papa və kardinalları "Cəhənnəmdə", öz dostlarını isə "Cənnətdə" yerləşdirir. Əsər dünya dillərinin çoxuna, o cümlədən Azərbaycan dilinə tərcümə olunmuşdur. 1966-cı ildə SSRİ EA-nın dünya mədəniyyəti tarixi üzrə elmi şurası yanında daimi Dante komissiyası yaradılmışdır.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...